Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2056/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi iddiaçı Əlı̇ yev Əzı̇ z Mehman oğlunun iştirakı ilə, İddiaçı Əlı̇ yev Əzı̇ z Mehman oğlunun Cavabdehnə qarşı müqaviləyə xitam verilməklə zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Əzı̇ z Mehman oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Əlı̇ yev Əzı̇ z Mehman oğlu arasında bağlanmış “Təmir xidmətinin göstərilməsinə dair” 24 oktyabr 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdehndən 3200 (üç min iki yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 58 c evində təmir xidmətləri aparılmalı idi. Sözügedən müqavilə əsasında tərəfindən Cavabdeh MMC-nə ümumilikdə 20.000 (iyirmi min) manat məbəlğində pul ödənilmişdir. Lakin cavabdeh şirkətlə aralarında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq işlər müqavilədə razılaşdıqları kimi olmayıb. Bu isə müqavilə şərtlərinin Cavabdeh MMC tərəfindən əhəmiyyətli şəkildə pozulmasıdır. Tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə müraciətlər edilərək, aralarında bağlanmış müqaviləyə xitam verilməklə, ödədiyi məbləğin qalan hissəsini xahiş etsə də, müracəitlərinə müsbət cavab verilməmişdir. Bundan sonra tərəfindən xx.xx.2023-cü il tarixli pritenziya ilə Cavabdehnə müraciət edilərək, aralarında bağlanmış 24 oktyabr 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləyə xitam verilməklə, göstərilən müqavilə əsasında şirkətə ödədiyi pulun qalan hissəsinin ona ödənilməsini təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirilmişdir. Cavabdeh şirkət tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə də, qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da ona maddi ziyan vurmuşdur. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq hamam üçün 675.45 manat məbləğində aksesuallar, laminat 1640 manat məbləğində, elektrik avadanlıqları 127 və 147 manat məbləğində, 5 ədəd qapı 1075 manat məbləğində, qapıların ləvazimatları 150 və 70 manat məbləğində, cəmi 3884.45 manat məbləğində təşkil edir, eləcə də usta pulu ilə birlikdə cavabdehin borcu ona 4000 manat məbləğində təşkil etmişdir. Aldığı bütün əmlakların qəbzlərini iş materiallarına əlavə edir. Bundan əlavə imzaladıqları müqavilədə göstərilir ki, kombi və kandisioner ona hədiyyə veriləcək, lakin bunlar da verilmədi. Bildirir ki, qarşı tərəf müqaviləni imza edən departamentin direktoru İlyas Sətdərzadənin aralarındakı bütün danışıqların səs yazları mövcuddur. Lazım gələrsə məhkəməyə təqdim edə bilər. O, cavabdeh şəxs tərəfdən ona borcu olduğu 4000 manat məbləğində pulu tələb etdikdə, ona həmin puldan 800 manatını verdi, qalan 3200 manatı isə bu günə kimi verməyib. Ona görə də, hesab edir ki, Cavabdeh ilə arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləyə xitam verilməklə, göstərilən müqavilə əsasında şirkətə ödədiyi puldan 3200 manat məbləğində pul ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı müxətlif vaxtlarda pulu cavabdehə ödəməklə qəbz almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Təmir xidmətlərinin göstərilməsinə dair 24 oktyabr 2022-ci il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, İcraçı müqavilənin 1.1 bəndinə göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, Sifarişçi isə müqavilənin 3.1 bəndində göstərilmiş işlər üçün İcraçıya smeta dəyərinə uyğun olaraq hər bir işin vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan Təhvil-Təslim Aktına uyğun olaraq hesablanmaqla 20.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, hamam üçün 675.45 manat məbləğində aksesuallar, laminat 1640 manat məbləğində, elektrik avadanlıqları 127 və 147 manat məbləğində, 5 ədəd qapı 1075 manat məbləğində, qapıların ləvazimatları 150 və 70 manat məbləğində. Cəmi 3884.45 manat məbləğində təşkil edir, eləcə də usta pulu ilə birlikdə cavabdehin borcu ona 4000 manat məbləğində təşkil etmişdir. Bu məbləğdən cavabdeh tərəfindən 800 manat məbləğində ona ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pritenziya məktubundan görünür ki, Cavabdehnə müraciət edilərək, aralarında bağlanmış 24 oktyabr 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” müqaviləyə xitam verilməklə, göstərilən müqavilə əsasında şirkətə ödədiyi pulun qalan hissəsini ona ödənilməsini təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyev küçəsi, ev 33, 43 nömrəli mənzili tam keyfiyyətlə və ağlabatan müddətdə təmir edib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 20.000 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə ümumilikdə 20,000 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Göstərilən səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvini tələb etməkdə haqlıdır. İddia tələbinin iş materiallarında olan sübutlardan görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə əsasən cavabdeh şirkət tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 58 “c” evində təmir xidmətləri aparılmalı idi. Sözügedən müqavilə əsasında tərəfindən Cavabdehnə ümumilikdə 20.000 (iyirmi min) manat məbəlğində pul ödənilmişdir. Lakin cavabdeh şirkətlə aralarında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq işlər müqavilədə razılaşdıqları kimi olmayıb. Cavabdeh şəxs tərəfdən ona borcu olduğu 4000 manat məbləğində pulu tələb etdikdə ona həmin puldan 800 manatını qaytarmış, qalan isə 3200 manatı isə bu günə kimi qaytarmayıb. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 20,000 manat puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini çıxılmaqla 3200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Əlı̇ yev Əzı̇ z Mehman oğlu arasında bağlanmış “Təmir xidmətinin göstərilməsinə dair” 24 oktyabr 2022-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdehndən 3200 (üç min iki yüz) manat məbləğində pul tutularaq iddiaçı Əlı̇ yev Əzı̇ z Mehman oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2056/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2056/2024
28.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver