Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2378/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı oğlnun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8 (055)-181/2025 saylı qərardadı ilə qərara alınmış 275.6 manat aliment məbləğini azaldaraq 180 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Saatlı Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 8 (055)-181/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh ərizəsini təmin edilərək Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(055)-1188/2017 saylı qətnaməsi ilə 16 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan tutulan 80 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,689 misli həddində indeksasiya olunmuş və alimentin məbləği 80 manatdan 275.6 manata qaldırılmışdır. Göründüyü kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması nəzərə alınaraq aliment məbləği indeksasiya olunub birdən-birə 195.6 manat artırılsa da onun ailə vəziyyəti (yenidən ailə həyatı qurması, himayəsində iki nəfər uşağının və işləməyən arvadının olması), maddi vəziyyəti və diqqətəlayiq olan digər halları nəzərə alınmamışdır. Halbuki, həm ailə qanunvericiliyinə, həm Konstitusiya və həmçinin Ali Məhkəmənin plenum qərarına əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Möhtərəm hakim ailə vəziyyətində dəyişiklik olmuşdur ki, yenidən ailə həyatı qurmuşdur və yeni ailəsindən iki nəfər uşağı var. Məlumat üçün bildirir ki, Cavabdeh ayrıldıqdan sonra X2 ilə ailə həyatı qurmuşdur və birgə nikahlarından 14 may 2019-cu ildə Lamiyə və 20 oktyabr 2020-ci ildə Əli adlı iki nəfər uşaqları doğulmuşdur. Möhtərəm hakim hazırda heç bir yerdə işləmir və iş axtaran kimi qeydiyyatdadır. Himayəsində olan uşaqlarının saxlanılmaları üçün valideynləri ona kömək edirlər. Göründüyü kimi ailə vəziyyətində dəyişiklik olması, yəni yenidən ailə qurması və yeni ailədə uşaqlarının olması maddi vəziyyətində mənfiyə doğru dəyişikliyə səbəb olmuş və maddi ehtiyacları artmışdır. Əvvəllər qət edilmiş aliment məbləğini vaxtı-vaxtında ödəyirdi, lakin aliment məbləği indeksləşdirilərək kəskin artdığı üçün hər ay 275.6 manat aliment məbləğini ödəyə bilmir. Nəticədə aliment borcu yaranır ki, həmin borcu verə bilmədiyi halda gələcəkdə barəsində həm inzibati xəta və ya cinayət tərkiblərinin yaranmasına gətirib çıxaracaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək 16 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat məbləğində aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(055)-181/2025 saylı qəradadından görünür ki, ərizə təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(055)-1188/2017 saylı qətnaməsinə əsasən 16 iyun 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay tutulan 80 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.689 misli həddində indeksasiya olunaraq, sonrakı artımlar da nəzərə alınmaqla alınaraq Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Saatlı Rayonunun Dədə Qorqud kəndində yaşayır. Aşağıda göstərilən tərkibdə ailə üzvləri var. 1.X2-arvadı-1989 2.X4-qızı-2019 3.X7-oğlu-2020 Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(055)-181/2025 saylı qətnaməsi ilə 16 iyun 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay tutulan 80 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,689 misli həddində indeksasiya olunaraq, sonrakı artımlar da nəzərə alınmaqla alınaraq Cavabdeh xeyrinə ödənilməsi qərar alınmşdir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini və yaşını, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı 16 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, iddiaçı ailəli olmaqla ailə üzvləri X2-arvadı- 1989-cu il təvəllüdlü, X4-qızı-2019-cu il təvəllüdlü, X7-oğlu-2020-ci il təvəllüdlüdür. Məhkəmə, xx.xx.2025-ci il tarixli, 8(055)-181/2025 saylı qəradadına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.689 misli həddində indeksasiya olunaraq, sonrakı artımlar da nəzərə alınmaqla, eləcə də uşağın yaşını və onunla bağlı çəkilə biləcək xərclərin (təlim, geyim, yemək-içmək, gəzmək və s.) məbləğini və iddiaçının öz xərclərini, nəzərə alaraq, iddianın qismən təmin edilməsini və saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh alimentin cavabdehdən tutulmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 8(055)-181/2015 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında İddiaçı hər ay minimum əmək haqqının 0.689 misli məbləğində tutulan alimentin məbləği azaldılsın, 16 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 8(055)-181/2015 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında İddiaçı hər ay minimum əmək haqqının 0.689 misli məbləğində tutulan alimentin məbləği azaldılsın. 16 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2378/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2378/2025
17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver