Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1729/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi R.R.Rəhimlinin iştirakları ilə İddiaçı cavabdehlər «xxxx» MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla «xxxx” MMC arasında 15.09.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, xadimə vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin bir nüsxəsi ona təqdim edilməmişdir. Bir müddət sonra “xxxx” MMC öz fəaliyyətini dayandırmış, əmək kitabçası da özünə qaytarılmışdır. Lakin bu yaxınlarda müəyyən etmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində olan “xxxx” MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, “xxxx” MMC öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul etməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini təmin etməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin 25.05.2021-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini “xxxx” MMC təmin etməlidir və bu Müfəttişliyin səlahiyyəti xaricindədir. Bundan sonra o, pretenziya məktubu ilə “xxxx” MMC-yə müraciət etmiş, onunla “xxxx” MMC arasında bağlanmış 15.09.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsini (xitam verilməsi) və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Lakin göndərdiyi məktub “xxxx” MMC-nin ünvanın bağlı olması səbəbindən ona geri qaytarılmışdır. Belə ki, poçt xəbərnaməsində ünvanın bağlı olduğu qeyd edilmişdir. Elektron informasiya sistemində onun hal-hazırda “xxxx” MMC-də işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olmas görünür. “xxxx” MMC fəaliyyətini dayandırdığı üçün Cəmiyyətin məsul şəxslərini tapıb elektron sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edilməsini tələb edə bilmir. Bu səbəbdən də aralarında yaranan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış 15.09.2020ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, dəfələrlə şirkətlə əlaqə saxlayıb işdən çıxmasına dair əmək münasibətlərinə xitam verilməsini və müvafiq bildirişin qeydiyyata alınmasını “xxxx” MMC-yə bildirsə də, həmin hüquqi şəxsin səlahiyyətli şəxsləri hüquqi ünvandan köçdüklərinə və qanuni nümayəndəsi xarici vətəndaş olaraq Azərbaycandan getdiyi üçün bunu edə bilməmiş, o isə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi X2 öz izahatında göstərmişdir ki, işçi ilə əmək müqaviləsinin bağlanılması, ona xitam verilməsi və bu məlumatların müvafiq elektron informasiya sisteminə daxil edilmə səlahiyyəti qanunla işəgötürənin üzərinə qoyulmuşdur. Əmək müfəttişliyi olaraq bu xidmət müvafiq nəzarəti həyata keçirir. Yüzlərlə vətəndaşın hazırki mövcud iddiada göstərilən problemi vardır və bununla əlaqədar məhkəmələr qətnamələr qəbul edirlər. Əmək müfəttişliyi olaraq onlar yalnız məhkəmə qətnaməsi ilə şəxsin əmək münasibətlərinə xitam verilməsinə dair qətnamə qəbul edildikdə həmin məlumatın elektron sistemə daxil edilməsini təmin edə bilərlər. Bir şərtlə ki, məlumatın daxil edilməsi onlara həvalə edilsin. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh “xxxx” MMC-nin ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvandan məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xxxxxxx000300 saylı, 15.09.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 15.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı “xxxx” MMCyə xadimə vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 23.04.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs “xxxx” MMCyə (ünvan 1 ünvanına rəsmi məktub göndərilmiş, lakin bu günədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında “ 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət edilməlidir. İş üzrə İddiaçı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış məktubundan görünür ki, onunla “xxxx” MMC arasında 15.09.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, xadimə vəzifəsinə işə götürülmüşdür. Bir müddət sonra “xxxx” MMC öz fəaliyyətini dayandırmış, əmək kitabçası da özünə qaytarılmışdır. Lakin bu yaxınlarda müəyyən müəyyən etmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində onun “xxxx” MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, “xxxx” MMC öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi barədə əmr qəbul etməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini təmin etməmişdir. Onunla cavabdeh “xxxx” MMC arasında başlanmış 15.09.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsini (xitam verilməsini) və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında 15.09.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “xadimə” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “xxxx” MMC öz fəaliyyətini dayandırmış, əmək kitabçası da iddiaçıya qaytarmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə «xxxx» MMC arasında bağlanılmış 15.09.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilsin. “xxxx” MMC ilə İddiaçı arasında bağlanılmış 15.09.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1729/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1729/2021
02.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver