Məhkəmə qərarları › İş №2(009)-2243/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2243/2020

13.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2243/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğvi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsi fiziki şəxsin ünvanının olduğu yerə görə, yəni Suraxanı Rayon Məhkəməsinə təqdim edilməli olduğu halda Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin hazırki iddia ərizəsinə MM-nin 423.2-ci maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənəd (təklifin digər tərəfin imtinası barədə və ya iddia qaldırılmazdan otuz gün əvvəl təklifin digər tərəfə çatmasını təsdiq edən sənəd) əlavə edilməmişdir. MPM-in 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin və onun hüquqi nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar