Məhkəmə qərarları › İş №2(009)-1732/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1732/2021

07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1732/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh Nazim oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 iyun 2018-ci il tarixdən başlayaraq 13 iyun 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ödənilməli olan 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 5 ilə yaxın müddətdir ki, faktiki nikah münasibətinə daxil olmuşdur. Lakin nikahlarını rəsmi qeydiyyata ardırmamışlar. Faktiki nikahdan 13 iyun 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin verdiyi 19 iyul 2018-ci il tarixli, AZ-İ 353612 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X3 atası Cavabdeh hesab edilmişdir. Həyat yoldaşı Cavabdeh onu döydüyünə görə o, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 3(009)-1032/2021 saylı qərarına əsasən ona 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin vaxtdan Cavabdeh ilə faktiki olaraq ayrılmışlar və aralarında ər-arvad münasibətləri yoxdur. Cavabdeh faktiki nikahlarından doğulmuş Nazim adlı uşaqlarının saxlanılması üçün heç bir maddi yardım göstərmir. Özü heç bir yerdə işləmir. Uşağın saxlanılmasında ciddi maddi cətinliklər çəkir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Nazim oğluna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 353612 nömrəli, 19 iyul 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 13 iyun 2018-ci ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2018 ilin 07 ayının 19 günündə 237 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 18.07.2018-ci il tarixli, AZ-İV 148147 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 13 iyun 2018-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Məhkəmə bu qənaətə gələrkən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların preyudusial əhəmiyyət kəsb etməsini nəzərə almışdır. Alimentin hansı qaydada tutulacağı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddiaçının cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 13.06.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13.06.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində almentin tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq, 13.06.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tələbi hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar