Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-160/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 9900 manat məbləğində sığorta ödənişi, xx.xx.2023-cü il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulu və rəyin verilməsi üçün ödənilmiş 124 manat xidmət haqqının tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, "xxxx" Sığorta Şirkəti ASC ilə özünə məxsus 2014-cü il buraxışlı “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin könüllü (kasqo) sığortası müqaviləsi bağlamışdır və ona **********979 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Həmin müqavilə üzrə "xxxx" SŞ ASC təminat ərazisi olaraq Bakı şəhəri və Abşeron yarmadası istisna olmaqla, Azərbaycan Respublikası ərzasi üzrə sığorta risklərini öz üzərinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2023-cü il, saat 12:00-dan xx.xx.2024-cü il, saat 11:59-dək müəyyən edilmişdir. Müqavilə üzrə sığorta ödənişi 179 manat müəyyən edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixdə saat, təxminən 00:10 radələrində, Qazax rayonun ərazisində özünə məxsus “BMW” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax-Bakı yolunda hərəkətdə olarkən avtomobili ilə bir ədəd iri buynuzlu heyvanı vuraraq yol nəqiliyyat hadisəsi törətmişdir. Hadisə baş verən zaman dərhal polisə və avtomobilini könüllü (kasqo) sığorta etdirdiyi "xxxx" SŞ ASC-yə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşı baş vermiş yol nəqiliyyat hadisəsini sənədləşdirmiş, sığorta əməkdaşı isə avtomobilinin şəkillərini çəkmişdir. Cavabdeh "xxxx" SŞ ASC tərəfindən avtomobilinə dəymiş ziyan 1610 manat olmasını müəyyən etmişdir. Hesab edir ki, "xxxx" SŞ ASC tərəfindən ona məxsus avtomobilə dəymiş ziyan düzgün qiymətləndirilməmişdir. Belə ki, "xxxx" SŞ ASC onun iştirakı olmadan və avtomobilə baxış keçirmədən müstəqil ekspert tərəfindən verilmiş rəyə istinad edərək avtomobilə dəyən ziyanı müəyyən etmişdir. Qeyd etmək istəyir ki, ekspert tərəfindən verilmiş rəyin səthi olması və yalnız şəxsi mülahizələrə əsaslandığı rəyə diqqət yetirdikdən belə müəyyən edilir. Rəyin verilmə tarixi xx.xx.2023-ci il olaraq qeyd edilmişdir ki, bu isə ona dələlət edir ki, ekspert gələcək tarix üçün hesablama aparmışdır. Müstəqil ekspert tərəfindən baş vermiş hadisə nəticəsində avtomobilinin ehtiyyat hissələrinə dəyən ziyanın məbləği aşağıdakı kimi göstərilmişdir: Ön sol faraqiyməti 600 manat, Ön sol dumana qarşı fara- qiyməti 110 manat, Sol yan güzgü dəstqiyməti 220 manat, Ön sol faraya suvuran qapağı- qiymət 15 manat, Ön bamperin sol setkası- qiyməti 40 manat, Ön sol faraya suvuran mühərrik- qiyməti 45 manat- ehtiyyat hissələrinin cəmi 1030 manat; İşçilik haqqı (rəngsaz- 300 manat, dəmirçi-200 manat, plasmastıçı-30 manat, armaturçu-50 manat) cəmi 580 manat. Hesab edir ki, cavabdeh tərəfindən istinad edilən ekspert rəyi avtomobilə dəyən zərərin müəyyən edilməsi üçün əsas sübut hesab edilə bilməz. Belə ki, hamıya bəllidir ki, “BMW” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri "xxxx" MMC-də həyata keçirilir. Lakin cavabdeh tərəfindən “BMW” markalı avtomobillə heç bir əlaqəsi olmayan müstəqil ekspert Talıblı Əhməd tərəfindən aparılmış qiymətləndirmə əsas götürülmüşdür. Həmçinin həmin ekspert tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair hesabatdan görünür ki, qiymətləndirmə aparılarkən material və ehtiyyat hissəsi olaraq yalnız yuxarıda qeyd edilən ehtiyat hissələri və xidmət haqqı nəzərə alınmışdır. X2 və Ticarət Müəssisəsinin mütəxəssisləri tərəfindən avtomobilinə baxış keçirilmiş və "xxxx" MMCyə istinadən xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib etmiş və avtomobilinə dəyən ziyanın 12364 manat olması müəyyən edilmişdir. Tərtib olunmuş qüsur aktında zərər dəymiş ehtiyyat hissələrini qiymətləri və hansı obyektdə satılması barədə qeydlər edilmiş və qiymətlər müəyyə olunmuşdur. Həmin aktdan görünür ki, avtomobilə dəyən zərər (qiymətləri ilə) aşağıdakılardan ibarətdir: Qabaq kapot (təzə)- qiyməti 2691 manat, Sol qabaq fara-qiyməti 4300 manat, Sol qabaq qanad (təzə)- qiyməti 1066 manat,Sol güzgü (funksional) təzə-qiyməti 2512 manat, Sol dumanlı fara (təzə)-qiyməti 595 manat, Sol dumanlı güzgü-qiyməti 75 manat, Faraya supüskürən matorlu-qiyməti 85 manat-cəmi 11324 manat. İşçilik haqqı (çilingər-120 manat, dəmirçi 400 manat, rəngsaz 520 manat) 1040 manat olmaqla olmaqla avtomobilə 12364 (on iki min üç yüz altmış dörd) manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi, avtomobilə dəyən real zərər 12364 (on iki min üç yüz altmış dörd) manat təşkil edir. Bu iki rəy arasındakı əhəmiyyətli fərq onu göstərir ki, avtomobil müstəqil ekspert Talıblı Əhməd tərəfindən tam müayinə edilməmiş və avtomobil əvvəlki vəziyyətə gətirilməsi üçün hansı ehtiyyat hissələrinini dəyişilməli olması belə düzgün müəyyən edilməmişdir. Bu da həmin ekspertin məhz “BMW” avtomobilləri ilə bağlı təcrübəsizliyinə dəlalət edir. Ona görə də, cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatı əsaslı hesab edilə bilməz. Hesab edir ki, mübahisə həll edilərkən müstəqil ekspert Talıblı Əhmədin deyil, "xxxx" MMC-yə istinadən verilən qiymətləndirilmə nəzərə alınmalıdır. İstinad etdiyi qüsur aktı ilə birlikdə dəfələrlə "xxxx" SŞ ASC-yə müraciət edərək avtomobilinin ziyan dəymiş detallarının alınıb ona təqdim olunmasın və ya avtomobilinin təmir etdirilməsini təklif etsə də, cavabdeh tərəf ziyan məbləğini ödəməkdən imtina etmişdir. Göründüyü kimi, aralarınızda bağlanmış sığorta müqaviləsi üzrə sığortalı olaraq üzərinə götürdüyü öhdəlik tam icra edilsə də, "xxxx" SŞ ASC sığorta müqaviləsi üzrə sığortaçı olaraq üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, iş materiallarına əsasən iddiaçıya məxsus 2014-cü il buraxılışlı “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müqaviləsi ilə Cavabdeh Sığorta Şirkətində könüllü sığorta növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, iddiaçı 20 sentyabr 2023-cü il tarixində, Qazax-Bakı yolunda hərəkətdə olarkən iribuynuzlu heyvana vuraraq qəza törətmişdir. Hadisədən sonra sığortaçı tərəfindən avtomobilə dəymiş zərər 1320 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamış, öz ərizəsi ilə zərərin müstəqil ekspert tərəfindən zərərin qiymətləndirilməsini istəmişdir. Müstəqil ekspert tərəfindən avtomobilə dəyən zərər 1610 manat məbləğində müəyyən edilmişdir, ancaq iddiaçı müstəqil ekspertin də müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. İddiaçının özünün təşəbbüsü ilə Gəncə avtoservis və Ticarət Müəssisəsinin mütəxəssisləri tərəfindən avtomobilə baxış keçirilmiş və İmprotex Motors MMC-yə istinadən qüsur aktı tərtib edilmiş, həmin qüsur aktı üzrə avtomobilə dəyən ziyan əhəmiyyətli dərəcədə şişirdilmiş və 12364 manat müəyyən edilmişdir. Halbuki avtomobilə cüzi zərər dəymiş və dəyişdirilməsi tələb edilməyən hissələr qüsur aktına dəyişilməli hissə kimi daxil edilərək zərər əsassız artırılmışdır. Bunu avtomobilin fotoşəkillərindən də görmək olar. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və Nümayəndə2 izahatı ilə razı olduğunu bildirmiş, eləcə də bildirmişdir ki, o, şirkətin nəqliyyat üzrə baş ekspertidir. Bakı şəhəri üzrə “BMW”-nin Azərbaycanda rəsmi dilleri də var, satış nöqtələri var. Müstəqil ekspertin çıxardığı qiymətlər onlar tərəfindən araşdırılıb. Çünki ilkin olaraq onlar vətəndaşa qiymət vermişlər 1320 manat. O qiymət işlənmiş detallarla götürülüb, maşının ilinə uyğun olaraq, 2014-cü ilin maşının ilinə uyğun olaraq 2ci əl ehtiyat hissələri ilə. Müstəqil ekspertin yanaşması da 2-ci əl ehtiyat hissələri ilə olub. Amma digər qiymətlər nə təzə ilə, nə də 2-ci əl hissələrlə uyğun gəlmir. Məhkəmə iclasında dindirilən ekspert X3 ifadəsində göstərmişdir ki, iş materiallarında olan ekspert rəyi onun tərəfindən tərtib olunmuşdur. Rəydə iş materiallarına əsasən qiymətləndirmə aparılmışdır. İş materiallarında iki qüsur aktı vardır. Qüsur aktlarına onun tərəfindən baxılaraq qiymətlər müəyyənləşdirilmişdir. 1-ci Qüsur aktında 12364 manat, 2-ci Qüsur aktında 1610 manat göstərilmişdir. 12364 manat göstərilən Qüsur aktında 7 adda hissələr, digər 1610 manat göstərilən Qüsur aktında 6 adda hissələr göstərilib. Həmin qiymətlər araşdırıldıqdan sonra avtomaşına dəymiş ziyan müəyyən olmuşdur. xx.xx.2023-cü il tarixdə 27/10 nömrəli Qüsur aktı üzrə avtomaşına dəymiş ziyan ümumilikdə 12364 manat müəyyən edilmişdir. Digər akta əsasən isə avtomaşına dəymiş ziyan ümumilikdə 6030 manat müəyyən edilib. Həmin aktlarda fərq ona görə yaranıb ki, 1 aktda bir hissə az göstərilib. Onun tərəfindən qiymətlər araşdırılmış və rəy tərtib olunmuşdur. Fərq ondan yaranmışdır ki, müstəqil ekspertin göstərdiyi qiymətlər nəzərə alınmamışdır, orda göstərilən hissələr nəzərə alınıb. Uyğun olan qiymətlər tətbiq olunmuşdur. Qiymətlərə əsasən hesablama aparanda 6030 manat müəyyən edilmişdir. Ekspert-əmtəəşünas ancaq avtomaşına dəymiş ziyanı ixtisaslaşdırılmış servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyənləşdirir. Həmin qüsur aktı üzrə ekspert avtomaşının təmir və bərpasının mümkün olub-olmamasını müəyyən etmir. Ekspert-əmtəəşünas ancaq həmin hissələrin qiymətinə müdaxilə edir, qiymətə uyğun hesablamalar aparır. Yəqin ki, 1-ci aktda o hissələrin təmir və bərpasının mümkün olmadığına görə dəyişdirilməli olması qənaətinə gəliblər. Ekspert kimi deyə bilər ki, avtomaşının kapot hissəsinin əksər hallarda təmirlə bərpası mümkün deyil. İnternet saytlarında Bakı şəhərində avtohissələrin satışı, mağazaları var. "xxxx" şirkəti “BMW” avtomaşının satışı ilə məşğul olur, rəsmi distribütorudur. Onlarda da qiymətlər var. Yəqin ki, qiymətlər araşdırılıb, müəyyənləşdirilib. Sırf "xxxx"un qiymətlərinə uyğun olsa idi, daha yüksək qiymətlər olardı. Çünki “BMW” 2014-cü il ilk buraxılış kifayət qədər təzə maşın sayılır. Yəni onların hissələrinin qiyməti kifayət qədər yüksəkdir. Onlar bunu araşdırıb, internetdən baxıb, qiymətləri öyrənirlər, araşdırırlar, uyğun qiymətlər müəyyən edilir. O əminliklə deyir ki, bu qiymətlər uyğun qiymətlərdir. Bu, "xxxx"a müraciət etməklə alınmış qiymətlər olsa idi, daha yüksək olardı. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Gəncə Müəssisəsinin 27/10 saylı, xx.xx.2023-cü il tarixli Qüsur aktı-rəyindən görünür ki, “BMW” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ümumilikdə 12364 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan AS301001 saylı, xx.xx.2023-cü il tarixli Müstəqil ekspert rəyindən görünür ki, “BMW” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1610 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/340 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş 27/10 saylı, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “BMW 528-X1” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8840,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, AS301001 saylı, xx.xx.2023-cü il tarixli Müstəqil ekspert rəyi məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “BMW 528-X1” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6030,00 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC ilə özünə məxsus 2014-cü il buraxışlı “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin könüllü (kasqo) sığortası müqaviləsi bağlamış və ona **********979 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 00:10 radələrində, Qazax rayonun ərazisində iddiaçı özünə məxsus “BMW” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax-Bakı yolunda hərəkətdə olarkən bir ədəd iri buynuzlu heyvanı vuraraq yol nəqiliyyat hadisəsi törətmiş və ona maddi zərər vurulmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh Sığorta Şirkəti ASC-dən dəymiş zərərə görə 8840 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh ASC-dən 8840 manat maddi ziyan və rəyin verilməsi üçün ödənilmiş 124 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 8840 (səkkiz min səkkiz yüz qırx) manat və rəyin verilməsi üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE**********00********. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-160/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-160/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver