Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2045/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsinin cavabdeh tərəfindən əsassız gecikdirmə və imtina ilə bağlı hərəkətlərin qanunsuz sayılması, əsassız gecikdirilmə səbəbi ilə vurulmuş zərərin ödənilməsi, öhdəliyin icrasına dair üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsinin cavabdeh tərəfindən əsassız gecikdirmə və imtina ilə bağlı hərəkətlərin qanunsuz sayılması, əsassız gecikdirilmə səbəbi ilə vurulmuş zərərin ödənilməsi, öhdəliyin icrasına dair üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, "xxxx" MMC ilə aralarında bağlanan müqaviləyə əsasən “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobili aylıq kredit şərtləri daxilində almışdır. Avtomobilin mülkiyyətçisi "xxxx" MMC olsa da, hər ay kredit məbləğini ödəməklə etibarnamə əsasında o, idarə etmişdir. Həmçinin Kasko sığorta ödənişi də onun tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermiş YNH zamanı idarə etdiyi “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşı gəlmiş, ağır yol-nəqliyyat hadisəsi baş verməsə də, özlərini hadisə nəticəsində yaranan stresslə əlaqədar yaxşı hiss etmə etmədiyindən, YPX əməkdaşı tərəfindən Suraxanı RPİ-nin təhqiqatçısı hadisə yerinə dəvət olunmuşdur. Hadisə yerinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi çəkilmişdir. Hadisə yerində olan təhqiqatçı və yol patrul xidmətinin əməkdaşı onlarla şifahi söhbət aparmış və müəyyən olunmuşdur ki, avtomobili idarə edərkən o, spirtli içkidən istifadə etməmişdir və hadisə zamanı xəsarət alan olmamışdır. O, da müəyyən olunmuşdur ki, hər iki avtomobilə zərər dəymişdir. Belə ki, o, hadisə baş verən günü xx.xx.2024-cü il tarixdə, saat 13.50-də Sığorta şirkətinin qaynar xətt nömrəsi olan 940 nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir, operatorla məlumat danışığı 1 dəqiqə 31 saniyə olmuşdur. Təkrar olaraq hadisə günü sığorta komissarının gəlib-gəlməməsi ilə əlaqədar yenə də saat 13.52-də 940 qaynar xətti ilə əlaqə saxlamışdır. Daha sonra həmin gün təhqiqatçı hər ikisini Suraxanı rayon Polis İdarəsinə dəvət etmiş və birlikdə idarəyə getmişlər. O, idarədə olduğu müddətdə sığorta komissarı hadisə yerinə gəlməmiş, təhqiqatçı tərəfindən avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Təhqiqatçı Polis idarəsində onlardan izahat alandan sonra o, özünü yaxşı hiss etmədiyindən evə getmişdir və hadisənin növbəti günü – xx.xx.2024-cü il tarixdə, saat 17.55-də təkrar olaraq 940 qaynar xəttinə zəng edib soruşmuşdur ki, hadisə ilə bağlı sığorta komissarı avtomobilə baxış keçirib ya keçirməyib. Yenə də ona dəqiq məlumat verilməmişdir. Daha sonra onun tərəfindən zənglər olunaraq məsələ ilə bağlı maraqlanmışdır, ona yenə bildirmişlər ki, “sizə zəng olunacaq”. Bir neçə gündən sonra cavabdehin nümayəndəsi ona zəng edərək avtomobilə baxış keçirmək lazım olduğunu demiş, o, bildirmişdir ki, avtomobil cərimə meydançasındadır. Ona bildirmişdir ki, dəqiqləşdirib ona məlumat versin və o, da cərimə meydançasına getmiş, ona orada bildirmişlər ki, avtomobili "xxxx" MMC cərimə meydançasından götürmüşdür. O, Avtomobil Evi ilə əlaqə saxlamış, ona bildirmişlər ki, avtomobil qarajdadır və bu barədə Sığorta Şirkətinə məlumat verilmişdir. Bütün bu məlumatları elə həmin gün bir neçə gündən sonra ona zəng edən sığorta şirkətinin nümayəndəsinə olduğu kimi məlumat vermişdir. Məlumat verdiyi günü də cavabdehin nümayəndəsi "xxxx" MMC-yə gəlmiş, ondan video görüntü ilə hadisə barədə məlumatları qeyd etmiş, avtomobilin görüntülərini Avtomobil Evindən ona göndərilməsini istəmiş və özü avtomobilə baxış keçirmədən çıxıb getmişdir. Bu faktı "xxxx"nin işçiləri və onunla orada olan digər şahidlər də təsdiq edə bilərlər, bundan başqa Avtomobil Evinin ərazisi kamera nəzarəti altındadır, kamera görüntüləri də təsdiq edə bilər. Həmin gün "xxxx" MMC razılıq əsasında qüsur aktını və avtomobilin fotoşəkillərini cavabdeh şirkətə təqdim etmişdir, onun tərəfindən də fotoşəkillər cavabdehin nümayəndəsinə təqdim olunmuşdur. "xxxx" MMC vaxtında tələb olunan bütün sənədləri və sübutları cavabdeh şirkətə təqdim etmiş, xx.xx.2024-cü il tarixdə təhqiqatçı araşdırmanı yekunlaşdıraraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmış, həmin qərar da cavabdeh şirkətə rəsmi təqdim olunmuşdur. Lakin cavabdeh şirkət təqdim olunan zəruri sənədlərlə kifayətlənməyərək (özlərinin dediyinə görə) Polis İdarəsinə və sərxoşluq testindən keçib-keçməməsi barədə Narkoloji Dispanserə sorğularla müraciət etmişdir. Nəhayət cavabdeh şirkətə gecikmələrə görə özü getmiş və ondan françayzinq olaraq 200 manat ödəniş tələb olunmuş, həmin məbləği xx.xx.2024-cü il tarixdə ödəmiş və xx.xx.2024-cü il tarixdə telefonuna sms göndərilərək bildirilmişdir ki, 216100 saylı iş qiymətləndirilməyə ötürülmüş, zərərin dərəcəsindən asılı olaraq onunla 7 iş günü ərzində əlaqə saxlanılacaq. Yenə ay yarım səbr etdikdən sonra cavabdeh şirkətin hərəkətsizliyini görüb faydalanan şəxs olaraq cavabdeh şirkətə yaxınlaşmış və ona aidiyyatı üzrə sorğular göndərildiyi, cavablar alındıqdan sona məsələnin müzakirəyə çıxarılacağı bildirilmişdir. Lakin Polis İdarəsində bu günə qədər cavabdeh tərəfindən sorğu göndərilməsi barədə məlumat aşkar edilməmiş, Narkoloji Dispanserdən isə sorğuya cavab olaraq bildirilmişdir ki, Korrupsiyaya qarşı Baş İdarəsi tərəfindən qeydiyyat kitabı götürüldüyündən məlumat verilməsi mümkün deyildir. Baxmayaraq ki, cavabdeh şirkət Sığorta fəaliyyəti Qanunun tələblərini kobud şəkildə pozaraq kifayət qədər ona zərər vurmaqla sığorta ödənişini yayınmaq məqsədilə işi yubatmış, lakin zəruri bütün araşdırmaları yekunlaşdırmağına baxmayaraq bu gün də sığorta ödənişini təmin etməmişdir. Cavabdeh şirkətin əsassız və qanunsuz hərəkətləri səbəbindən ona hər gün zərər dəyir, cavabdeh şirkət isə bu vəziyyəti əhəmiyyətli belə hesab etmir. Belə ki, hadisə yerini tərk etməmişdir, hadisə yerindən təhqiqatçının dəvəti ilə Polis İdarəsinə getmişdir və avtomobili hadisə yerindən o, götürməmişdir, nə də cavabdeh şirkətin münasibətini öyrənmədən avtomobili təmir etdirməmişdir. Hadisə barədə dərhal elə hadisə günü iki dəfə zəng vuraraq məlumat vermişdir, lakin sığorta komissarı gəlməmiş, hadisədən bir neçə gün sonra cavabdehin nümayəndəsi zəng vuraraq avtomobilə baxış keçirməyə gəlmiş, lakin video görüntü ilə ondan məlumat alandan sonra çıxıb getmişdir. O vaxtdan xx.xx.2024-ü il tarixədək davamlı müraciətlər etməsinə baxmayaraq cavabdeh şirkət müxtəlif bəhanələrlə işi yubadaraq sığorta ödənişindən yayınmış, nəhayət xx.xx.2024-cü il tarixdə əsassız və yalan məlumatlar əsasında tərtib olunmuş imtina məktubu hazırlayaraq "xxxx" MMC-yə göndərmiş, ona isə imtina məktubunu vermək istəməmişdir. Uzun danışıqlardan sonra yalnız imtina məktubunun kserosurətini ona təqdim etmişlər. Hesab edir ki, cavabdeh şirkətin qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan hərəkətləri o cümlədən də xx.xx.2024-cü il tarixli imtina məktubu qanunsuz və əsassızdır. Qanunvericiliyin sadaladığı sənədlər siyahısında sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə arayışın cavabdeh şirkət tərəfindən tələb olunması nəzərdə tutulmamışdır. O cümlədən də (cavabdehin dediyinə görə sorğu göndərilib, lakin idarədə maraqlandığı zaman sorğu aşkar edilməmişdir) işi araşdıran təhqiqatçı qərarda əks olunan “avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur” ifadəsinin nəyə əsaslanaraq göstərildiyinni aydınlaşdırmaq məqsədilə cavabdehin Polis idarəsinə göndərdiyi sorğunun da heç bir hüquqi əsası yoxdur, ona görə də hadisə yerində Təhqiqatçı sərxoş olmadığını müəyyən etmiş və qərarda da göstərmişdir. Həmçinin Qanunverici, cavabdeh şirkətə münasibətdə sorğu əsasında təhqiqatçıdan, qərarında müəyyən etdiyi hallarla bağlı açıqlama tələb etmək səlahiyyətini müəyyən etməmişdir. Göründüyü kimi, təhqiqatçının qəbul etdiyi qərar mübahisələndirilib ləğv edilməmişdirsə, preyudisial xarakter daşıyır və qərarda müəyyən edilən faktlarla bağlı cavabdeh şirkət aydınlıq tələb edə bilməz. Bu baxımdan da cavabdehin məqsədyönlü şəkildə bilərəkdən əsassız aidiyyatı olmayan sorğularla sığorta ödənişini yubatması qanunsuzdur. Cavabdeh şirkət heç bir əsas olmadan sonuncu tələb olunan sənədin təqdim edilməsinə baxmayaraq, 7 iş günü müddətində sığorta ödənişini ödəməli olduğu halda ödəməmiş və ödəməkdən imtina da etməmişdir. Sadəcə işi araşdırma adı ilə uzatmaqda maraqlıdır və araşdırma aparılmasını bildirsə də, əslində hərəkətsizlik nümayiş etdirmişdir. Davamlı şikayət və etirazlarından sonra 3 aydır ki, müsbət nəticə gözləməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə cavabdeh şirkət əsassız və həqiqəti əks etdirməyən imtina məktubu tərtib edərək göndərmişdir. Halbuki, Qanunverici sığorta hadisələri üçün sığorta ödənişinin verilməsi və ya ondan imtina edilməsi üçün 3 ay deyil, sonuncu sənədin təqdim olunduğu gündən 7 iş günü nəzərdə tutmuşdur. Lakin cavabdeh şirkət Qanunvericiliyin tələblərini birmənalı şəkildə kobudçasına pozaraq onun Konstitusion hüquqlarını pozmaqla davam edərək, sonunda qərəzli şəkildə əsassız imtina verməklə kifayətlənmişdir. O, imtina məktubu ki, orada həqiqətən əsərəlamət belə yoxdur. Nəticə etibarı ilə ona zərər dəyir və avtomobilin istismarından məhrum vəziyyətdə qalmışdır. İşi ilə bağlı avtomobilə ciddi ehtiyac duyulduğundan, hər gün 60 manata “Rent A Car”-dan kirayə avtomobil götürməklə maddi zərər uğrayır, lakin cavabdeh zərərə uğrasasına əhəmiyyət vermədən qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh sığorta şirkətinin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilir ki, YNH-si xx.xx.2024-cü il tarixdə baş vermiş, baş vermiş hadisə barədə iki gündən sonra Sığorta Şirkətinə məlumat verilmiş, gec məlumat verilmə səbəbindən Sığorta şirkəti avtomobilə dəyən zərərin həcmini müəyyən etməkdən məhrum olmuşdur. Bildirir ki, cavabdehə təqdim olunmuş mötəbər sübutlar da təsdiq edir ki, hadisə xx.xx.2024-cü il tarixdə, saat 13.00 radələrində baş vermiş, elə 28 iyul tarixdə, saat 13.50-də ilk zəngi cavabdehin qaynar xətt nömrəsinə 940 nömrəsinə olmuş, ikinci zəngi 13.52-də olmuşdur. 29 iyul tarixdə təkrar zəngi olsa da, yenə cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Yəni hadisə barədə dəqiq məlumat onların tərəfindən elə hadisə günü iki zənglə bildirilmiş, lakin cavabdeh sığorta komissarının hadisə yerinə gəlməsini təmin etməmişdir. Göründüyü kimi, imtinada göstərilən səbəb tamamilə yalan və əsassızdır. Belə bir əsasla sığorta ödənişindən yayınmaq bilavasitə Qanunvericiliyin tələblərinin kobud pozulması deməkdir və məsuliyyət yaradır. Hesab edir ki, cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qarşı, vurduğu zərərin əvəzinin ödənilməsini tələb etməkdə və sığorta ödənişinin ödənilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması barədə iddia qaldırmaqda haqlıdır. Ona görə də əsaslı və qanuni olan iddia tələbi təmin edilməli, pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdeh ikinci dəfə guya düzəliş adı ilə imtina məktubu təqdim edərək təkrar göstərir ki, guya sığorta hadisəsi barədə 1 gün gec məlumat verilib. Halbuki, qeyd etdiyi kimi hadisə günü məlumat vermişlər, həmçinin hadisənin səhərini günü də zəng edərək məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC ilə aralarında bağlanan müqaviləyə əsasən “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş verən sığorta hadisəsinin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində araşdırılmaması, avtomobilə dəyən zərərin qiymətləndirilməsinin vaxtında həyata keçirilməməsi, Qanunda nəzərdə tutulmamış sənədlərin tələb edilməsi, sonuncu sənədin təqdim edilməsindən sonrakı 7 iş günü müddətində sığorta hadisəsinə hüquqi qiymət verilməməsi, 26 avqust və təkrar 28 avqust 2024-cü il tarixli imtina məktublarının qanunsuz sayılması, cavabdehə təqdim olunmuş qüsur aktına əsasən hesablanmış 15.389 manat məbləğində zərərlə bağlı sığorta ödənişinin vaxtında ödənilməməsinə dair ona vurulmuş zərərin əvəzi olaraq 7.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkiləcək xərcin əvəzi olaraq hesablanan 15.389 manat məbləğində sığorta ödənişinin ödənilməsinə dair Cavabdeh Sığorta Şirkəti MMC-nin üzərinə vəzifə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, sığorta pulunu o, ödəmişdir, bu səbəbdən iddia onun tərəfindən qaldırılmışdır. Yəni onun bu iddianı verməyə subyektiv hüququ vardır. Hadisə vaxtı o, şəkil çəkmiş, dərhal sonra polisə zəng etmişdir. QAİ gəlmiş, sığorta şirkəti ilə də hadisə baş verən gün və ondan bir gün sonra da telefonla danışmışdır. Gecə əli şişdiyi üçün səhəri həkimə getmiş və əməliyyat olunmuşdur. Onu sərxoşluğu barədə müayinədən keçirməmişlər. Bu onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək etiraz ərizəsində qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlanmış və etirazda göstərilmişdir ki, könüllü sığorta növü üzrə **********173 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Belə ki, sığortaçı Cavabdeh SŞ ASC və "xxxx" MMC arasında bağlanan müqavilə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" MMC göstərilmişdir. AR Mülki Məcəlləsinin 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Baxılan halda həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun avtomobili əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. Konstitusiya məhkəməsinin Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə bir hüquq olmadığı təqdirdə başqa şəxslərdən tələb hüququnun yaranmasından söhbət gedə bilməz. Hesab edir ki, iddia sığorta müqaviləsi üzrə sığortalının hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda – sığorta müqaviləsi üzrə sığortaçıdan tələb hüququ) yaranmamışdır. Əlavə olaraq hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığı üçün prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü dəlillər araşdırılmamalıdır. Bundan başqa, AR Mülki Məcəlləsinin 923.1-ci maddəsi və “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 34.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya hər hansı vasitə ilə xəbər verməlidir. Buna baxmayaraq, hadisədən sonra nə sığortalı şəxs, nə də sürücü olmuş şəxs hadisədən dərhal sona sığortaçıya məlumat verməmiş, sürücü xəsarət almamasına baxmayaraq hadisə yerini tərk etmişdir. Həmçinin hadisədən sonra nəqliyyat vasitəsi hadisə yerindən uzaqlaşdırılmışdır.Yol nəqliyyat hadisəsinin baş verməsindən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixində hadisə zamanı sürücü olmuş şəxs tərəfindən qaynar xəttə məlumat verilmiş və həmin tarixdə hadisə qeydə alınmışdır. Hadisə qeydə alındıqdan sonra hadisənin tənzimlənməsini həyata keçirmək üçün iddiaçı ilə əlaqə saxlamağa cəhd edilsə də, onunla əlaqə saxlamaq mümkün olmamış, o, sığorta şirkətinin əməkdaşları ilə görüşməkdən yayınmışdır. Baxılan halda, iddiaçı yuxarıda göstərilən tələbləri icra etməmiş, nəticə sığortaçını hadisəni araşdırmaq və hadisənin sığorta hadisəsi olub-olmaması müəyyən etmək hüquqlarını istifadə etmək imkanından məhrum etmişdir. Bununla da baş vermiş hadisənin təfərrüatları, sürücünün hadisə zamanı sərxoş vəziyyətdə olub-olmamasını və s.müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq tərəflər arasında bağlanan müqavilənin **********173 saylı şəhadətnaməsində “mühüm şərtlər” hissəsinin 2-ci bəndində qeyd olunub ki, “2. Səlahiyyətləndirilmiş sürücünün yüngül, az ağır və ya ağır dərəcəli xəsarətlər alması halları istisna olmaqla, sürücü sığorta şirkətinin nümayəndəsi və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalanmış avtonəqliyyat vasitəsini hadisə yerindən götürməməli və hadisə yerini tərk etməməlidir. *Bu şərtlərdən hər hansı birinin pozulması, sığorta hadisəsinin araşdırılmasına maneəçilik törədilməsi kimi qiymətləndiriləcək və həmin hallar üzrə sığorta ödənişinin verilməsindən imtina olunacaqdır”. Göründüyü kimi, tərəflər arasında bağlanmış sığorta müqaviləsində də hadisə baş verdiyi zaman sürücünün xəsarət alması halları istisna olmaqla sığorta şirkəti ilə razılaşdırmadan nəqliyyat vasitəsini hadisə yerindən götürməməsi və hadisə yerini tərk etməməsi razılaşdırılmışdır. Əlavə olaraq, hadisə barədə məlumat hadisədən 1 gün sonra verilmiş, sürücü sığortaçı ilə görüşməkdən yayınmışdır. Həmçinin qeyd etmək istəyir ki, sığorta hadisəsinin təsdiqi üçün tələb olunan sənədlərdən biri də YNH-nin iştirakçılarının sərxoşluq vəziyyətinin təyin edilməsi protokollarının surətləridir. Sığortaçı tərəfindən tələb olunan sənədlər siyahısında adı çəkilən sənəd qeyd olunsa da, hadisə zamanı sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Sığorta şirkəti tərəfindən AR “Respublika Narkoloji Mərkəzi”nə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq həmin qurum tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə İddiaçı xx.xx.2024-cü il tarixdə həmin mərkəzdə tibbi müayinədən keçməmişdir. Göründüyü kimi, hadisə zamanı sürücünün sərxoşluq vəziyyəti yuxarıda qeyd olunan vasitə və üsullarla yoxlanılmamışdır. Beləliklə, qanunvericilikdə müəyyən olunmuş üsul və vasitələrlə sərxoşluq yoxlanılmadığı üçün iş materiallarında hadisə baş verən vaxt sürücünün ayıq olması faktı təsdiq edilmir. Bu da hadisənin sığorta hadisəsi kimi tanınmasına maneçilik törədir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 21.4-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan sürücü tərəfindən idarə edilməsi halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəz ödənilmir. Göründüyü kimi, qeyd olunan halın sübuta yetirilməməsi hadisənin sığorta hadisəsi kimi tanınmasına mane olmuş, bu da nəticədə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas yaratmışdır. AR Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. İddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS55 Plus” minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli **********173 saylı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS55 Plus” markalı, 77AT921 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixədək 43.000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 1.013,14 manat, faydalanan şəxs sığortalı göstərilmişdir. Həmin şəhadətnamənin “Mühüm şərtlər” bölməsində qeyd olunmuşdur ki, sığorta hadisəsi baş verdikdə sığortalı dərhal sığortaçıya (7/24 əlaqə telefonu): (012)940, sığorta hadisəsinin xarakterindən asılı olaraq səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Səlahiyyətləndirilmiş sürücünün yüngül, az ağır və ya ağır dərəcəli xəsarətlər alması hallar istisna olmaqla, sürücü sığorta şirkətinin nümayəndəsi və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalanmış avtonəqliyyat vasitəsini hadisə yerindən götürməməli və hadisə yerini tərk etməməlidir. Sığortalı və ya Səlahiyyətli sürücünün artıq baş vermiş istənilən zərərin azaldılması və ya onun artmasının qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirlər görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərərlə, o cümlədən, əmlakın daşınması və ya sürülməsi nəticəsində yaranan zərərlə münasibətdə sığorta təminatı verilmir. Avtonəqliyyat vasitəsi təmirinə Cavabdeh Sığorta Şirkətinin əməkdaşları ilə razılaşdırmadan başlamamalıdır. Bu şərtlərdən hər hansı birinin pozulması, sığorta hadisəsinin araşdırılmasına maneçilik törədilməsi kimi qiymətləndiriləcək və həmin hallar üzrə sığorta ödənişinin verilməsindən imtina olunacaqdır. İş üzrə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat təxminən 13.00 radələrində olan “Changan CS55 Plus” markalı, **-AT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində, saatda təxminən 80 km.sürətlə hərəkət etdiyi zaman ötmə əməliyyat keçirtmiş və idarə etdiyi avtomobil əks hərəkət zolağa çıxaraq sola tam dönən X3 idarə etdiyi “Toyota Prius” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə yerinə baxış keçirilmiş, protokol tərtib olunaraq toplanmış materiala əlavə edilmişdir. Göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təkibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Suraxanı RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13.00 radələrində “Changan CS55 Plus” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində saatda təxminən 80 km.sürətlə hərəkət etdiyi zaman ötmə əməliyyat keçirtmiş və idarə etdiyi avtomobil əks hərəkət zolağa çıxaraq qarşısında sola tam dönən “Toyota Prius” markalı avtomobilin orta hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, xəsarət almamışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma başlanmışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Avtomobili idarə etmək üçün bütün sənədlər qaydasındadır. Avtomobili idarə etdiyi zaman sərnişin qismində heç kim olmamışdır. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. İş üzrə Cavabdeh Sığorta Şirkətinin F50649861 nömrəli hesabın (invoice) surətindən görünür ki, "xxxx" MMC tərəfindən **********173 saylı müqaviləsi üzrə 200 manat azadolma məbləği (franşiza) Cavabdeh Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir. İş üzrə “Satıcı” qismində "xxxx" MMC ilə X5 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli B-259-AAE-23 saylı avtomobil alqı-satqı müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2024-cü il tarixli B-259-AAE-23-259 saylı Razılaşmasının surətindən görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdən etibarən B-259-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli avtomobil alqı-satqı müqaviləsi üzrə “Alıcı” qismində X4 çıxış etməsi və X4 B-259-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri İddiaçı ötürülməsi barədə razılığa gəlmişlər (bənd 1). X4 B-259-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Alıcı qismində olan bütün hüquqları qüvvədən düşmüş hesab edilmiş (bənd 2). X5 tərəfindən ödənilmiş pul vəsaitin ona qaytarılmaması və avtomobilin dəyərinin qalıq məbləğinin İddiaçı tərəfindən ödənilməsi zamanı nəzərə alınmışdır (bənd 3), tərəflər İddiaçı tərəfindən ödənilməli olan avtomobilin geridə qalan məbləği 52.887 manatın təşkil etməsi (bənd 4), xx.xx.2023-cü il tarixli B- 259-AAE-23 nömrəli avtomobil alqı-satqısına dair müqavilənin digər şərtlərin dəyişilməz olaraq qalması və öz hüquqi qüvvəsinin saxlanması (bənd 5) barədə razılığa gəlmişlər. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan ** AT *** dövlət nömrə nişanlı “Changan CS55 Plus” markalı avtomobilin idarə edilməsini İddiaçı (sürücülük vəsiqəsi seriya: BB421438, dərəcəsi: B1,B) xx.xx.2024-cü il tarixə qədər etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə biməz. İş üzrə “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən Cavabdeh Sığorta Əmlak Sığortası növləri üzrə zərərlərin tənzimlənməsi departamentinin direktoru Orxan Rzayevə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun surətindən görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə yuxarıda adı çəkilən mərkəzdə tibbi müayinədən keçməmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkətində könüllü sığorta növü üzrə **********173 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Changan CS55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə baxılmışdır (İş No 210688). Baş vermiş yol-nəqliyyat hadisəsindən 2 gün sonra Cavabdeh Sığorta Şirkətinə məlumat verilmişdir. Sığortaçı, yəni Cavabdeh Sığorta Şirkətinə gec məlumat verilməsi isə şirkətini baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin həcmini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının: 18.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; 23.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 22.1.3 aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; 23.1.3.1 zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yenidən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 924.5.maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir; 935.1.5 maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etmə əsası kimi çıxış edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə əsaslanaraq Cavabdeh Sığorta Şirkətində sığortalı avtonəqliyyat vasitəsinə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödənilməsindən imtina edir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkətində könüllü sığorta növü üzrə **********173 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Changan CS55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə baxılmışdır (İş No 210688). Baş vermiş yol-nəqliyyat hadisəsindən 2 gün sonra Cavabdeh Sığorta Şirkətinə məlumat verilmişdir. Sığortaçı, yəni Cavabdeh Sığorta Şirkətinə gec məlumat verilməsi isə şirkətini baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin həcmini müəyyən etmək imkanından məhrum etmişdir. Beləliklə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının: 18.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; 23.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 22.1.3 aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; 23.1.3.1 zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yenidən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 924.5.maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir; 935.1.5 maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etmə əsası kimi çıxış edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə əsaslanaraq Cavabdeh Sığorta Şirkətində sığortalı avtonəqliyyat vasitəsinə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödənilməsindən imtina edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. «İcbari sığorta haqqında» AR Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Həmin Qaydaların 29-cu maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «Changan CS55 Plus» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalanmış və **********173 saylı xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC ilə alıcı X5 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtomobil alqı-satqı müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2024-cü il tarixli razılaşması əsasında alıcı Əziz İmanov xx.xx.2023-cü il tarixli avtomaşının alqı-satqı müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri İddiaçı ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı «Changan CS55 Plus» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə olunarkən yol-nəqliyyat hadisəsinə uğramış və avtomaşına maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında sığorta pulunu ödədiyi üçün avtomaşına dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin ona verilməli olmasını tələb edir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə "xxxx" MMC faydalanan şəxs qismində çıxış etdiyindən, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin tələb edilməsi hüququ məhz ona məxsusdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından iddiaçı yalnız o halda faydalanan şəxs hesab oluna bilərdi ki, sığorta müqaviləsində onun adı faydalanan şəxs qismində qeyd olunsun. Məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə faydalanan şəxs kimi çıxış etmədiyindən, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı sığorta ödənişin verilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yalnız sığorta müqaviləsi üzrə faydalanan şəxs tərəfindən qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi həmin əsasla təmin edilməməlidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı yol nəqliyyat hadisəsinin baş verməsindən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə sığorta şirkətinə məlumat vermiş və hadisə baş verən vaxt onun sərxoş olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmamış, tibbi müayinədən keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə qeyd edir ki, iqtisadi mənada sığorta dedikdə şəxslərin əmlak mənafelərini müdafiə etmək məqsədi ilə xüsusi olaraq sığorta pul fondlarının yaradılması ilə bağlı olaraq yaranan elə iqtisadi münasibətlər başa düşülür ki, bu münasibətlərə görə əgər şəxslərə arzuolunmaz mənfi həyat hadisələri (bədbəxt hadisə, təbii fəlakət və s.) nəticəsində zərər vurularsa, belə zərərin əvəzi həmin fondlardan ayrılmış pul vəsaiti hesabına ödənilir, kompensasiya olunur. Şəxslərin düşdükləri zərərin əvəzini ödəmək və onların pozulmuş əmlak mənafelərini bərpa etmək sığortanın məqsədini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 18.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Qaydaların 23.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 23.1.3. aşağıdakı hallar istina olmaqla sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; 23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal tsonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında sığorta ödənişi həyata keçirilir. Göstərilən Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi hesab etdiyi avtomaşınla yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta təşkilatına müraciət etməmişdir. Həmin hal isə sığorta təşkilatına sığorta ödənişinin verilməsindən imtinanın hüquqi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, sığorta hadisəsi və onun baş verməsi səbəbləri sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranmasında həlledici rol oynayır. Belə ki, sığorta hadisəsi sığortalının sığorta ödənişi almaq məqsədi ilə cinayətkar qəsdi nəticəsində baş verərsə, sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yaranmır. Buna görə də sığortaçı sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmaqda maraqlıdır. Bu məqsədlə sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlərini tələb etmək, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində sığortalıdan tələb etmək, zərər dəymiş əmlaka baxış keçirmək və digər tədbirlər həyata keçirmək hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi qanunvericilik sığorta təşkilatına sığorta hadisəsinin səbəbləri və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olunma halında sığorta ödənişinin verilməsindən imtina edilməsini müəyyən edir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, sığorta təşkilatının sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuş və bu səbəbdən də qaldırılan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı "xxxx" MMC ilə aralarında bağlanan müqaviləyə əsasən “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş verən sığorta hadisəsinin qanunvericilikdə nəzərdə tutulan müddət ərzində araşdırılmaması, avtomobilə dəyən zərərin qiymətləndirilməsinin vaxtında həyata keçirilməməsi, Qanunda nəzərdə tutulmamış sənədlərin tələb edilməsi, sonuncu sənədin təqdim edilməsindən sonrakı 7 iş günü müddətində sığorta hadisəsinə hüquqi qiymət verilməməsi, 26 avqust və təkrar 28 avqust 2024-cü il tarixli imtina məktublarının qanunsuz sayılması, cavabdehə təqdim olunmuş qüsur aktına əsasən hesablanmış 15.389 manat məbləğində zərərlə bağlı sığorta ödənişinin vaxtında ödənilməməsinə dair ona vurulmuş zərərin əvəzi olaraq 7.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, “Changan CS 55 Plus” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkiləcək xərcin əvəzi olaraq hesablanan 15.389 manat məbləğində sığorta ödənişinin ödənilməsinə dair Cavabdeh Sığorta Şirkəti MMC-nin üzərinə vəzifə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2045/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2045/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver