Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1685/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı F.E.Novruzovanın, Cavabdeh iştirakları ilə İddiaçı Novruzova Fılız (Filiz) Elshad (Elşad) qızının Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Novruzova Fılız (Filiz) Elshad (Elşad) qızı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X4 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşağı anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. O, alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ona ödənilən aliment onun minimum xərclərinə belə çatmaması səbəbindən Bakı şəhəri Sçbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1862/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını artıraraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ona ödənilən əmək haqqının ¼ hissəsində aliment minimum xərclərinə belə çatmır. Bu səbəbdən də Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1862/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik çaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay əmək haqqının ¼ hissəsində deyil, sabit pul məbləğində 246 manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1862/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay əmək haqqının ¼ hissəsində deyil, sabit pul məbləğində 246 manat alimentin tutulması və mediasiya arayışına görə ödədiyi 50 manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyi 10 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Novruzova Fılız (Filiz) Elshad (Elşad) qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin ayda 246 manat aliment verməyə maddi imkanı var, “kafe işlədir, kreditə maşın ala bilir, 246 manat aliment ödəyə bilmir?”. O, Prezidentin təyin etdiyi minimum həddə aliment istəyir. Digər 3 uşağına necə baxırsa, bu uşağa da o cür baxmalıdır. Cavabdeh tutulan alimentdən başqa heç bir köməklik göstərmir. O, işləmir, uşağı mütəmadi xəstə olur, maddi yardıma ehtiyacları vardır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, 720 manat maaş alır. Öhdəsində bundan əlavə 3 uşağı var. İcarəyə götürdüyü kafedə gündəlik 10-15 manat gəlir əldə edir, hansı ki həmin kafe artıq satılır. Onun rəsmi aldığı əmək haqqını 4 uşaq arasında bölünməsini istəyir. İddiaçıdan olan övladına isə əlavə maddi imkanı çatdığı həddə köməklik göstərir. Lakin 246 manat aliment ödəyə bilməz. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1862/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2723/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X3 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, X1 “alimentin ¼ məbləğdən sabit məbləğə keçirilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 13.00-13.30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Səbail rayonu 51 saylı tam orta məktəbində idman müəllimi vəzifəsində işləyir, onun aylıq əmək haqqı 722,98 manat təşkil edir. İş üzrə nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X6 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmışdır. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata və doğum haqqında şəhadətnamələrin surətinə əsasən Cavabdeh ilə X2 birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqları var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeyri-rəsmi nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Cəmil adlı uşağı var. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin rəsmi nikahdan xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2723/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1862/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay əmək haqqının ¼ hissəsində deyil, sabit pul məbləğində 246 manat alimentin tutulması və mediasiya arayışına görə ödədiyi 50 manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyi 10 manat pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləməsi, rəsmi nikahda olması, onun öhdəsində rəsmi nikahdan 3 uşaqların olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, cavabdehin öhdəsində 3 uşaqlar var, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin dəyişdirilərək artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının dəyişdirilərək artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ona ödənilən əmək haqqının ¼ hissəsində alimentin uşağın saxlanılması üçün yetərli olmamasını əsas tutaraq onun dəyişdirilərək artırılmasını və 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək cavabdehin işləməsini, öhdəsində rəsmi nikahdan 3 övladlarının olmasını, digər tərəfdən cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim olunmamasını, cavabdehdən tutulması müəyyən edilmiş alimentlə əlaqədar öhdəliyinin hazırda da mövcud olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin dəyişdirilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci və 10 manat poçt kargızarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Novruzova Fılız (Filiz) Elshad (Elşad) qızının Cavabdeh oğluna qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1862/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını dəyişdirilərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay əmək haqqının ¼ hissəsində deyil, sabit pul məbləğində 246 manat alimentin tutulması və mediasiya arayışına görə ödədiyi 50 manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyi 10 manat pulun onun xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1685/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1685/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver