Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2003/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 17 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2003/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2003/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver