Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1891/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh X13 iştirakları ilə, İddiaçı (Nəsimi rayon Qeydiyyat Şöbəsi üçüncü şəxs kimi göstərilməklə) cavabdeh X14 qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat şöbəsi cəlb edilməklə) X13 maraqlı şəxs kimi göstərildiyi “akt qeydinin ləğv edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfində verilimiş 1753 saylı akt qeydi ilə tərtib olunmuş Doğum haqqında şəhadətnamədə 12.09.2004-cü il təvəllüdlü Nərgiz adlı uşağın ata qrafasında “İddiaçı” qeydinin və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfində verilimiş 675 saylı akt qeydi ilə tərtib olunmuş Doğum haqqında şəhadətnamədə 25.01.2008-ci il təvəllüdlü Nəriman adlı uşağın ata qrafasında “X8” qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 dəqiqləşdirmə barədə ərizə təqdim edərək İddiaçı 12.09.2004-cü il tarixdə doğulmuş X6 və 25.01.2008-ci il tarixdə doğumuş X2 bioloji atası olmaması müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrdə uşağın ata qrafasında İddiaçı qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, o, Göre (İsmayılova) Aygün İlqar qızı ilə 1998-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan övladları anadan olmamışdır. Buna görədə aralarında ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Cavabdehlə formal olaraq nikahda olsalar da faktiki olaraq bir yerdə yaşamırdılar. Cavabdeh 12 sentyabr 2004-cü il tarixdə X4 və 25 yanvar 2008-ci tarixdə isə X2 dünyaya gətirmişdir. Formal olaraq nikahda olduqları üçün İddiaçı rəsmi qeydlərdə uşağın atası kimi göstərilmişdir. Halbuki, qeyd etdiyi kimi uşaqların atası o deyildir. İddiaçı bu halı öyrəndikdən sonra 2011ci ildə Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Lakin bu günə qədər həmin uşaqlar rəsmi qeydlərdə İddiaçı uşaqları olaraq qalmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X10 izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehlə 1998-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan övladları anadan olmamışdır. Buna görə də aralarında ailə münasibətləri pozulmuşdur. Cavabdehlə formal olaraq nikahda olsalar da faktiki olaraq bir yerdə yaşamamışlar. Cavabdehin 2004-cü il və 2008-ci il tarixdə iki övladı dünyaya gəlmişdir. Formal olaraq nikahda olduqları üçün iddiaçı rəsmi qeydlərdə uşağın atası kimi göstərilmişdir. Halbuki, uşaqların atası o deyildir. İddiaçı bunu öyrəndikdən sonra 2011-ci ildə aralarındakı nikah pozulmuşdur. Lakin bu günə qədər həmin uşaqlar rəsmi qeydlərdə İddiaçı uşaqları olaraq qalmaqdadır. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini bildirmiş, doğum haqqında şəhadətnamədə ata qrafasındakı qeydin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X16 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş, AZ-İ-528760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12.09.2004-cü ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş, AZ-T-096987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25.01.2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş, nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə X16 arasında nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.09.2011-ci il tarixdə 262 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinin tələblərinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydlə təsdiq olunur. Həmin Məcəllənin 46.1 -ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.9ci bəndinə əsasən doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, tələb əsaslı olduğundan təmin edilməli, 12 sentyabr 2004-cü il təvəllüdlü X3 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 atası (bioloji) İddiaçı olmadığından 1753 saylı akt qeydi ilə tərtib olunmuş doğum haqqında şəhadətnamədə 12.09.2004-cü il təvəllüdlü Nərgiz adlı uşağın ata qrafasında “İddiaçı” qeydinin və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfində verilimiş 675 saylı akt qeydi ilə tərtib olunmuş doğum haqqında şəhadətnamədə 25.01.2008-ci il təvəllüdlü Nəriman adlı uşağın ata qrafasında “X8” qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12 sentyabr 2004-cü il təvəllüdlü X6 və 25 yanvar 2008-ci il təvəllüdlü X1 atası (bioloji) İddiaçı olmadığı müəyyən edilsin. AZ-İ 528760 saylı (1753 nömrə ilə qeyd edilmiş) və AZ-T 096987 saylı (675 nömrə ilə qeyd edilmiş) doğum haqqında şəhadətnamələrdə və akt qeydləri kitabında ata qrafasında “İddiaçı” qeydi ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1891/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1891/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver