Məhkəmə qərarları › İş №2(009)-1849/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1849/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1849/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili M.Ə.Məmmədovun, Cavabdeh nümayəndəsi H.S.Məmmədovun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1962-ci il tarixdən keçmiş SSRİ-nin Neft Hasilat Nazirliyinin tabeliyində olan “Orconikidzeneft” müəssisəsinin X7 Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi işinə qəbul edilməklə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1964-cü il tarixdən həmin müəssisədə 5-ci dərəcəli qazmaçı işinə keçirilmişdir. İşlədiyi müəssisə Suraxanı qəsəbəsi, 3-cü mədən ünvanında yerləşirdi.xx.xx.1964-cü il tarixdə 95 saylı qazma qurğusunda işləyərkən əmək zədəsi almış və fakt sex rəisi A.A.Əliyev və müəssisənin baş mühasibi L.Q.Abbasovun iştirakı ilə “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” tərtib olunmuş xx.xx.1964-cü il tarixli 10 saylı aktla rəsmiləşdirilmiş, xəstəlik vərəqəsinə əsasən sağ əlin 4-cü barmağında oynaqların əzilməsi diaqnozu qoyulmuşdur. xx.xx.1965-ci il tarixdə 76/111 saylı qazma qurğusunda işləyərkən ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə sol ayağından ağır zədə almışdır. Həmin hadisə yenə də sex rəisi və müəssisənin baş mühasibinin iştirakı ilə tərtib olunmuş “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” xx.xx.1965-ci il tarixli 2 saylı aktla öz əksini tapmışdır. Xəstəlik vərəqələrinə əsasən ona sol ayağın dayaq hissəsinin əziyi diaqnozu qoyulmuşdur. xx.xx.1967-ci il tarixdə işdən evə qayıdarkən ayağı burxulmuş və o, yerə yıxılmışdır. Nəticədə baş və üz nahiyəsindən zədə almışdır. Səhəri gün vəziyyəti bir qədər də ağırlaşdığı üçün o vaxtki Caparidze adına xəstəxanaya aparılmışdır. Həkimlərin və tərkibində texniki təhlükəsizlik məsələlərinə ictimai-nəzarət nümayəndələrinin olduğu komissiyanın gəldiyi yekun rəyə əsasən alınan bu zədə bir başa bundan əvvəl aldığı zədə ilə başqa sözlə istehsalatla bağlı olmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixli adları qeyd olunan yoldaşların şahidliyi ilə akt tərtib olunmuşdur. Alınan ikinci istehsalat zədəsi xüsusilə ağır idi. Aşağı sol ətrafın topuq-dayaq funksiyaları tamamilə pozulmuşdur. Sosial Təminat Nazirliyi Orconikidze rayon X13 Komissiyası xx.xx.1965-ci il tarixdə ümumi əmək qabiliyyətinin 20%, profesional əmək qabiliyyətinin isə 40% itirilməsi barədə rəy verdi. Növbəti illərdə HƏEK rəylərinə ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% itirilməsi barədə qərarlar çıxarılmış və 1965-1974-cü illər aralığında hər bir dəfə olmaqla komissiyadan keçmişdir. HƏEK-nin xx.xx.1974-cü il tarixli 159 saylı qərarına əsasən səbəbi əmək zədəsi olmaqla, ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% ömürlük (müddətsiz) itirilməsi barədə rəy verildi. X1 verdiyi rəylərə müvafiq olaraq “Orconikidzeneft” idarəsi tərəfindən hər il müəssisənin təqsiri səbəbindən “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi” ilə bağlı əmrlər verilmiş və nəticədə ona əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmişdir. Bu 1980-ci illərin sonlarınadək davam etmişdir. SSRİ-nin dağılması ilə onun müəssisənin təqsiri üzündən əmək zədəsinə görə aldığı vəsaitin ödənişi də dayandırılmışdır. Hal-hazırda o, həmin illərdə aldığı ağır zədə-travmaların əziyyəti çəkir. İki ilə yaxındır ki, həmin ayaq nahiyələrində şiş və ağırlar olur, yeriməyə çətinlik çəkir. Bildiyi və eşitdiyi qədərilə ona həmin vəsait Azərbaycan Dövləti müstəqillik qazandıqdan sonra da ödənilməli idi. Çünki SSRİ-dən qalan həmin müəssisələrin varisi var. Bu Azərbaycan Dövlət Şirkətdir (SOCAR), lakin ona bu vəsait ödənilməmişdir. O, yuxarıda qeyd olunanlarla bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmişdir. Bundan sonra ona hərtərəfli əsaslandırılmış cavab yalnız ƏƏSM Nazirliyi yanında Dövlət X5 (xx.xx.2019-cu il tarixli **********8 nömrəli) gəlmişdir. Həmin məktubda “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya səbəbdən həlak olmuş işçinin ailə üzvülərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 5.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 09 yanvar tarixi 3 nömrəli Qərarının 1.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsi ətraflı izah olunmuş və irəli sürülən tələblərlə bağlı hüquqi varis Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etmələri məsləhət bilinmişdir. ƏƏSM Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı ərizə onlar tərəfindən xx.xx.2019-cu il tarixdə **********5 nömrəli müşayətedici məktubla birlikdə araşdırma məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilmişdir. Ona yalnız Nazirliyin 142 qaynar xətt nömrəsinə və Müfəttişliyin şəhər nömrəsinə dair neçə dəfə zəng etdikdən sonra xx.xx.2019-cu il tarixdə **********1 nömrəli məktubla tələbi ilə bağlı araşdırmanın aparıldığı və həmçinin Cavabdehnə onlar tərəfindən məktub ünvanlandığı barədə cavab verildi. Bu məktubda konkret cavab yoxdur, yalnız araşdırma aparıldığı barədə bildiriş var. Bu bildiriş almaq üçün o, yəni 73 gün gözləməli idi? Həmin məktubun sonunda araşdırmanın nəticələri barədə ona məlumat veriləcəyi qeyd edilir. Amma bu günkü tarixədək daha 131 gün keçməsinə baxmayaraq Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən, nə də onun 4 saylı region üzrə Müfəttişliyindən heç bir cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) da ərizəsinin hara yönəldilməsi, araşdırmanın aparılıb-aparılmaması və s. bu kimi suallarla bağlı cavab ala bilməmişdir. Yalnız Cavabdehndən daxil olmuş xx.xx.2019-cu il tarixli SOCAR **********30360424X00014 nömrəli məktubda Dövlət Əmək Müfəttişliyi Xidmətindən onlara yönəldilmiş ərizənin araşdırılması ilə bağlı məlumat vardır. Bundan sonrakı dövrdə bir neçə dəfə birliyin vəzifəli şəxsləri ilə telefon əlaqəsi yaradılmış, əvvəlcədən onlara göndərilmiş sənədlərin şəkilləri xx.xx.2019-cu il tarixdə vatsap vasitəsi ilə bir daha onlara ötürülmüş, xx.xx.2019-cu il tarixdə isə qəbul zamanı sənədlərin əsli yenidən onlara təqdim etmişdir və həmin gün onlara bir daha söz verildi ki, araşdırma aparıb yaxın vaxtlarda tam ətraflı məlumat verəcəklər. Lakin ərizənin SOCAR tərəfindən göndərilməsindən 224 gün, ərizənin Əmək Müfəttişliyi SOCARA yönəldilməsində 204 gün, vətəndaş qəbulundan 83 gün keçməsinə baxmayaraq ərizəsinə bitmiş bir cavab yoxdur. O, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlandığı ərizəsinə axırıncı dəfə xx.xx.2019-cu il tarixdə cavab almışdır. Qanunvericiliyə uyğun olaraq sağlamlığına vurulmuş zərərin əvəzini alınmasını, həmin zərərin ona ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən sağlamlığına vurulmuş 41.895,26 manat dəymiş ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X2 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl onlar Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Neft Şirkətinə (SOCAR) qarşı iddia qaldırmış. Həmin məhkəmədə SOCAR-ın nümayəndəsi hazırki tələbə cavabdehlik daşıyan hüquqi şəxsin Cavabdeh olmasını göstərmiş, eyni zamanda onların SOCAR-a ünvanladıqları müraciət də aidiyyəti üzrə “Azneft” İB-nə ünvanlanmış və onların müraciətinə məhz “Azneft” İB cavab vermişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı xx.xx.1964-cü ildə Suraxanı qəsəbəsi 3-cü mədən ünvanında yerləşən “Orconikidzeneft” müəssisəsində qazma köməkçisi işləyərkən istehsalatla bağlı bədbəxt hadisənin baş verməsi nəticəsində xəsarət almışdır. İddia ərizəsində qeyd olunduğuna əsasən iddiaçı 1980-cı illərin sonlarınadək “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi” ilə bağlı əmək haqqının 25%-i həcmində kompensasiya ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı uzun illər müxtəlif yerlərdə işləmiş və xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxxx” ASC-nin İsmayıllı 10 saylı X6 ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı özü uzun illər öz hüquqlarına laqeyd yanaşmışdır. İddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “Azneft” İB Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanı ilə yaradılmışdır. Cavabdehndə iddiaçı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşin faktiki hallardan göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman (1965-1974-cü il) qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinə (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) əsasən tənzimlənməlidir. Həmin Məcəlləyə və SSSR-nin Nazirlər Kabinetinin xx.xx.1984-cü il tarixli 690 saylı İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarından görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) 458-ci maddəsinə əsasən, şikəstlik və sair formada səhhətin pozulması ziyan çəkmiş üçün dövlət ictimai sığorta haqqı verməli olmayan təşkilat və ya vətəndaş tərəfindən vurulmuşdursa, həmin təşkil və ya vətəndaş bu Məcəllənin 442,443,447-ci maddələrinin qaydalarına əsasən ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən, hüquqi şəxs yenidən təşkil olunduqda, aylıq ödəmələrin verilməsi (həmin Məcəllənin 464-cü maddəsi) onun hüquqi varislərinə həvalə olunur. Hüquqi şəxs təsviyə edildiyi halda, ziyan çəkmiş şəxsə çatası olan ödəmələr dövlət sığortası üzrə pula çevrilməli və müəyyən edilən miqdarda və qaydada ziyan çəkmiş şəxsə verilmək üçün hüquqi şəxsin orqanlarına verilməlidir. Hüquqi şəxs təsviyə edildiyi halda təsviyə olunmuş hüquqi şəxsin vətəndaşın ölümü və ya səhhətinin pozulması ilə əlaqədar olaraq vurduğu ziyanın ödənilməsi haqqında tələb, yuxarıda təşkilata və ya hüquqi şəxsin təsviyə edilməsinə dair qərarda göstərilən təşkilata verilir. Həmin Məcəllənin 463-cü maddəsində göstərilən əsaslar üzrə, ziyan çəkmiş şəxsə vurulmuş ziyan üçün ödəmənin miqdarının azaldılması və ya artırılmasına dair tələblər həmin ödəmələri verən hüquqi şəxsin hüquqi varisinə və ya ziyanı ödəmək qət olunmuş hüquqi şəxsin müvafiq hüquqi varisi tərəfindən verilə bilər. Təsviyə edilən hüquqi şəxsin yuxarıda orqanı olmayan hallarda, həmin hüquqi şəxsdən ziyana görə alınmalı olan ödəməni vermək vəzifəsi, təsviyə edilən hüquqi şəxsin əmlakını olan təşkilatın üzərinə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün qismən təmin edilməlidir. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, xx.xx.1962-ci ildə “Ordjonekidzeneft” müəssisəsinin X7 Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1964-cü ildə 5-ci dərəcə qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə 1-ci dərəcə köməkçi işçi vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə yükləyici vəzifəsinə keçirilmiş, xx.xx.1967-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş bədbəxt hadisə ilə əlaqədar tərtib olunmuş xx.xx.1965-ci il tarixli aktlardan görünür ki, xx.xx.1965-ci il tarixdə qazma qurğusunda ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə İddiaçı sol ayağından ağır zədə almışdır. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş X13 Komissiyasının xx.xx.1965-ci il tarixli, xx.xx.1970-ci il tarixli, xx.xx.1971-ci il tarixli, xx.xx.1972-ci il tarixli, xx.xx.1974-cü il tarixli zərər dəyməsi ilə əlaqədar aktın çıxarışlarından görünür ki, İddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin 25% itirilməsi barədə rəy verilmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş “Orconikidzeneft” İdarəsinin xx.xx.1965-ci il tarixli, xx.xx.1966-cı il tarixli, xx.xx.1967-ci il tarixli, xx.xx.1971-ci il tarixli, xx.xx.1972-ci il tarixli, xx.xx.1973-cü il tarixli, xx.xx.1974-cü il tarixli əmrlərdən görünür ki, İddiaçı əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmişdir. İş üzrə İsmayıllı rayon X11 Komissiyasının (VTEK) 159 No-li, xx.xx.1974-cü il tarixli qərarından çıxarışından görünür ki, İddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin 25% itirilməsi barədə rəy verilmişdir, təkrar baxış müddətsiz müəyyən olunmuşdur. İş üzrə Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X10 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixdən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin qaydanın 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 9 yanvar tarixi, 3 nömrəli Qərarının 1.1-ci maddəsinə uyğun olaraq işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir. Eyni zamanda diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Ona görə müraciətində qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsini tövsiyyə olunması göstərilmişdir. İş üzrə “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə aldığı istehsalat xəsarətinə görə SSRİ-nin dağılmasına qədər müvafiq ödənişlər almışdır. Lakin, 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə İddiaçı verilən ödənişlərlə bağlı Cavabdehndə hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda bildirirlər ki, qeyd edildiyi dövrdə istehsalat xəsarətləri ilə bağlı ödənişlərin verilməsi o dövrdə qüvvədə olmuş mülki qanunvericiliklə tənzimlənirdi. Sonradan normativ hüquqi aktlarda dəyişikliklər edilərək müvafiq ödənişlər dayandırılmışdır. Bu səbəbdən də İddiaçı hər hansı köməklik göstərmək imkanları xaricikdədir. İş üzrə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı keçmiş SSRİ-nin Neft Hasilat Nazirliyinin tabeliyində olan “Orconikidzeneft” müəssisəsində xx.xx.1964-cü il tarixdə əmək zədəsi aldığı və SSRİ dağıldıqdan sonra zərərə görə ödəncinin ödənilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Əmək və X4 Nazirliyinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış ərizələrə baxılmış, “Azneft” İB-nin təqdim etdiyi məktubda 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə Cavabdehndə hər hansı məlumatın aşkar olunmadığı bildirilmşdir. Pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci ildə “Ordjonekidzeneft” müəssisəsinin X7 Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1964-cü ildə 5-ci dərəcə qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə 1-ci dərəcə köməkçi işçi vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə yükləyici vəzifəsinə keçirilmiş, xx.xx.1967-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1965-ci il tarixdə qazma qurğusunda ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə İddiaçı sol ayağından ağır zədə almışdır. İsmayıllı rayon X11 Komissiyasının (VTEK) 159 No-li, xx.xx.1974-cü il tarixli qərarı ilə iddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin 25% itirilməsi barədə rəy verilmiş və bu itirilmə müddətsiz müəyyən olunmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, “Orconikidzeneft” müəssisəsinin xx.xx.1965-ci il tarixli, xx.xx.1966-cı il tarixli, xx.xx.1967-ci il tarixli, xx.xx.1971-ci il tarixli, xx.xx.1972-ci il tarixli, xx.xx.1973-cü il tarixli, xx.xx.1974-cü il tarixli əmrlə ilə iddiaçıya əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmiş və bu ödənişlər iddiaçının bildirdiyinə görə 1980-ci illərin sonunadək davam etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, SSRİ-nin dağılması ilə onun müəssisənin təqsiri üzündən əmək zədəsinə görə aldığı vəsaitin ödənişi də dayandırılmışdır. Halhazırda o, həmin illərdə aldığı ağır zədə-travmaların əziyyəti çəkir. İki ilə yaxındır ki, həmin ayaq nahiyələrində şiş və ağırlar olur, yeriməyə çətinlik çəkir. Bildiyi və eşitdiyi qədərilə ona həmin vəsait Azərbaycan Dövləti müstəqillik qazandıqdan sonra da ödənilməli idi. Lakin həmin ödənişlərin verilməsi ilə bağlı “Orconikidzeneft” müəssisəsinin hüquqi varisi olan cavabdehə müraciət etsə də, sonuncu bu ödənişlərin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı sağlamlığına vurulmun ziyanın əvvəlki dövr üçün ödənilməyən 41895,26 manat hissəsinin, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına vurulan ziyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Azneft” İB Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli fərmanı ilə yaradılmışdır. İddiaçının işlədiyi müəssisə “Orconikidzeneft” müəssisəsi olsa da, hazırda həmin müəssisə fəaliyyət göstərmir və onun hüquqi varisi “Azneft” İB-dir. Belə ki, nə cavabdehin nümayəndəsi, nə də cavabdeh təşkilat tərəfindən rəsmi qaydada “Orconikidzeneft” müəssisəsinin hüquqi varisinin “Azneft” İB olmaması ilə bağlı müvafiq sübutlar təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının müraciətləri məhz “Azneft” İB tərəfindən araşdırılmış və ona müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehə qarşı iddia qaldırmaqda tam haqlıdır və bu səbəbdən hazırki tələb üzrə subyektiv cavabdehliyi məhz Cavabdeh daşımalıdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə olmuşdur. Bu səbəbdən hazırki mübahisəyə həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 458-ci maddəsinə əsasən, şikəstlik və sair formada səhhətin pozulması ziyan çəkmiş üçün dövlət ictimai sığorta haqqı verməli olmayan təşkilat və ya vətəndaş tərəfindən vurulmuşdursa, həmin təşkil və ya vətəndaş bu Məcəllənin 442,443,447-ci maddələrinin qaydalarına əsasən ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən, hüquqi şəxs yenidən təşkil olunduqda, aylıq ödəmələrin verilməsi (həmin Məcəllənin 464-cü maddəsi) onun hüquqi varislərinə həvalə olunur. Hüquqi şəxs təsviyə edildiyi halda, ziyan çəkmiş şəxsə çatası olan ödəmələr dövlət sığortası üzrə pula çevrilməli və müəyyən edilən miqdarda və qaydada ziyan çəkmiş şəxsə verilmək üçün hüquqi şəxsin orqanlarına verilməlidir. Hüquqi şəxs təsviyə edildiyi halda təsviyə olunmuş hüquqi şəxsin vətəndaşın ölümü və ya səhhətinin pozulması ilə əlaqədar olaraq vurduğu ziyanın ödənilməsi haqqında tələb, yuxarıda təşkilata və ya hüquqi şəxsin təsviyə edilməsinə dair qərarda göstərilən təşkilata verilir. Qeyd edilən Məcəllənin 463-cü maddəsində göstərilən əsaslar üzrə, ziyan çəkmiş şəxsə vurulmuş ziyan üçün ödəmənin miqdarının azaldılması və ya artırılmasına dair tələblər həmin ödəmələri verən hüquqi şəxsin hüquqi varisinə və ya ziyanı ödəmək qət olunmuş hüquqi şəxsin müvafiq hüquqi varisi tərəfindən verilə bilər. Təsviyə edilən hüquqi şəxsin yuxarıda orqanı olmayan hallarda, həmin hüquqi şəxsdən ziyana görə alınmalı olan ödəməni vermək vəzifəsi, təsviyə edilən hüquqi şəxsin əmlakını olan təşkilatın üzərinə qoyulur. SSSR-nin Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 690 saylı İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarından görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3No-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, X12 haqqında qərarının 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Nazirlər Soveti və Nazirlər Kabinetinin qərarları iddiaçının əmək xəsarəti aldığı vaxtdan sonra qəbul edilsələr də, həmin qərarların geriyə qüvvəsi iddiaçının vəziyyətini yüngülləşdirir. Bu səbəbdən hazırki mübahisəyə baxılarkən həmin qərarların geriyə qüvvəsi də nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən aktlarına əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aldığı əmək xəsarəti ilə bağlı hər hansı əlillik təyin olunmamışdır və ona aldığı əmək xəsarəti ilə bağlı itirdiyi əmək qabiliyyətinin kompensasiyası kimi 1980-cı illərin sonunadək pul ödənilmişdir. Lakin 1990-cı ildən sonra iddiaçının da iddia etdiyi kimi ödənişlərin verilməsi dayandırılmışdır. Buna baxmayaraq iddiaçı həmin ödənişlərin ona verilməsi ilə bağlı işəgötürənə və sonradan onun hüquq varisinə müraciət etməmişdir. iddiaçı həmin ödənişlərin yenidən ödənilməsi ilə bağlı yalnız 2019-cu ildə cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçıya aid müəssisədə hər hansı məlumat aşkar olunmamasını və bununla da həmin ödənişlərə görə cavabdehlik daşımamasını iddia edərək ödənişlərin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh “Orconikidzeneft” müəssisəsinin hüquqi varisi olduğu üçün iddiaçıya aldığı xəsarətə görə ödənişlərin verilməsinə görə cavabdehlik daşıyır. Lakin bu ödənişlərin əvvəlki dövr üçün də tutulması əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı əmək xəsarəti ilə bağlı kompensasiya almaq hüququ olsa da, iddiaçı bu hüquqlarını həyata keçirməmişdir. Bu baxımdan iddiaçının aldığı xəsarətə görə kompensasiya almaq hüququnun yarandığı uzun müddət ərzində və hətta yeni qanununlar qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüququnun reallaşdırılması üçün konkret addımlar atmaması və kompensasiyanın alınması üçün müraciət etməməsi, onun həmin kompensasiya vəsaitlərinə real ehtiyacının olmadığını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmənin səlahiyyəti cavabdehə qarşı yönələn tələb həddi ilə məhdudlaşdırıldığından, iddiaçının özünün öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmadığı bu məsələdə məhkəmənin geniş şərh verməsini və onun əvəzinə tədqiqatlar aparmasını yolverilməz edir (halbuki məhkəmə həqiqətin müəyyən edilməsi üçün səlahiyyət çərçivəsində kifayət qədər araşdırma aparmışdır). Bu səbəbdən əvvəlki dövr üçün 41895,26 manat məbləğində pulun tutulması barədə tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının bu hüququ məhkəməyə müraciət etdiyi vaxtdan bərpa edilməli və ona aldığı əmək xəsarəti ilə bağlı kompensasiyanın ödənilməsi cavabdehə həvalə edilməlidir. AR Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir(maddə 1118 və 1119). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının keçmiş “Orconikidzeneft” müəssisəsində X7 Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay, ömürlük zərərin əvəzinin ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının keçmiş “Orconikidzeneft” müəssisəsində X7 Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay ömürlük zərərin əvəzinin ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müdd\ətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar