Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2071/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək Cavabdeh ilə evlənərək, nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2018-ci il tarixdə Leyla adlı uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində qarşılıqlı hörmət prinsipi əsasında mehriban yaşamışlar. Lakin bir müddət keçdikdən sonra tərəflərin ər-arvad münasibətləri pisləşməyə başlamış. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-151/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 690 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi,xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh işdən çıxmış və bu səbəbdən də Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissə miqdarında aliment tutulması dayandırılmışdır. Cavabdeh fərdi əmək ilə məşğuldur və kifayət qədər gəliri vardır. Lakin cavabdeh birgə nikahlarından anadan olmuş uşağının qayğıları ilə maraqlanmır, ona ata qayğısı, nəvazişi göstərmir. Uşağın bütün öhdəlikləri onun üzərində qalır, bütün ehtiyaclarını özü qarşılayır, o cümlədən, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin buna baxmayaraq Cavabdeh yetkinlik yaşına çatmayan uşağına nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək atalıq qayğısını yerinə yetirmir. Uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehtiyacı vardır. O, bütün varlığı ilə uşağının maddi və mənəvi ehtiyaclarını qarşılamağa çalışır. Lakin hazırki vəziyyətdə tək qadın olaraq ailəni saxlamaqla və uşağının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də o, Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun saxlanması üçün hər ay cavabdehin qazancından 170 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, əvvəl işləyib alimenti ödəyirdi. Hazırda işləmir, hər hansı maddi təminatı yoxdur. Lakin buna baxmayaraq son ayadək uşağa aliment ödəmişdir. Uşağa aliment verməkdən imtina etmir. Ancaq hesab edir ki, uşağın 3 yaşınadək tutulacaq 30 manatla birlikdə yalnız 170-180 manat aliment ödəyə bilər. məhkəmədən bu halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-151/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 690 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçı (anası) İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq 18.04.218-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4589/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-151/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, tərəflərin birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh hər ay 30 manat pul tutularaq İddiaçı ödənilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli xidmət müşaviləsinin 2No-li Razılaşma Protokoluna əsasən Cavabdeh ilə “Scanex enterpricess Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru arasında bağlanılmış xx.xx.2017-ci il tarixli sürücülük xidəmtinin göstərilməsinə dair müqaviləyə xx.xx.2020-ci il traixdən xitam verilməsi barədə razılığa gəlinmişdir. Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh adına xx.xx.2020-ci il tarixədək X1 əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı uşağı var. Tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-151/2020 saylı qətnaməsi ilə pozulmuş və cavabdehdən uşağın saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment, həmçinin uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 50 manat aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavadehdəh uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 30 manat pul tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı müəyyən edilsə də, cavabdeh artıq işdən çıxdığı üçün iddiaçı cavabdehdən hər hansı bir maddi təminat ala bilmir. Hazırda yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin dəyişdirilərək sabit pul məbləği şəklində 170 manat həddində müəyyən edilməsini xahiş edir. Məhkəmə cavabdehin maddi vəziyyətində dəyişiklik olmasını, yəni işdən çıxması səbəbindən əmək haqqından uşağın saxlanılması üçün alimentin tutulmasının qeyri-mümkün olmasını nəzərə alaraq qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat olmaq hüququ vardır. Yəni cavabdeh uşağın valideyni kimi onu saxlamaq vəzifəsi daşıyır və cavabdehin hazırda işləməməsi onu aliment öhdəliklərindən azad etmir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edilməsini, cavabdehin hazırda gəlirinin qeyri-müntəzəm olmasını nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və məhkəmə qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan aliment dəyişdirilərək sabit pul məbləğində - 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dəyişdirilmiş alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-151/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev