Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2250/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1664/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 onun himayəsində qalması qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, onlara heç bir maddi köməklik göstərmir. Övladını valideynlərinin maddi köməkliyi ilə böyüdüb saxlayır. Cavabdehə bununla bağlı müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Hal-hazırda özü heç bir yerdə işləmir, 2-ci qrup əlildir. Bundan əlavə qeyd etmək istəyir ki, övladı ixtioz xəstəliyindən əziyyət çəkir, onun müalicəsi kifayət qədər xərclidir. Cavabdehin kifayət qədər qazancı olsa da, övladını maddi cəhətdən təmin etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o, 2-ci qrup əlildir. Ramin məşhur skripka çalandır, hər gün toya gedir və 1000 manat qazanır. O, kirayədə qalır, müalicəyə ehtiyacı var, cavabdeh heç bir maddi köməklik göstərmir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağı var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1664/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1278 No ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/2-03706/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, aliment və yaşayış hüququ tələbi barədə mübahisəsi üzrə İddiaçı və Cavabdeh nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə, saat 10.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə elektron sistemdən əldə olunmuş məlumata əsasən Cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də skripka çalan vəzifəsində işləməklə, aylıq əmək haqqısı 350 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Məhəmməd adlı uşağı var. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı yetkinlik yaşına çatmamış uşağı saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşağın maddi təminatı ilə maraqlanmır. Cavabdehlə bununla bağlı müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Özü 2-ci qrup əlildir, heç bir yerdə işləmir. Uşaq ixtioz xəstəliyindən əziyyət çəkir, onun müalicəsi kifayət qədər xərclidir. Bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay 1000 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə aylıq qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü və 2024-cü illər üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat, 2024-cü il üçün 235 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin işləyib müntəzəm 350 manat həddində əmək haqqı alması müəyyən edildiyindən və qanunla müntəzəm əmək haqqı alan şəxslərə münasibətdə 1 uşaq üçün aliment əmək haqqının ¼ həddində müəyyən edilməli olduğundan, lakin qeyd edilən əmək haqqının ¼ hissəsi uşaqlar üçün müəyyən edilən minimum təminat xərcindən kifayət qədər aşağı olduğundan, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçı 1000 manat məbləğində alimentin tutulmasının əsası kimi cavabdehin toy şənliklərində iştirak edib hər gün kifayət qədər çox pul qazanmasını göstərmişdir. Lakin bununla əlaqədar, yəni cavabdehin tələb həddində aliment ödəmək iqtidarında olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Bununla belə məhkəmə cavabdehin uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, iddianın 2023-cü ilin son aylarında verilməsini, 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220, 2024-cü il üçün isə 235 manat müəyyən edilməsini, iddiaçının məhdud əmək qabiliyyətli olmaqla işləməməsini, işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2023-cü il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 3000 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2250/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2250/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver