Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1981/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən avtomobilə dəyən 1530 manat zərərin və detalların təmin olunması ilə bağlı 800 manat xidmət haqqının, cəmi 3330 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə:
1. Tərəflər, bu Sazişə əsasən iddia tələbi üzrə 2300 (iki min üç yüz) manat və dövlət rüsumu üzrə 26.65 (iyirmi altı manat, altmış beş qəpik) manat olmaqla ümumilikdə 2326.65 (iki min üç yüz iyirmi altı manat, altmış beş qəpik) manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılığa gəlmişlər.
2. Tərəflər barışıq sazişi bağlayaraq iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər.
3. Tərəflərə məlumdur ki, 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər bu Saziş ilə üzərlərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: İddia tələbi üzrə 2300 (iki min üç yüz) manat və dövlət rüsumu üzrə 26.65 (iyirmi altı manat, altmış beş qəpik) manat olmaqla ümumilikdə 2326.65 ( iki min üç yüz iyirmi altı manat, altmış beş qəpik) manat cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər barışıq sazişi bağlayaraq iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər. Tərəflərə məlumdur ki, 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımı qaydada yerinə yetirməlidirlər. Tərəflər bu Saziş ilə üzərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib edilmişdir, nüsxələrdən biri iş materiallarına əlavə edilir, digər nüsxələr hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 53.30 (əlli üç manat, otuz qəpik) manat dövlət rüsumunun (ödəniş qəbzinin nömrəsi 9********) geri qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Baş Maliyyə İdarəsinə həvalə olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Şəhla Süleymanova