Məhkəmə qərarları › İş №2(009)-213/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-213/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-213/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən sığorta ödənişini təşkil edən 33440 manat, ödənişin verilməsinin 02.06.2020-ci il tarixədək gecikdirildiyi hər günə 0,1% faiz hesablanmaqla 5283 manat, cəmi 38723 manatın, həmçinin 02.06.2020-ci il tarixdən qətnamənin faktiki isra gününədək 33440 manata hər gün üçün 0,1%-lə hüsablanacaq dəbbə pulunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək bildirdi ki, iddiaçı və cavabdeh mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada 02.06.2021-ci il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış 02.06.2021-ci il tarixli həmin barışıq sazişinin şərtlərinə görə: 1. Cavabdeh sığorta ödənişi olaraq iddiaçıya 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2. İddiaçı sığorta ödənişi kimi 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və 2(009)-213/2021 saylı mülki iş üzrə sığorta ödənişi tələbinin 14540 (on dörd min beş yüz qırx) manat hissəsindən və 5283 (beş min iki yüz səksən üç) manat dəbbə pulu tələbindən imtina edir. 3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin 02.06.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh sığorta ödənişi olaraq iddiaçıya 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.

2. İddiaçı sığorta ödənişi kimi 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və 2(009)-213/2021 saylı mülki iş üzrə sığorta ödənişi tələbinin 14540 (on dörd min beş yüz qırx) manat hissəsindən və 5283 (beş min iki yüz səksən üç) manat dəbbə pulu tələbindən imtina edir.

3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və birbirlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Sığorta Şirkəti ASCdən alınıb AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM, VÖEN **********, Hesab AZ34CTRE********************. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar