Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2084/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının, onun nümayəndəsi-vəkili X1 və cavabdehin iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulmasının dayandırılması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulmasının dayandırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 müalicə xərclərinə görə iddiaçıdan tutulan 60 manat sabit pul məbləğinin tutulmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulması və uşaq sağalanadək müalicə xərcləri üçün 60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Aytən Abdullayeva hazırda ailəlidir, əmək qabiliyyətlidir və marketlərdən birində kassir olaraq işləyir.Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Abdullayeva Aytən əmək qabiliyyətli deyil və hazırda ailəli deyil və heç vaxt da ailəli olmamışdır. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay əmək haqqısının ¼ hissəsi məbləğində alimentin tutulması və uşaq sağalanadək müalicə xərcləri üçün 60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X3 hal-hazırda subaydır və əmək qabiliyyətli deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə Aytən Abdullayevanın ailəli olduğunu və əmək qabiliyyətli olduğunu təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə bununla da qeyd edir ki, alimentin tutulmasının dayandırılmasına əsas ola biləcək hər hansı bir hal mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2084/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2084/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver