Məhkəmə qərarları › İş №2(009)-1616/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1616/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1616/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə və müayinəsi məqsədilə hər ay əlavə olaraq 1400 (min dörd yüz) manat pul tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdehlə 26 aprel 2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan iki uşaqları olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)- 2572/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və X8 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində aliment, cəmi 380 manat aliment onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda uşaqlar iki dərsə gedir, hər dərs 25 manat, iki dərs 50 manat təşkil edir, 20 manat isə taksi ilə dərsə gedib-gələsidir, ümumilikdə hər gün 70 manat məbləğində xərcimiz çıxır. Aylıq isə 1400 manat miqdarında təşkil edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh qismində göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə və müayinəsi məqsədilə məbləğin artırılaraq 1400 (min dörd yüz) manat pul tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini, uşağın həqiqətən xəstə olduğunu və mütəmadi olaraq müalicə və müayinə olunduğunu bildiyini, lakin onun əlavə xərcləri qarşılamaq üçün maddi imkanının olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(009)-216/2025 saylı qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Həmin qərardaddan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1392/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2572/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tibbisosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 ikinci dərəcəli əlillik, uşaq autizmi, kanner sindromu diaqnozu müəyyən edilmişdir. - "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də konsultasiya olunub, xx.xx.2025-ci il tarixdən etibarən duyu bütünləmə mütəxəssisi və psixoloq yanında terapiya keçməyə başlayıb. X8 hazırda terapiyalara gəlməyə davam edir. - “Theory of mind” Psixoloji Mərkəzin 05 avqust 2025-ci il tarixli arayışından görünür ki, Əli Mirzəyev - 6 yaş autizm spektr pozuntusu (ağır dərəcəli) diaqnozundan əziyyət çəkir. Hazırda mərkəzd psixoloji və loqopedik dəstəkməqsədilə mütəmadi olaraq seanslara cəlb olunmuşdur. Uşaq 2025-ci ilin yanvar ayından etibarən mərkəzdə qeydiyyatdadır və həftədə 3 dəfə fərdi şəkildə psixoloq və loqoped seanslarında iştirak edir. Əlinin mərkəzdə aldığı xidmətlərə görə aylıq 600 manat məbləğində ödəniş edilir. X10 emosional, davranış və nitq inkişafında müvafiq dəstəyi təmin etmək və onun ümumi inkişafını dəstəkləməkdir. Müalicə proqramı uşaq üçün fərdi şəkildə hazırlanmış və davamlı monitorinq ilə həyata keçirilir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X6 görə “Loqos” Psixoloji və X7 kassasına 100 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X6 görə “Loqos” Psixoloji və X7 kassasına 125 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1392/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2572/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1392/2024 saylı qətnaməsi ilə X3 müayinə və müalicəsi üçün tutulan əlavə xərcin məbləğinin artırılması tələbi ilə məhkəmə müraciət etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (AM 81.2) MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac olmasına istinad edərək cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay tutulan məbləğin artırılaraq sabit pul məbləğində 1400 manat tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək uşağın həqiqətən xəstə olduğunu, lakin onun əlavə xərcləri qarşılamaq üçün maddi imkanı olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflərin uşağı X6 “ikinci dərəcəli əlillik, uşaq autizmi, kanner sindromu” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 problem mövcud olması və onun daimi olaraq müayinə və müalicəsinə aylıq 600 manat və əlavə olaraq müəyyən məbləğlərdə iddiaçı tərəfindən vəsait sərf edilməsi işin mübahisəsiz halıdır. Odur ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir. Məhkəmə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğunu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğunu nəzərə alaraq, 1400 manatın deyil, həmin məbləğin ½ hissəsinin, yəni 700 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(009)-1392/2024 saylı qətnaməsi əsasında Cavabdeh 07 yanvar 2019-cu il təvəllüdlü X3 müayinə və müalicə xərcləri üçün tutulan 100 (bir yüz) manat əlavə xərcin məbləği artırılaraq hər ay 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməli, 07 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müayinə və müalicə xərcləri üçün Cavabdeh hər ay 700 (yeddi yüz) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh 104 (bir yüz dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(009)-1392/2024 saylı qətnaməsi əsasında Cavabdeh 07 yanvar 2019-cu il təvəllüdlü X3 müayinə və müalicə xərcləri üçün tutulan 100 (bir yüz) manat əlavə xərcin məbləği artırılaraq hər ay 700 (yeddi yüz) manat məbləğində müəyyən edilsin. 07 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müayinə və müalicə xərcləri üçün Cavabdeh hər ay 700 (yeddi yüz) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 104 (bir yüz dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar