Məhkəmə qərarları › İş №2(009)-2052/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2052/2020

26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2052/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxilil İşlər Nazirliyinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3rşı “ödənilmiş cərimənin geri qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxilil İşlər Nazirliyinə və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödədiyi 400 manat cərimə pulunun, ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarları ilə o, cəmi 250 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarlardan razı qalmadığı üçün o, Sabunçu Rayon Məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq BDYPİ-si onu məcbur etmişdir ki, həmin cərimələri ödəsin. O, da həmin cərimələri faizi ilə birlikdə cəmi 400 manat pul ödəmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)-1923/2020 sayl, xx.xx.2020-ci il tarixliı qərarı ilə onun barəsində tərtib edilmiş həmin inzibati qərarlar ləğv edilmişdir. Qarar qanuni qüvvəsini almışdır.Qərar icra olunması üçün cavabdehlərə göndərilmişdir. Bununla bağlı o, xx.xx.2020-ci il tarixdə saat 16.00 radələrində Baş Dövlət X5 gedib məhkəmə qərarının icrası ilə bağlı məlumat almaq istədi. Lakin, girişdə oturan növbətçi polkovnik ona qarşı kobudluq göstərərək ona məhkəmə qərarın icrası ilə bağlı məlumat verməkdən imtina etmişdir. Məhkəmə qərarının surətinin onlara çatmasına dair reyetsrin surətini ona göstərsə də o, ona qarşı saymamazlıq göstərmişdir, səbəbsiz yerə onunla kobud rəftar edərək küçə söyüşləri ilə danışmışdır. O, dərhal onun hərəkətlərindən DİN-nin 102 xidmətinə şikayət etmişdir, hətta telefonu verib 102 xidmətinin əməkdaşı ilə danışmasını xahiş etsə də o, buna məhəl qoymadı və özünü ona və onlara təqdim etmədi, adını və soyadını ona və onlara deməkdən imtina etmişdir. 102-xidmətinin əməkdaşları ona dedilər ki, həmin polkovnikin adını, soyadını öyrən onlara de, lakin o yenə də onların sözlərinə məhəl qoymadı. 102 xidmətində həmin gün saat 16.00 radələrində onun danışıqları lentə alınmışdır. Həmin danışığa qulaq asmağı xahiş edir. Hesab edir ki, belə polis işçiləri X1 adına ləkə gətirir, həmin şəxs polis işçisi adına layiq deyil, vətəndaşlarla kobud rəftar edir, daxili qaydarı pozaraq özünü təqdim etmir, belə polis işçiləri DİN-nin sıralarında işləməməlidirlər. Ona görə də ona qarşı kobudluq göstərmiş Baş Dövlət X4 girişində qəbul şöbəsində oturan özünü təqdim etməyən polis polkovniki barəsində qanuni tədbir görülməsini xahiş etdi. Lakin onun ərizəsinə baxan olmadı.Bu günə qədər cavabdehlər onun 400 manat pulunu ona geri qaytarmamışlar.Pulunun ona geri qaytarılması ilə bağlı cavabdehlərə ərizə ilə müraciət etmiş, lakin yenədə də onlar onun ərizəsinə məhəl qoymamışlar.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntılar keçirmiş, bu da onun səhhətinə mənfi təsir göstərmiş və o, bir müddət müalicə olunmuşdur. Cavabdehlər ona əsassız olaraq protokol tərtib edərək qanunsuz olaraq onu cərimə etmişlər. Ona görə də hesab edir ki, cavabdehlər ona mənəvi zərər vurmuşlar. O həmin mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir. Cavabdehlərin nümayəndələrinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ödəniş xx.xx.2020-ci il tarixli 644560963, 644560966, ********* saylı mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən EQ ******* saylı sənəd üzrə 80 manat, EQ ******* saylı sənəd üzrə 240 manat, EQ ******* saylı sənəd üzrə 80 manat olmaqla, cəmi 400 manat ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-1923/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı İddiaçı barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsitqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarları ilə İddiaçı cəmi 250 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarlardan razı qalmadığı üçün o, Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-1923/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı İddiaçı barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərarlar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Eləcə də, müəyyən olundu ki, iddiaçı tərəfindən EQ ******* saylı sənəd üzrə 80 manat, EQ ******* saylı sənəd üzrə 240 manat, EQ ******* saylı sənəd üzrə 80 manat olmaqla, cəmi 400 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının cərimə olunması ilə bağlı Baş Dövlət Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı İddiaçı barəsində qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərarlar Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-1923/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən həmin qərarlar üzrə ödənilmiş cəmi 400 manat cərimə məbləğinin cavabdehdən onun xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilmədi. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X2 İddiaçı xeyrinə 400 (dörd yüz) manat cərimə pulu və 20 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalanhissədətəminedilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar