Məhkəmə qərarları › İş №2(009)-1935/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1935/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1935/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Surxcay qızına qarşı atalığın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.09.2016-cı il tarixdə anadan olmuş X2 doğum haqqında 2 saylı «Asan xidmət» mərkəzinin Qeydiyyat şöbəsində 07.16.2019-cu il tarixdə 3764 №ilə qeydə alınmış doğum haqqında aktın uşağın atası qrafasından İddiaçı adının ləğv edilməsi (silinməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 06.07.2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsa da, həmin nikah formal xarakter daşıyıb, həqiqi ailə qurmaq niyyətləri olmamışdır. Sənədlərdən göründüyü kimi, X3 08.09.2016-cı il tarixdə anadan olmuşdur, yəni nikah rəsmiləşdirildikdən 3 il əvvəl. O yaşlı olduğundan onun övladı olması ehtimalı yoxdur. Uşağın doğum haqqında şəhadətnaməsinin atası qrafasında onun adının yazılmasından xəbəri olmayıb. Səbail rayon məhkəməsinin 21.06.2021-ci il tarixli 2(009)-1501/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Bundan başqa, qeyd etmək lazımdır ki, hazırda cavabdeh uşağın birgə nikahdan anadan olmuş kimi təqdim edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən doğum haqqında şəhadətnamədə valideyn barədə qeydi mübahisələndirə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, onun təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(009)-1501/2021 saylı qətnaməsindən görünür ki ,İddiaçı ilə Cavabdeh arasında 06 iyul 2019-cu il tarixdə 2 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 1592 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 08 sentyabr 2016-cı il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-T 162173 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08.09.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarındaolan 10.09.2021-ci il tarixli Cavabdeh tərəfindən Səbail rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, cavabdehin iddia tələbini qəbul edir və iuddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 06.07.2019-cu il tarixdə nikah bağlanılmış və həmin nikah Bakı şəhər Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh 08.09.2016-cı il tarixdə anadan olmuş Ulduzə adlı uşağın ata qrafasında o göstərilsə də, həmin uşağın atası o deyil, nikah rəsmiləşdirildikdən 3 il əvvəl anadan olmuşdur. Bu səbəbdən iddiaçı uşağın doğum haqqında şəhadətnaməsindən onun atası kimi göstərilməsinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında uşağın bioloji anası, iş üzrə Cavabdeh, məhkəməyə ərizə təqdim edərək, iddianı tam qəbul edərək və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddia etiraf olunduğundan və iddiaçının 08.09.2016-cı il tarixdə anadan olmuş Ulduzə adlı uşağın bioloji atası olmaması müəyyən edildiyindən, iddia əsaslı hesab edilməlidir. 19.05.1998-ci il tarixli «Uşaq hüquqları haqqında» AR Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqların təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08.09.2016-cı il tarixdə anadan olmuş X2 doğum haqqında şəhadətnaməsində atası kimi İddiaçı göstərilməsi barədə qeyd ləvğ edilsin, uşağın doğum haqqında şəhadətnaməsində dəyişiklik edilərək İddiaçı uşağın atası qismində göstərilməsi barədə yazı silinsin və X1 Telman Muxtaroviçin övladı hesab edilməsin. Qətnamə 08.09.2016-cı il tarixdə anadan olmuş X2 adına yeni dəyişikliklərlə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar