Məhkəmə qərarları › İş №2(009)-2104/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2104/2021

23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2104/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.07.2015-ci il təvəllüdlü Əsgər-zadə Neman Mətləb oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 oktyabr 20014-cü il tarixdə nikaha daxil olmuşdur. 18.07.2015-ci il təvəllüdlü Əsgər-zadə Neman Mətləb oğlu dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2/009/2354-2016 saylı, 26.05.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nihak pozulmuşdur. Əsgər-zadə Neman Mətləb isə İddiaçı himayəsində saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə 07 oktyabr 20014-cü il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 18.07.2015-ci il təvəllüdlü Əsgər-zadə Neman Mətləb oğlu dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nihak pozulmuş, Əsgər-zadə Neman Mətləb oğlu isə İddiaçı himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutulmuşdur. Lakin, eyni evdə yaşadıqları üçün alimentdən imtina etmiş, iş üzrə icraata xitam verilmişdir. Hazırda isə ayrı yaşayırlar, eyni zamanda, övladları autizm xəstəliyindən əziyyət çəkdiyi üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirmişdir ki, nikah pozulsa da tərəflər yaxın zamana qədər birlikdə yaşamışlar. Bu qonşuların tərtib etdiyi aktda öz əksini tapmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edir, minimum dolanışıq məbləğində, yəni, 175 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №326622 saylı, 06 oktyabr 2016-cı il tarixli nikahın pozulması haqqındakı şəhadətnamədən görünür ki, Əsgər-zadə Səbinə Vidadi qızı ilə Cavabdeh arasında nikah 06 oktyabr 2016-cı il tarixdə Səbail rayon qeydiyyat şöbəsində pzolmuş, 174 nömrə ilə qeydə alınmışdır. Nikah ləğv olunandan sonra kişiyə Əsgər-zadə, qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 595896 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Əsgər-zadə Neman Mətləb oğlu 18.07.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydləri kitabında 14.08.2015ci ildə 4203 № qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında Əsgər-zadə Səbinə Vidadi qızı qeyd olunmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 17 D ünvanında qeydiyyatdadır. İş materiallarında olan 23.08.2021-ci il tarixli sorğudan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı dövlət Layihə İnstitutunda mühəndislər, proqram təminatı vəzifəsində çalışır və aylıq əmək haqqı 332 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Psixi Sağlamlıq Mərkəzi”-nin 23.04.2021-ci il tarixli, 3415 nömrəli məktubundan görünür ki, Əsgər-zadə Neman Mətləb oğlu 23.04.2021-ci il tarixdə direktor müavini, t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunub və “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu qoyulub. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini, cavabdehin əmək haqqının 332 manat olduğunu və uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə almaqla məhkəmə hesab edir ki, 18.07.2015-ci il təvəllüdlü Əsgər-zadə Neman Mətləb oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23.07.2021-ci il tarixdən Cavabdeh hər ay 175 ( yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18.07.2015-ci il təvəllüdlü Əsgər-zadə Neman Mətləb oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23.07.2021-ci il tarixdən Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar