Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1706/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Hacıyev Nurəddı̇n Höccət oğlunun nümayəndəsi və vəkili X1, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı «ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı məhkəmədə iddia qaldıraraq, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda ipotekaya xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Hacıyev Nurəddı̇n Höccət oğlunun nümayəndəsi və vəkili X2 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Həmin ipotekaya qoyulan mənzilin satılması ilə əlaqədar birinci hərrac xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə təyin olunmuşdur. Bu barədə onun sorğusuna verilən cavab məktubu, sms bildirişlər və kütləvi informasiya vasitələrində olan elanlar var, onları məhkəməyə təqdim edir. Artıq 4 aydan çox zaman keçməsinə baxmayaraq əmlak bank tərəfindən qəbul olunmayıb, halbuki hərrac baş tutmamışsa əmlak bank tərəfindən 30 təqvim günü ərzində qəbul olunmalı idi. Əldə etmədiyinə görə isə ipotekaya xitam verilməlidir. Hesab edirlər ki, əmlak bank tərəfindən qanunvericilikdə göstərilmiş müddət ərzində qəbul olunmadığından ipotekaya xitam verilməlidir. Bu səbəbdən də, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Sorğuya verilən cavab məktubundan da görünür ki, hərrac karantin rejimi ilə əlaqədar baş tutmamış, ilkin hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Kütləvi informasiya vasitələrində olan elanlar hərracın keçirildiyini sübut etmir. 14 mart tarixli qərara əsasən kütləvi tədbirlər keçirilə bilməz. Hərrac da kütləvi tədbir olduğuna görə keçirilməmişdir. Bu səbəbdən də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri təmin edilməməlidir: İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2057/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15010-0222/284048 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə 32609.11 ABŞ dolları əsas, 5593.25 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən Cavabdeh1 ASC olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin icra sənədi icraatlarına daxil olmuş, ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin hərracının keçirilməsi xx.xx.2020-ci il tarixinə təyin edilmişdir. İş materiallarında olan«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC bildirişlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə hərrac keçirilməsinə dair bildirişlər göndərilmiş və “Atribut” qəzetində dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı ““İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir.(“İpoteka haqqında” Qanunun 48.1.5-ci mad.). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə: xx xxxxxxxx 2020-ci il tarixdə keçilmiş baş tutmadığından 15% aşağı qiymətə xx.xx.2020-ci il saat 11:00 təyin edilmişdir. Məhkəmə hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə iddiaçı banka qarşı belə iddia qaldırması əsaslı olardı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1706/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1706/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver