Məhkəmə qərarları › İş №2(009)-191/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-191/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-191/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti tərəfindən vəzifə borcunu yerinə yetirilməsinə, yəni avtomobilinin xərclərini hesablayıb ödəniş prosesini həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, yol nəqliyyat hadisəsini keçirmişdir, lakin cavabdeh əsassız və ona aidiyyatı olmayan səbəbləri gətirərək vəzifə borcunu yerinə yetirmir. Cavabdeh hal-hazırda sığorta ödənişi etməkdən imtina edir və hesab edir ki, bu qanunsuz hərəkətsizliyi ilə korrupsiyaya əl atır. Cavabdeh Sığorta Şirkəti tərəfindən vəzifə borcunu yerinə yetirilməsinə, yəni avtomobilinin xərclərini hesablayıb ödəniş prosesini həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, o, Günay Lizinq MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Daxili lizinq Müqaviləssinə”nə əsasən lizinqə bir ədəd Hyundai İ30 markalı, 77PV592 dövlət qeydiyyat nişanlı avtomobili almış və ona avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixli etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə onun tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, avtomobil divara çırpılmış və avtomobilə zərər dəymişdir. Günay Lizinq MMM tərəfindən avtomobil Cavabdeh Sığorta Şirkətində sığorta edildiyi üçün o, sığorta ödənişi üçün Cavabdeh Sığorta Şirkətinə müraciət etmiş, lakin ona əsassız olaraq imtina olunmuşdur ki, həmin avtomobillə o, sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Halbuki o, həmin avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olmamışdır. Sığorta şirkətinin sığorta ödənişi ödəməkdən imtinasını əsassız sayır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü (Kasko) üzrə **********3 saylı sığorta müqaviləsinə əsasən Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Hyundai İ30” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20 sentyabr 2023-cü il tarixində baş vermiş yoi-nəqliyyat hadisəsi (maneəni vurma) nəticəsində zərər dəyməsi ilə bağlı iddiaçı tərəfindən sığorta şirkətinə sığorta ödənişinin veriləsi ilə bağlı müraciət edilmişdir. Hadisənin araşdırılması zamanı müəyyən edilmişdir ki, “Hyundai İ30” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin taksi və ya ödənişli daşıma xidməti kimi istifadə edilməsi faktı aşkarlanmışdır. Belə ki, hadisə baş verən vaxt avtomobilin sürücüsü olmuş İddiaçı tərəfindən hadisənin araşdırılması üçün hadisə yerinə çıxmış qəza komissarı Kamran Əliyevə verdiyi video müsahibə zaman yuxarıda qeyd edilən faktları özü təsdiq etmiş, “Bolt” elektron taksi şirkətində qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini etiraf etmişdir. **********2 saylı könüllü sığorta müqaviləsinin əlavə şərtlər və təminatlar hissəsində qeyd olunur ki, taksi və ya ödənişli sərnişin daşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə dəyən zərər sığorta təminatı ilə əhatə olunmur. Həmçinin “Avtonəqliyyat vasitələrinin könüllü sığorta Qaydalarının” 21.15-ci bəndinə əsasən sərnişinlərin ödənişli daşınması nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir, sığorta risklərində istisnalara və sığorta təminatında məhdudiyyətlərə daxildir. Digər tərəfdən, iddia tələbi iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün təmin edilməməlidir. Belə ki, Sığortaçı Cavabdeh SŞ və "xxxx" MMM arasında bağlanan avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsinin, xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs qismində “Günay Lizinq" MMM göstərilmişdir. AR Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Baxılan halda həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" MMM göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılması və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun avtomobili əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına əsasən subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci, üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Qərara əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə bir hüquq olmadığı təqdirdə başqa şəxslərdən tələb hüququnun yaranmasından söhbət gedə bilməz. İddia sığorta müqaviləsi üzrə sığortalının və ya faydalanan şəxsin hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda sığorta müqaviləsi üzrə sığortaçıdan tələb hüququ) yaranmamışdır. Beləliklə, iddiaçı sığorta müqaviləsinin, müvafiq olaraq sığorta münasibətlərinin iştirakçısı hesab edilmir, subyektiv hüquqa malik deyil və ona sığorta hadisəsinə görə sığorta ödənişi verilməsi qaydası tətbiq edilə bilməz. Prosessual qənaət prinsipi baxımından onun təqdim etdiyi sübutlar araşdırılmamalıdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan 24.06.23-cü il tarixli Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMM-yə məxsus avtomobil Cavabdeh Sığorta Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 19 000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMM-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli, O-AP-2023 1305 nömrəli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də **********3 saylı könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Hyundai İ30” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə 20 sentyabr 2023-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər ilə bağlı şirkətlərinə daxil olmuş müraciətə baxılmış (İş № 190369), sığorta araşdırması zamanı məlum olmuşdur ki, “Hyundai İ30” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil taksi və ya ödənişli daşıma xidməti kimi istifadə edilməsi aşkarlanmışdır. Belə ki, hadisə zamanı avtomobilin sürücüsü olmuş İddiaçı tərəfindən baş vermiş hadisənin araşdırılması üçün hadisə yerinə ezam olunmuş şirkətin əməkdaşına verdiyi video müsahibə zamanı da yuxarıda qeyd edilən faktları özü də qeyd edərək, “Bolt” elektron taksi şirkətində qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini etiraf etmişdir. Baxılan halda, **********3 saylı könüllü sığorta müqaviləsinin əlavə şərtlər və təminat hissəsində nəqliyyat vasitəsinin taksi, yaxud ödənişli sərnişin daşıma xidməti kimi istifadə olunması zamanı baş vermiş hadisələrə təminat verilmədiyi qeyd edilmişdir. Beləliklə, AR Mülki Məcəlləsinin 935ci maddəsi, **********3 saylı könüllü sığorta müqaviləsini və “Avtomobil nəqliyyat vasitələrinin köpnüllü sığorta Qaydaları”nın 34.1-ci bəndini rəhbər tutaraq, şirkətin sığorta hadisəsinin səbəblərini və dəyən zərərin həcmini müəyyənləçdirmək imkanından məhrum olduğu səbəbindən və sığorta müqaviləsi üzrə ərizəçinin öz öhdəliklərini vaxtında icra etmədiyi üçün Cavabdeh Sığorta Şirkəti ASC bu hadisə ilə bağlı ona sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, ev 80 qeydiyyatdadır. İş materiallarında olan Şirvan Lizinq MMM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, E/1116 nömrəli etibarnamədən görünür ki, "xxxx" MMM (əvvəlki ıdı Günay-Lizinq) ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il iarixli 301 sayiı “X1” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Hyundai İ30 markalı, ** PV *** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB 263145 seriyalı, 2013-cü il buraxılışlı, ban №TMAD381BBEJ029531, mühərrik № G4FGCZ648866, Ağ rəngli) minik maşınını İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Azərbaycan Respublikası hüdudlarında idarə etməyə səlahiyyətlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ilə "xxxx" MMC arasında bağlanan avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsinin xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsindən görünür ki, sığortalı və faydalanan şəxs qismində “Günay Lizinq" MMC göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh Sığorta Şirkəti ilə "xxxx" MMC arasında bağlanan avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsinin xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsində sığortalı və faydalanan şəxs qismində "xxxx" MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə hesab edir ki, iddiaçı dəym iş maddi zərərin ödənilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar