Məhkəmə qərarları › İş №2(009)-2168/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2168/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2168/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan üzr istəməsi və cavabdehdən dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X1 nümayəndəsi və vəkili olaraq tərəflər arasında olan mülki məhkəmə mübahisəsində X2 təmsil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında aparılan mülki işin baxış iclası zamanı qarşı tərəf kimi cəlb olunmuş Cavabdeh məhkəmə binasında hər kəsin gözü önündə ona qarşı əxlaqsız söyüşlər söyərək, ona dərəcəsi bilinməyən xəsarət yetirmiş və ona məxsus “Samsung S10+” markalı telefonu onun əlindən yerə salaraq telefonun ekranını qıraraq ona 380 manat miqdarında maddi zərər yetirmişdir. Hadisə zamanı nəzarət edən icra məmuru və digər şəxslərin müdaxiləsi əsnasında Cavabdeh etdiyi qanunsuz hərəkətlərin qarşısı alınmışdır. Sözügedən hadisə icra məmuru tərəfindən aktlaşdırılaraq aidiyyəti üzrə Yasamal rayon RPİ 28-ci PB-yə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi üzrə İcra şöbəsinin əməkdaşları icra məmuru Ziya Məmmədov və icra məmuru Lamiyə Heybətova xx.xx.2020-ci il tarixdə tərtib etdikləri aktda göstərmişlər ki, həmin gün Bakı Apellyasiya Məhkəməsinin 8 saylı zalından çıxarkən Cavabdeh və iddiaçı tərəfin vəkili kimi onun arasında mübahisə yaranmış həmin vaxt Cavabdeh onu əxlaqa zidd şəkildə təhqir edib xəsarət yetirməyə cəhd etdiyini və əl dırnaqlarını qırdığını göstərmişlər. Sonuncular tərtib etdikləri aktın doğruluğunu öz imzaları ilə təsdiqləmişlər. Yasamal rayon RPİ 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rəhmanovun icraatında iş araşdırılmış və Cavabdeh tərəfindən X3 qarşı edilmiş hərəkətlər Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmasına dair xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Sözügedən qərar əsasında Cavabdeh cərimə tənbeh cəzası ilə cəzalandırılmışdır. Göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi onun şərəf və ləyaqətini hər kəs içində təhqir etmiş, ona psixoloji və mənəvi zərər yetirmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh şərəf və ləyaqətini alçaltdığı üçün ondan üzr istəməli və dəyəri milyonlarla ölçülməyən mənəviyyatı alçaltdığı üçün mənəvi təzminat ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Yasamal RPİ 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rəhmanov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 510cu maddəsi ilə tədbir görülməsi üçün qərar 28-ci PB-yə verilmişdir. - xx.xx.2020-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ 28-ci PB-nin müraciət edərək göstərmişdir ki, X1 məhkəmə mübahisəsində qarşı tərəf kimi cəlb olunmuş Cavabdeh məhkəmə binasında ona qarşı əxlaqsız söyüşlər söyərək, ona xəsarət yetirməyə cəhd etmiş, müdaxilə olunmasına baxmayaraq hər iki dırnaq nahiyəsinə zədə yetirmişdir. İddiaçı ona qarşı fiziki zor tətbiq edən Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən səkkiz ilə yaxındır ki, keçmiş həyat yoldaşı X4 ilə aralarında əmlak tələbi ilə bağlı məhkəmə prosesləri davam edir. xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində baldızı X1 iddiası əsasında təkrar məhkəmə ekspertizası keçrilməsi barədə qərar qəbul olunmuş və Cavabdeh zaldan çıxdıqdan sonra Xədicə Məmmədovanın vəkili Nurlana Quliyevaya aralarında olan məsələni öz aralarında həll etmək üçün Xədicəni dəvət etməsini söylədikdə Nurlana ona kobud şəkildə hakimin qərar qəbul etdiyini söylədiyindən aralarında bir dəqiqə sözlə mübahisə olduğunu bildirmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında bir dəqiqə sözlə mübahisə olmuş və həmin vaxt ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsi üzrə İcra şöbəsinin əməkdaşları icra məmuru Ziya Məmmədov və icra məmuru Lamiyə Heybətova xx.xx.2020-ci il tarixdə tərtib etdikləri aktda göstərmişlər ki, həmin gün Apellyasiya Məhkəməsinin 8 saylı zalında çıxarkən Cavabdeh və iddiaçı tərəfin vəkili Nurlana arasında mübahisə yaranmış həmin vaxt Cavabdeh vəkili İddiaçı əxlaqa zidd şəkildə təhqir edib xəsarət yetirməyə cəhd etdiyini və əl dırnaqlarını qırdığını göstərmişlər. Sonuncular tərtib etdikləri aktın doğruluğunu öz imzaları ilə təsdiqləmişlər. - Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, məhkəmə zamanı əks tərəf sayılan Cavabdeh tərəfindən məhkəmə binasında ona qarşı əxlaqsız söyüşlər söyülərək xəsarət yetirilməsi bərədə etdiyi müraciət əsasında Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Kamil Rahmanov tərəfindən prosessual araşdırma aparılmış və Cavabdeh İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. - Azərbaycan Respulikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onu Bakı Apellyasiya Məhkəməsində təhqir etmiş və xəsarət yetirməyə cəhd etmiş Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək və MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 (əlli) manat cərimə edilmiş və material icra olunması üçün Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. - Vəkillər Kollegiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1627-VK seriyalı vəsiqənin surətindən görünür ki, İddiaçı Vəkillər Kollegiyasının üzvüdür. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 8 saylı zalının dəhlizində İddiaçı ilə Cavabdeh arasında sözlə mübahisə olmuş, Cavabdeh İddiaçı söyərək təhqir etmiş, lakin həmin vaxt fiziki zorun tətbiq olnması faktı öz təsdiqini tapmadığından Bakı şəhəri Yasamal RPİ 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rəhmanov tərəfindən xx.xx.2020-ci il tarixli qərarla İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün qərar 28-ci PB-yə verilmişdir. Qeyd edilən hallar həmçinin Bakı Apellyasiya Məhkəməsi üzrə İcra şöbəsinin əməkdaşları icra məmuru Ziya Məmmədov və icra məmuru Lamiyə Heybətova tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktla da öz təsdiqini tapmışdır. Azərbaycan Respulikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 (əlli) manat cərimə edilmiş və material icra olunması üçün Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi məhkəmə binasının içində təhqir etməsi, şərəf və ləyaqətini alçaltması ilə ona psixoloji və mənəvi zərər yetirməsi faktı mövcud olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq ondan üzr istənilməsi və mənəviyyatını alçaltdığı üçün mənəvi təzminat ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbinin Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaltması ilə bağlı hissəsi üzrə qeyd edir ki, tələbin bu hissəsinə «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, sözügedən qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə ələqədar cəmiyyət kollektiv və yaxud ayrıayrı şəxslər barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyəqəti ləkələyən məlumat hesab edilir. Göstərilən Plenum qərarının həmçinin 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması, Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsini bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s üsulla yayıla bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 46.1-ci maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitutsiyasının 46.2-ci maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən dəyərlərin məcmusudur. Şərəf insana kənardan verilən dəyəri və qiyməti ehtiva edirsə, ləyaqət həmin dəyərləri dərk edən şəxsin özünə qarşı duyduğu hörmət hissidir. Bu mənada insanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və ağır cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barədə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar verməsi, bu məlumatların doğru olmaması və yayılması kimi halların mövcudluğu təsdiq olunmamışdur. Beləliklə də, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya qarşı törətdiyi qanunsuz hərəkətləri onun şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən mənəvi zərər şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması yolu ilə deyil, sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 (əlli) manat cərimə edilməsinə dair Azərbaycan Respulikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu ilə təsdiq edilmiş qanunsuz hərəkətləri nəticəsində vurulmuşdur. Qeyd edilən protokoldan və Bakı şəhəri Yasamal RPİ 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rəhmanov tərəfindən qəbul edilmiş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan da görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 8 saylı zalının dəhlizində İddiaçı ilə Cavabdeh arasında sözlə mübahisə olarkən sonuncunun iddiaçını söyərək təhqir etməsi faktı mövcud olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkətləri özü-özlüyündə qanunsuz hərəkət olmaqla hüquq pozuntusudur və ümumilikdə götürüldükdə hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi zərərin, sarsıntının mövcud olmasının təsdiqidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X8 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X8 Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və. s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin tarixli Qərarının 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi zərərin mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi zərər xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi zərərlə» bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məhkəmə binasında söyərək təhqir etməsi kimi hərəkəti ona mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Onun bu qanunsuz hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə vardır və buna görə də məhkəmə Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərə görə pul əvəzi tutulmalı olması nəticəsinə gəlir. Məhkəmə mənəvi zərərə görə cavabdehdən tutulacaq pul əvəzinin miqdarını müəyyən edərkən Cavabdeh ilə İddiaçı arasında olan mövcud münasibətin xarakterini və onu söyərək təhqir etməsi nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirabların dərəcəsini nəzərə alaraq, iddianın mənəvi zərərə görə hissəsinin qismən təmin edilməklə Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan pulun miqdarının 700 (yeddi yüz) manat həddində müəyyən edilməsini onun əməlinə və maddi vəziyyətinə uyğun hesab edir. X8 Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X9rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə mənəvi ziyanın ödənilməsi ilə bağlı işlərdə, həmçinin ümumilikdə şərəf və ləyaqətin, işgüzar nüfuzun məhkəmə müdafiəsi üsulu kimi “üzr” istəmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasının qanunla nəzərdə tutulmamasını nəzərə alaraq, iddia tələbinin Cavabdeh iddiaçıdan üzr istəməsi hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar