Məhkəmə qərarları › İş №2(009)-1872/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1872/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1872/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun idarə etdiyi “VAZ- 2110” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həkətdə olarkən “Toyota RAV” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq maşınına ziyan dəymişdir. “Toyota RAV” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalandığı üçün ona dəymiş ziyanı Cavabdeh Sığorta Şirkəti ASC ona dəymiş ziyanı həddindən çox az hesablanaraq 1615 manat müəyyən edilmişdir. Yol nəqliyat hadisəsi nəticəsində onun avtomobilinə 2574 (iki min be yüz yetmiş dörd) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədə sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfində urtomobiliıuə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərti edilmişdir. Hadisədən təqribən 15-20 gün sonra Cavabdeh Sığorta Şirkətinin əməkdaşı tərəfindən mobil nömrəsinə zəng olunaraq avtomobilinin təmiri üçün 1615 manat məbləğində sığorta ödənişi ayrılacağı bildirildi. O, bu məbləğə etiraz etdiyini bildirdikdə şirkətin əməkdaşı xüsusi ərizə forması ilə şirkətə müraciət etməli olduğunu bildirdi. Ərizə ilə müraciət edərək məbləğdən narazı olduğunu və hal hazırda qəzalı vəziyyətdə olan maşınına baxış keçirilməsi üçün müstəqil ekspert təyin olunmasını şirkətdən rəsmi olaraq xahiş etdi. 20 aprel 2021-ci il tarixdə özünü REAL PRAYS şirkətinin əməkdaşı kimi təqdim edən Cavid adlı şəxs mobil nömrəsinə zəng edərək müstəqil ekspert olduğunu və maşına baxmaq istədiyini bildirdi. Həmin şəxs maşına baxış keçirdi, mobil telefonu ilə maşının şəkillərini çəkdi getdi. Sonradan məlum oldu ki, Cavid REAL PRAYS-ın eksperti deyil, reallıqda müstəqil ekspert olan Əhməd adlı şəxsin əvəzinə maşına baxış keçirib. Bir müddət sonra sığorta şirkətindən onunla telefon əlaqəsi saxlanıldı REAL PRAYS-ın yekun rəyinin son rəqəm olduğunu və onun maşınının təmiri üçün 1615 manatdan artıq sığorta ödənişinin ayrılmayacağını bildirdilər. Quba şəhərində avtoservisdə tərtib olunan aktda yazılan və faktiki olaraq yenisi ilə əvəz olunmalı 24 ədə detal REAL PRAYS-ın tərtib etdiyi aktda göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun avtomobilinin təmiri üçün 2574 manat məbləğində ziyanın, ziyan aktının tərtib olunması üçün ödədiyi 30 manat rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2634 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, ekspertin avtomobilə baxış keçirmədən şəkillər əsasında rəy verdiyini bildirmişdir. Avtomobilinə dəymiş ziyanın təmir xərci rəydə göstərilən məbləğdən daha çoxdur. Lakin, artıq bu mübahisənin uzun müddətdir davam etdiyini, proseslərə gedib gəlməkdən yorulduğunu bildirərək ekspert rəyi ilə razılaşmışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, avtomobilə dəymiş zərər sığortaçı tərəfindən 1815 manat müəyyən olunmuş, iddiaçı razı olmadığı üçün müstəqil ekspertin dəvət olunması barədə ərizə ilə müraciət etmişdir. Müstəqil ekspert tərəfindən ziyanın məbləği 1615 manat müəyyən olunmuşdur. Öhdəlik yeni ehtiyyat hissələri ilə əvəz etmək deyil. 21 ilin avtomobili olduğu üçün, aşınma nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə İXP ******* saylı, 08.04.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X5 “Toyota RAV” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə TP ******* saylı, 08.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə Cavabdeh Sığorta şirkətinə İddiaçı tərəfindən ünvanlanmış 16.04.2021-ci il tarixli məktubdan belə məlum olur ki, sığorta şirkəti 1815 manat təklif edib, zərər məbləği ilə razı olmadığı üçün müstəqil ekspert "xxxx" MMC tərəfindən yenidən qiymətləndirmə keçirilməsini xahiş edib. İş üzrə qiymətləndirici tərəfindən aparılmış hesabatdan belə məlum olur ki, “VAZ- 2110” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1615 manat təşkil edir. İş materiallarında olan 09.04.2021-ci il tarixli “Təbriz” firmasının ziyan aktından görünür ki, “VAZ-2110” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 2574 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 08.04.2021-ci il tarixdə X5 idarə etdiyi “Toyota RAV” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərində hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “VAZ-2110” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X5 Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X4 idarə etdiyi “Toyota RAV” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 1615 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqilyyat hadisəsi zamanı onun avtomaşınına 1615 manatdan çox ziyan dəydiyi üçün 2574 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən avtomaşının təmirinə 2574 manatdan artıq xərc çəkiləcəyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 1982 manat olması müəyyən edildiyindən, ödənilməli olan sığorta ödənişi məhz həmin məbləğ həddində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həimn Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Qeyd edilən Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Göstərilən Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Qeyd edilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən 1982 manat sığorta ödənişi, ziyan aktının tərtib olunması üçün ödədiyi 30 manat tutularaq İddiaçı. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 1982 manat sığorta ödənişi, ziyan aktının tərtib olunması üçün ödədiyi 30 manat və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar