Məhkəmə qərarları › İş №2(009)-2236/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2236/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2236/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı X1 Müdafiə Təşkilatı 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasındakı filialına qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Müdafiə Təşkilatı 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasındakı filialına qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilməli olduğu halda Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin portalından çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı ünvan 2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə “xxxxxxxxxxxxxxxx“ Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Müdafiə Təşkilatı 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasındakı filialına qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməlidir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar