Məhkəmə qərarları › İş №2(009)-2045/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2045/2023

13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2045/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi Ş.P.Əliyevanın Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata götürülmüşdür. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin icraatında 2(009)- 1829/2023 saylı mülki işin olmasını və hər iki işin bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı delikt nəticəsində mənzilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi icraata götürülmüşdür. AR MPM-nin 169.3-cü madəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iddia ərizəsi üzrə tərəflər eyni olduğundan, eyni zamanda hazırki iddianın predmetini təşkil edən tələb Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan 2(009)-1829/2023 saylı mülki iş üzrə iddia ərizəsində irəli sürülən tələblə əlaqəli olduğundan, yəni hazırki cavabdeh tərəfindən məhkəmədə mənzilə dəyən ziyanla bağlı qaldırılan iddia nəticəsində İddiaçı mənəvi sarsıntılar keçirmə səbəbi ilə hazırki iddia ilə məhkəməyə müraciət etdiyindən, bununla da həmin iddialara bir icraata baxılması məqsədəmüvafiq olduğundan, həmin mülki işlər baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki mülki iş ilkin iddia ərizəsini icraata götürmüş məhkəmənin hakimi M.Bağırovanın icraatında olan işə birləşdirilməlidir. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki işlərin bir icraata birləşməsi barədə qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasyai şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 169.3-cü maddəsinə əsasən məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işlərin birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 169.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş məhkəmənin hakimi Mədinə Bağırovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı delikt nəticəsində mənzilə dəymiş zərərin ödənilməsi tələbinə dair 2(009)-1829/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar