Məhkəmə qərarları › İş №2(009)-1919/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1919/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1919/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın hesablanması və sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Bərdə rayonu ərazisində cavabdeh şirkət tərəfindən sığortalanmış MTZ80X markalı, ** AB *** dövlət nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus VAZ 2173 markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə 7,500 manat ziyan dəymişdir. Əvvəlcə pandemiya, sonra Qarabağ müharibəsinin başlanması ilə əlaqədar Bakı şəhərinə gediş-gəliş məhdud olmuşdur. Buna görə o, topladığı sənədləri cavabdeh şirkətə xx.xx.2021-ci il tarixdə təqdim etmişdir. Lakin cavabdeh şirkət sənədləri hadisədən dərhal sonra təqdim etməməyini vurğulayaraq sığorta ödənişi etməkdən imtina etmişdir. Hadisədən dərhal sonra sığorta şirkətinə verilməməsinin səbəbi ilkin məlumata görə nəqliyyat vasitəsinin yəni traktorun sığortasız olması olmuşdur. Sonralar qeyd edildi ki, həmin traktor "xxxx" sirkətində sığortalanıb. İddiaçı sənədləri toplayıb "xxxx" Şirkətinə təqdim etmişdir. Bir müddət sonra "xxxx" şirkətindən xəbər verilmişdir ki, traktor məhz "xxxx" şirkətində sığortalanmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. O, eyni zamanda bildirmişdir ki, avtomobili başqa şəxsə satmışdır və avtomobil hazırda özündə deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, iddiaçı cavabdeh şirkətə hadisə baş verdikdən 11 ay sonra müraciət etmişdir. Bu səbəbdən avtomobilə hadisə baş verdikdən sonra baxış keçirmək mümkün olmamışdır. Bundan başqa avtomobil bugünədək təqdim edilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış digər sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 12 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı məxsus “Priora” markalı ** DM *** dövlət nömrə nişanlı avtomobil ilə MTZ-80 markal qoşqulu traktorun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. 11 oktyabr 2020-ci il tarixli X2 qeyd edilmişdir ki, ** DM *** dövlət nömrə nişanlı VAZ-21723 minik markalı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 7,357 manat məbləğində pul vəsaiti tələb olunur. "xxxx" ASC-nin 16 sentyabr 2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciəti cəmiyyətə baş verdiyi bildirilən hadisədən təxminən 11 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus “Priora” markalı ** DM *** dövlət nömrə nişanlı avtomobil ilə MTZ-80 markal qoşqulu traktorun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Lakin iddiaçı bununla bağlı sığorta şirkətinə hadisə baş verdikdən 11 ay keçdikdən sonra müraciət etmişdir. İddiaçı ərizəsində sığorta şirkətinə xəbər verilməməsinin əsas səbəbi kimi traktorun sığortasız olmasını bilməsini gətirsə də, məhkəmə qeyd edir ki, bu məqam iddiaçının sığorta şirkətini hadisə baş verdikdən qısa müddət sonra məlumatlandırmamasına əsas vermir. Belə ki, iddiaçı sığorta şirkətini hadisədən dərhal sonra məlumatlandırmamaqla sığorta şirkətini hadisə yerinə baxış keçirməkdən, habelə avtomaşına dəymiş zərəri müəyyən etmək imkanından məhrum etmişdir. Məhkəmə bunu nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinin tələblərinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzirıin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəliəsinin 935.1.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçının sığorta ödənişini verməkdən imtinası üçün əsasdır. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı sığorta müqaviləsinin şərtlərini pozduğu üçün cavabdeh sığorta ödənişini ödəməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya məhkəməsinə Səbail rayon məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar