Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-170/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişinin və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə 1950 manat məbləğində sığorta ödənişinin, mənəvi zərərə görə 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində X4 xx.xx.2020-ci il tarixdə “X11” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri, H.Əliyev prospektində idarə edərkən yol hərəkəti qaydalarını pozub, mülkiyyətində olan “Ford Mondeo minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobilinə maddi ziyan vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsində X3 təqsirli olması Masallı rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli İXP3430182 saylı İnzibati xəta haqqında protokol və xx xxxx 2020-ci il tarixli TP3841283 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin X3 təqsiri üzündən baş verməsi inzibati xəta haqqında iş üzrə qərarla müəyyən olunmuşdur. Hadisə zamanı təqsirli olan “X11” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığorta olunmuşdur. “xxxx” ASC tərəfindən ona dəymiş ziyan 450 manat məbləğində müəyyən etmişdir. Bu sığorta məbləği tamamilə əsassızdır. Belə ki, “Volqa” şirkəti tərəfindən verilmiş qiymətləndirmə arayışına əsasən hadisə nəticəsində “Ford Mondeo minik” markalı, 10 VK-014 dövlət qeydiyyat nişanlı avtomobilə 1950 manat məbləğində zərər dəymişdir. Sığorta şirkətinin qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmışdır. Buna görə də “xxxx” ASC tərəfindən ona 1000 manat məbləğində mənəvi ziyan ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 ekspertin rəyində qeyd edilən qiymət ilə razı olduğunu, iddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AB 592329 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Mondeo” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Masallı rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatı barədə arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:30 X2 Transit ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri, H.Əliyev prospektində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq digər avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin qüsur aktından görünür ki, “Ford Mondeo” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 470 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5209 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il buraxılışlı “Ford Mondeo” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1070 manat müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə qeyd edir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişi verilmir. Məhkəmə hesab edir ki, cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 1070 (min yetmiş manat) manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manatı isə iddiaçının özünə aid edilməlidir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 120 manat məbləğinin 80 manatı «xxxx» ASC-dən, 20 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 1070 (min yetmiş manat) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 80 manatı «xxxx» ASC-dən, 20 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-170/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-170/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver