Məhkəmə qərarları › İş №2(009)-235/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-235/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-235/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızının iştirakı ilə, İddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızının cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızı cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay iki uşağa görə cəmi 400 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onun cavabdehin oğlu X6 qarşı iddia tələbi Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilərək aralarında olan nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 170 manat, ümumilikdə 340 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. Lakin cavabdehin oğlu uzun müddətdir ki, alimenti ödəmir və ödəməkdən imtina edərək Rusyada yaşayır. Cavabdeh oğlu X1 aliment pulunu azda olsa ödəyir. Hazırda uşaqları X12 və X10 onun yanındadır. Ailəni saxlamaq üçün heç bir maddi imkanı yoxdur. Nikahı pozulduqdan sonra ata kimi X8 doğma uşaqlarına belə baxmır onlara heç bir maddi və mənəvi yardım etmir. Uşaqlarla maraqlanmamış, onların qayğısına qalmamış, heç zəng vurub belə uşaqları nə edir, acdılar mı, yoxsa açıqda qalıblarmı soruşmamışdır. Hal-hazıra heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. Uşaqları dolandıra bilmir, onların yemək və geyim tələbatlarını, həmçinin məktəb ləvazimatlarını ala bilmir. Cavabdehin isə maddi imkanı yaxşıdı. Əlavə gəlirləri vardır. O, həm təqaüd alır, həmdə onun başqa gəlirləri vardır. Belə ki, cavabdehin şəxsi təsərrüfatları vardır. Bütün bu sadaladıqlarına görə cavabdeh öz nəvələrinin maddi tələbatlarını təmin etməkdə iştirak etməlidirlər. Ona görə də cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cəmi 400 manat məbləğində alimentin pulu tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızı iddianı müdafiə edərək, məhkəmə qətnaməsi ilə atadan uşaqların saxlanılması üçün aliment tutulsa da. Həmin qətnamə icra edilmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğlu məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqaüdçüdür, hətta belə aldığı təqaüd, yəni pensiya ona çatmır belə ki, ürək xəstəsidir, ürəyi əməliyyat olunubdur, aldığı pensiya belə dərman puluna çatmır. bazarın bahalığı da hamıya bəllidir. Onun özünə yardım lazımdır. Nəvələrin atası da, anaları da sağdır və gəncdirlər. Ona görə də ona dair iddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızı tərəfindən "aliment tutulması barədə olan iddianı təmin etməməyi xahiş edir. Hətta məhkəməyə gəlməklə əlaqədar yol pulu yoxdur, nəzərə almağı xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3540/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Şükürova (Bağırova) Brilliant Bilal qızı arasında xx.xx.2016-cı il tarixli, 1111 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 anaları Şükürova (Bağırova) Brilliant Bilal qızının yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq Şükürova (Bağırova) Brilliant Bilal qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 968627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X7r. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 971396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X7r. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə İddiaçı xx.xx.2016-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3540/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş hər iki uşağın ananın yanında qalması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahdan doğulmuş hər iki uşaq hazırda anaları İddiaçı yanında yaşayır. Hazırda İddiaçı keçmiş həyat yoldaşı X8 ilə birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün sonuncunun valideyni (uşaqların babası) olan cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğlundan aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsini 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasından da göründüyü kimi, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün məhz öz valideynlərindən maddi yardım ala bilmədikdə və buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Belə ki, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi əlavə təminat xarakteri daşıyır. Baba və nənənin nəvələrini o hallarda saxlamaq vəzifəsi var ki, nəvə valideynlərindən, yəni hər iki valideyndən də maddi yardım ala bilməsin. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Çünki baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlər) öhdəliklərindən sonra tətbiq edilə bilər. Bundan başqa baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Onların belə vəsaitinin olub-olmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir. Hazırki işin materiallarından da görünür ki, uşaqlar iddiaçının himayəsindədirlər, uşaqların digər valideyni olan atadan isə məhkəmə qətnaməsi ilə aliment tutulması qət edilmiş, lakin ata icra sənədini icra etmir. Məhkəmə qeyd edir ki, icra sənədinin icra edilməməsi ilə bağlı iddiaçının müavfiq səlahiyyətli dövlət qurumuna müraciət etmək hüququ vardır. Lakin bu hal hazırki iddianın qanuni və əsaslı olmasına dəlalət etmir. Belə ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlamaq üçün hər iki valideyndən də maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırda xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 hər iki valideynindən maddi yardım ala bilmədikləri təsdiq olunmur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay iki uşağa görə cəmi 400 manat məbləğində alimentin iddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızına ödənilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızının cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bağırova Brı̇ llı̇ ant Bı̇ lal qızının cavabdeh Şükürov İ̇sgəndər Hüseyn oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar