Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2070/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi cəlb etməklə Cavabdeh qarşı ipoteka müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçımüstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi cəlb etməklə Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə formal kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı kimi “İpoteka saxlayan” qismində Cavabdeh ilə “İpoteka qoyan” qismində İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B- 70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsini 3-M-260 saylı kredit müqaviləsinə əsasən yaranmayan və olmayan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Notariat Kontoru bu formal müqaviləni təsdiq edərkən öhdəliyin necə və nə vaxt yarandığına dair ona heç bir sual verməmişdir. Həmin vaxtı axşam müqavilə imzalanmış və kreditor ona müqavilə üzrə üzərinə düşən pul vəsaitini vermədən getmişdir. Həmçinin əmlak girova qoyularkən onun üzərində olan tikililər nəzərə alınmamış və yalnız torpaq sahəsi yazılmışdır. X1 torpaq sahəsinin üzərində əmlakın olması barədə sual versədə o bunun ona aidiyyatı yoxdur deyib müqavilədə onun xəbəri olmadan əmlakı 50.000 manat qiymətləndirmişdir. Halbu ki, həmin əmlakın qiyməti qoyulandan 10 dəfə çoxdur. Qarşı tərəf isə ona bu formal müqavilədir və yoldaşınızla Musa müəllim arasında olan məsələ həllini tapdıqdan sonra bu müqaviləni ləğv edəcəyik. İpoteka müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Belə ki, onu aldadaraq qarşı tərəf demişdir ki, vergi məcəlləsi həllini tapdıqdan sonra bu müqaviləni ləğv edəcəklər. Formal olaraq rəhbərlik belə bir müqavilənin bağlanmasını tələb edir. Həmçinin o Hikməti ümumiyyətlə tanımamışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya onunla arasında xx.xx.2018-ci il tarixdə formal kredit müqaviləsi bağlanılmış, həmin müqavilənin təminatı kimi iddiaçı ilə onun arasında 9 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70a saylı sahə ünvanında yerləşən 0.12 ha torpaq sahəsini З-М-260 saylı kredit müqaviləsinə əsasən yaranmayan və olmayan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə onun xeyrinə ipoteka ilə yüklü etmiş, iddiaçıya pul vəsaitini vermədən getmiş, müqavilədə torpaq onun xəbəri olmadan 50000 manat qiymətləndirilmiş, əslində isə torpağın qiyməti 10 dəfə çoxdur, iddiaçını aldadaraq ona deyilib ki, vergi məsələsi həllinin tapdıqdan sonra bu müqaviləni ləğv edəcəyik və ipoteka müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanılmışdır. İddia ərizəsi əsassızdır və ona görə də rədd edilməlidir. Belə ki, tərəfindən daha əvvəl iddiaçıya qarşı verdiyi "xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borcun, dəymiş zərərin, faizin, dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda satılaraq satışdan əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi əsasında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarında da iddia tələbinə dair İddiaçı borc məbləğini almamasına, kredit və ipoteka müqavilələrinin formal bağlanılmasına dair etirazına, arqumentlərinə münasibət bildirilmiş və tərəfindən iddiaçıya borcun verilməsi, müqavilələrin formal bağlanılmaması təsdiqini tapmış, apelyasiya instansiyası məhkəməsində iddia tələbi qismən təmin edilərək müqavilə üzrə əsas borcun, dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda satılaraq satışdan əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-l3246/2019 saylı qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Əgər adı gedən İpoteka müqaviləsinin formal bağlanılması məhkəmə tərəfindən formal hesab ediləsəydi iddia tələbi "tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda satılaraq satışdan əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi” hissəsində təmin edilməzdi. Bununla yanaşı, iddiaçının iştirak etdiyi məhkəmə işi üzrə çıxarılmış və qanuni qüvvəsini almış qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan faktların hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasına gəlməmiş, cavabdeh onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsişin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatı dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, 668 nömrəli reyestr kitabının 63224 nöməli vərəqində qeydiyyat aparılmışdır; İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2 il müddətinə hər ay 1042 manat ödəmək şərti ilə 25008 manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsini 3-M-260 saylı kredit müqaviləsinə əsasən öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 25008 manat əsas borcun, 45.80 manat bank xidməti xərclərinin əvəzi və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda (ilkin satış qiyməti 50.000 manat) satışdan əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1848/2020 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (xx.xx.2020 qanuni qüvvəsini alıb) Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd bağlanarkən özündə daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən öhdəliklərin ötürülməsinə dair müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cii maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət (1 il) keçdikdən sonra - 2 il 7 ay sonra müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216,220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2070/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2070/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver