Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1682/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 14.04.2016-cı il təvəllüdlü X3 adlı uşağın saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 21.11.2018-ci il tarixli 2(009)-3375/2018 saylı qətnaməsi ilə onunla cavabdeh arasında rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan olan 14 04.2016-cı il təvəllüdlü X3 onun yanında saxlanılaraq, cavabdeh 05.10.2018-ci il tarixdən başlayaraq 14.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Səbail rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, 2(009)-764/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutulması qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, uşağına qarşı heç bir qayğı göstərmir, onun saxlanılmasında ona heç bir köməklik göstərmir və ümumiyyətlə onlara maddi yardım göstərilməsindən imtina edir. Bu səbəbdən hesab edir ki, cavabdeh uşağın saxlanılmasında borclu olduğundan ondan tutulan aliment artırılmalıdır. Bildirir ki, cavabdeh işləyib maaş alır və kifayət qədər gəliri var. Hal-hazırda cavabdeh «xxxx» QSC-də problemli kreditlər şöbəsinin kredit mütəxəssisi vəzifəsində işləyir. Cavabdehin təxminən 950 manat maaş almasını bilir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu məhkəmə iclasının iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini, iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 764/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan 14.04.2016-cı il təvəllüdlü X1 üçün alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 170 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 773430 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X3 14 aprel 2016-cı ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh ilə vətəndaş İddiaçı arasında olan nikahın pozulması akt qeydləri kitabında 2019-cu ilin may ayının 15 günündə 91 № ilə qeyd edilmişdir. İş materiallarında olan BOKT “xxxx” QSC-nin 15577/21 saylı, 14.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 10.06.2013-cü il tarixdən BOKT “xxxx” QSC-də işləyir. Hal-hazırda o, Problemli kreditlərin idarə edilməsi şöbəsində Aparıcı mütəxəssis vəzifəsində çalışır. Onun aylıq vəzifə maaşı ştat cədvəlinə və əmk müqaviləsinə uyğun olaraq gəlir vergisi və məcburi sosial sığorta ödənişi daxil olmaqla 934 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(063)-764/2020 saylı, 06.03.2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 14.04.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1682/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1682/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver