Məhkəmə qərarları › İş №2(009)-2070/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2070/2024

16.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2070/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri Səbail rayonu 46 saylı Notariat Kontoru və Azərbaycan Beynəlxalq Bankının Səbail filialı işə cəlb olunmaqla) Cavabdeh2 qarşı alqısatqı və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri Səbail rayonu 46 saylı Notariat Kontoru və Azərbaycan Beynəlxalq Bankının Səbail filialı işə cəlb olunmaqla) Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1ntorunda 18 sentyabr 2020-ci il tarixində, 6911K-SAB/2020 saylı bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 18 sentyabr 2020-ci il tarixli (Səbail rayonu, 46 saylı Notariat Kontoru) alqı-satqı və ipoteka müqaviləsi (№ 691İK-SAB/2020) bağlanaraq ona məxsus mülkü (evi) 195.000 (yüz doxsan beş) manata cavabdehə satılaraq həmin məbləğ 130.000 (yüz otuz min) manat Azərbaycan Resablikasının Beynəlxalq Bankın Səbail filialı tərəfindən, 65.000 (altmış beş min) manat isə onun tərəfindən şahidlər X3, X4 və X1 18 sentyabr 2020-ci il tarixdə cavabdehə Banka təqdim edilməsi üçün verilmişdir və həmin məbləğ, yəni ona məxsus pul vəsaiti yenidən özünə qayıdaraq, bu günə qədər həqiqi 65.000 manat cavabdeh ona ödənilməyi halda bunu etməyərək, onun halal pulunu ödəməkdən boyun qaçırır, ona görə də, o, alqı-satqı müqaviləsini ləğv edərək, Bankın pulunu qaytarmaqla öz halal mülkünü geri tələb etmək qərarına gəlmişdir. Bununla bağlı, cavabdeh təşkilata və Cavabdeh2 Oktay oğluna Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, pretenziya məktubu göndərilsə də, bu günə qədər cavabdeh təşkilatdan müsbət cavab alınmamışdır, ona görə də, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət edir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində Səbail rayonu, 46 saylı Notariat Kontorunda 6911K- SAB/2020 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ona məxsus mülk (ev) 195.000 (yüz doxsan beş min) manata cavabdehə satılmışdır. Bu məbləğin 130.000 (yüz otuz min) manatı Azərbaycan Respublikasının Beynəlxalq Bankının Səbail filialı (Bank) tərəfindən, 65.000 (altmış beş min) manatı isə onun tərəfindən ödənilmişdir. Sözügedən 65.000 manat məbləğ, şahidlərin (X3, X4 və X2) iştirakı ilə xx.xx.2020-ci il tarixində cavabdeh tərəfə təqdim edilmişdir. Lakin həmin məbləğ, yəni ona aid olan pul, bu günə qədər özünə geri qaytarılmamışdır. Cavabdeh onun bu məbləği geri almaq haqqını təmin etməyərək, onun halal pulunu almaqdan məhrum edir. Lakin, həmin 65.000 manat məbləğin onun tərəfindən ödənilməsi alqı-satqı müqaviləsində rəsmi şəkildə qeyd edilməmişdir. O, bu məbləği cavabdeh tərəfə ödəmişdir, lakin yanılaraq zənn etmişdir ki, müqavilədə bu məbləğlə bağlı öhdəlik rəsmi olaraq qeyd olunub və cavabdeh bu məbləği ona qaytaracaq. Bu yanlış təəssürat onu müqavilənin məzmunu barədə səhv düşüncəyə salmışdır. Ona indi məlum olub ki, cavabdeh ümumiyyətlə ödəmə imkanına malik deyil və bu vəziyyəti özü də inkar etmir. Cavabdehin ödəmə qabiliyyətinin olmaması şəraitində, o öz mülkünün geri qaytarılması üçün hüquqi addımlar atmağa qərar vermişdir. Bu məqsədlə hesab edir ki, mülkü geri almaq üçün yetərli hüquqi əsaslar mövcuddur. Halhazırda cavabdehin adına olan və ipotekaya qoyulmuş mülkünün geri qaytarılması məqsədilə həmin alqı-satqı müqaviləsinin ləğv olunmasını tələb edir. Müqavilənin ləğvi nəticəsində ipotekaya da xitam veriləcəyini nəzərə alaraq, cavabdehin bank qarşısında olan ipoteka öhdəliyini tam şəkildə qarşılamağa hazır olduğunu bildirir. Bu məsələ ilə əlaqədar olaraq, cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 423.2-ci maddəsinə uyğun olaraq, rəsmi iddia məktubu göndərmişdir. Lakin cavabdehdən müsbət cavab almamışdır. Bu səbəbdən, zəruri hüquqi tədbirləri həyata keçirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində Səbail rayonu, 46 saylı Notariat Kontorunda 6911K- SAB/2020 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ona məxsus mülk (ev) 195.000 (yüz doxsan beş min) manata cavabdehə satılmışdır. Bu məbləğin 130.000 (yüz otuz min) manatı Azərbaycan Respublikasının Beynəlxalq Bankının Səbail filialı (Bank) tərəfindən, 65.000 (altmış beş min) manatı isə onun tərəfindən ödənilmişdir. Sözügedən 65.000 manat məbləğ, şahidlərin (X3, X4 və X2) iştirakı ilə xx.xx.2020-ci il tarixində cavabdeh tərəfə təqdim edilmişdir. Lakin həmin məbləğ, yəni ona aid olan pul, bu günə qədər özünə geri qaytarılmamışdır. Cavabdeh onun bu məbləği geri almaq haqqını təmin etməyərək, onu halal pulunu almaqdan məhrum edir. Lakin həmin 65.000 manat məbləğin onun tərəfindən ödənilməsi alqı-satqı müqaviləsində rəsmi şəkildə qeyd edilməmişdir. O, bu məbləği cavabdeh tərəfə ödəmişdir, lakin yanılaraq zənn etmişdir ki, müqavilədə bu məbləğlə bağlı öhdəlik rəsmi olaraq qeyd olunub və cavabdeh bu məbləği ona qaytaracaq. Bu yanlış təəssürat onu müqavilənin məzmunu barədə səhv düşüncəyə salmışdır. Ona indi məlum olub ki, cavabdeh ümumiyyətlə ödəmə imkanına malik deyil və bu vəziyyəti özü də inkar etmir. Cavabdehin ödəmə qabiliyyətinin olmaması şəraitində, o, öz mülkünün geri qaytarılması üçün hüquqi addımlar atmağa qərar vermişdir. Bu məqsədlə hesab edir ki, mülkü geri almaq üçün yetərli hüquqi əsaslar mövcuddur. Halhazırda cavabdehin adına olan və ipotekaya qoyulmuş mülkümün geri qaytarılması məqsədilə həmin alqı-satqı müqaviləsinin ləğv olunmasını tələb edir. Müqavilənin ləğvi nəticəsində lotekaya da xitam veriləcəyini nəzərə alaraq, cavabdehin bank qarşısında olan ipoteka öhdəliyini tam şəkildə qarşılamağa hazır olduğumu bildirir. Bu məsələ ilə əlaqədar olaraq, cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 23.2-ci maddəsinə uyğun olaraq, rəsmi iddia məktubu göndərmişdir. Lakin, cavabdehdən müsbət cavab almamışdır. Bu səbəbdən, zəruri hüquqi tədbirləri həyata keçirmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxslər Bakı şəhəri Səbail rayonu 46 saylı Notariat Kontoru və Azərbaycan Beynəlxalq Bankının nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 Oktay oğluna ünvanlanmış pretenziya məktubundan görünür ki, ünvan 1ntorunda bağlanmış 18 sentyabr 2020-ci il tarixli, 691İK-SAB/2020 saylı alqı-satqı və ipoteka müqaviləsinin 10 iş günündə ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış pretenziya məktubundan görünür ki, ünvan 1ntorunda 18 sentyabr 2020-ci il tarixində No 691İK-SAB/2020 saylı bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin 10 iş günündə ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan “mülkiyyətçi” İddiaçı, “ipoteka saxlayan” "xxxx"ASC və “alıcı” Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 46 saylı Notariat Ofisində təsdiq olunmuş 691İK-SAB/2020 nömrəli, 18 sentyabr 2021-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, “satıcı” xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakını alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 195.000 manatdır, daşınmaz əmlakın dəyərinin 65000 manat məbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 130000 manat məbləğində olan hissəsi isə Kreditor-ipoteka saxlayan tərəfindən Kreditor-ipoteka saxlayan və Alıcı-ipoteka qoyan/borcalan arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 691İK-SAB/2020 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 və 0.0490 ha torpaq sahəs tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Səbail filialının AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, Sab-1579 saylı məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı ilə borcalan Cavabdeh2 Oktay oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 691İK- SAB/2020 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı ilə borcalan Cavabdeh2 Oktay oğlunun mülkiyyətinə keçəcək borcalana ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 219,40 kv.m.-dən ibarət olan 6 otaqlı daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dövlət qeydiyyatı və yüklülüklə əlaqədar çıxarışların alınması üçün sərəncam verilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fıziki və hüquqi şəxslərin azad sufətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfın razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfın razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı və ipoteka müqaviləsi qanunun tələblərinə uyğun bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Məhkəmə bildirir ki, iddiaçı mübahisələndirilən alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi üçün əsas olan hallarıa dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbləri üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı (3-cü şəxslər Bakı şəhəri Səbail rayonu 46 saylı Notariat Kontoru və Azərbaycan Beynəlxalq Bankının Səbail filialı işə cəlb olunmaqla) Cavabdeh2 qarşı alqı-satqı və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar