Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1667/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh «xxxxxxxxxxxx» X1rşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh «xxxxxxxxxxxx» X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxxxxxxxxxx» ASC tərəfindən tərtib edimlmiş xx.xx.2017-ci il tarixli «Hesab fakturası» və həmin fakturanın rəsmiləşdirilməsinə əsas olmuş «yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan sığorta aktı» etibarsız hesab edilsin, həmin əqdlərlə bağlı «xxxxxxxxxxxx» ASC-də edilmiş qeydlər ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2 (009)- 993/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxxxxxxxxxx» X1rşı xx.xx.2017-ci il tarixli «Hesab fakturası»nın etibarsız hesab edilməsi və həmin faktura ilə bağlı «xxxxxxxxxxxx» ASC-də edilmiş qeydinin ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, sözügedən mülki işin icraatı yekunlaşmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir, məhz bu səbəbdən də, əqdin etibarsızlığı üçün prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, göstərilən tələblə bağlı mülki işin icraatının yekunlaşmış olması hazırkı iddia ərizəsinin ümumiyyətlə məhkəmənin icraatına qəbul edilməsini və baxılmasını mümkünsüz edir. Bu səbəbdən, İddiaçı cavabdeh «xxxxxxxxxxxx» X1rşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh «xxxxxxxxxxxx» X1rşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1667/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1667/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver