Məhkəmə qərarları › İş №2(009)-1717/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1717/2024

03.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1717/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev X1 Samir Nizami oğlu üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok), 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilinin alğısatqısına dair bağlanmış 04 iyun 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində Cavabdeh1 qeydiyyatda olduğu ünvan ünvan 2nunun inzibati ərazisinə aiddir. Həmçinin, vergi ödəyicilərinin məlumatları barədə elektron çıxarışda Cavabdeh2 MTK-nın hüquqi ünvanı ünvan 3 Bakı şəhəri Xətai rayonunun inzibati ərazisinə aiddir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı mülki işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmiş və Cavabdeh2 MTK-nın hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, üçüncü şəxs X2 teleqram ünvanlayaraq məhkəmə iclasının digər tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin: -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. -40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. -44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. -45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırkı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 40, 44, 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(009)-1717/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar