Məhkəmə qərarları › İş №2(009)-2141/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2141/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2141/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 oglu, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili X1 tərəfindən Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(009)-2141/2022 saylı qərardadından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 oglu, Cavabdeh2 və Cavabdeh3 ogluna qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 va Cavabdeh3 Bahruz oğlundan iddiaçı "Aversi-Ratsional” MMC-nin xeyrinə əsas borc üzrə 1 120 762 (bir milyon yüz iyimi min yedd yüz altmış iki) ABŞ dolları, faiz borcuna görə 70 671,21 ( yetmiş min altı yüz yetmiş bir tam yüzdə iyirmi bir) ABŞ dolları, cərimə borcuna görə 603.334,52 (altı yüz üç min üç yüz otuz dört dollar alli iki) ABŞ dolları, ümumilikdə 1.794.767,73 (bir milyon yeddi yüz doxsan dörd min yeddi yüz altmış yeddi tam yüzdə yetmiş üç) ABŞ dolları va dövlət rüsumu kimi ödənilmiş 2315 (iki min üç yüz altmış beş) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh3 Bahruz oğluna məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35.2 kv/m olan qeyri-yaşayış sahəsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nasimi rayonu, Azadlıq prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 83.05 kv/m olan qeyri-yaşayış sahəsi, Cavabdeh3 Behruz oğluna məxsus ünvan 3 ünvanında yerəşən, ümumi sahəsi 186.1 kv/m olan yaşayış sahəsi, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 126.4 kv/m olan daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin əsas borc üzrə 1 120 762 (bir milyon yüz iyirmi min yedd yüz altmış iki) ABŞ dolları, faiz borcuna görə 70 671,21 ( yetmiş min altı yüz yetmiş bir tam yüzda iyirmi bir) ABŞ dolları, cərimə borcuna görə 603.334,52 (altı yüz üç min üç yüz otuz dört dollar əlli iki) ABŞ dolları, ümumilikdə 1.794.767,73 (bir milyon yeddi yüz doxsan dörd min yeddi yüz altmış yeddi tam yüzdə yetmiş üç) ABŞ dolları va dövət rüsumu kimi ödənilmiş 2315 (iki min üç yüz altmış beş) manat məbləğində pulun iddiaçı "Aversi-Ratsional” MMC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3 vəkili və nümayəndəsi, Cavabdeh1 vəkili X1 məhkəməyə ərizə təqdim edərək, hazırki işin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu nəzərə alaraq, mülki işin aidiyyatı üzrə Bakı Kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan Cavabdeh2, Cavabdeh3 vəkili və nümayəndəsi, Cavabdeh1 vəkili X1 xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxsdir. Cavabdeh1 sahibkarlıq fəaliyyətiilə məşğul olan fiziki şəxsdir, vergi ödəyicisidir, ********** saylı VÖEN sahibidir. Onlar arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsiilə bağlı olmuşdur. İlk olaraq "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü iltarixdə 1588/01 saylı Kredit Müqaviləsi bağlanılmışdır, xx.xx.2015-ci iltarixdə xx.xx.2013-cü il tarixli 1558/001 saylı Kredit Razılaşmasında dəyişiklik edilməsi haqqında əlavə saziş bağlanmışdır. Qeyd edilən müqavilədən görünür ki, Cavabdeh1 ayrılmış kreditin təyinatı dövriyyə vəsaitinin artırılması olmuşdur. Daha sonra ölkəmizdə baş verən devalvasiya nəticəsində yaranmış borcu bağlamaq üçün Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlamışdır. İddiaçı olan hüquqi şəxs kredit verməklə sahibkarlıq fəaliyyətini həyata keçirərək kredit müqaviləsi bağlamışdır. İşdə olan kredit müqavilələrindən də görünür ki, hüquqi şəxsin məqsədi gəlir götürmək olmuşdur. Çünki o pulu faizə vermişdir, həm də cərimə belə nəzərdə tutmuşdur. Beləliklə, iddiaçı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi aidiyyətlə bağlı imperativ normaların tələbləri nəzərə alınmadan qərardad qəbul edilmişdir. Hesab edirlər ki, hazırkı mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranmışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2022 saylı mülki iş üzrə qəbul etdiyi 02 noyabr 2022-ci il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir və şikayətdə göstərilən dəlillər onun ləğvi üçün əsas ola bilməz. Belə ki, mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Tərəflər arasında bağlanan borc müqaviləsi istehlak məqsədli borc müqaviləsidir. Tərəflər arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə iddiaçıdan kredit götürməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin ərizəsində qeyd etdiyi Bank Avrasiya ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış Kredit Müqaviləsi hazırki mübahisənin predmeti deyildir və bu səbəbdən Cavabdeh1 həmin müqavilə üzrə götürmüş olduğu kreditin təyinatının onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olub-olmaması hazırki mülki işin məhkəmə aiddiyyətinin dəyişdirilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair qərarının 11-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair qərarının 1-ci bəndində əsasən, məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 32, 263-264, 267-269, 407.1-407.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh2, Cavabdeh3 vəkili və nümayəndəsi, Cavabdeh1 vəkili X1 tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün 2(009)-2141/2022 saylı mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar