Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2445/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Səmədov Cahan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 170 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan iki uşaqları var: xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, sonra cavabdehlə ailə münasibətləri pozulmuş, tamamilə kəsilmişdir. Hazırda ayrı-ayrılıqda yaşayırlar. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, ona heç bir köməklik göstərmir. Məhkəmə iclasında iddiaçı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, səhhətilə bağlı məhkəməyə gələ bilmədiyi üçün məhkəmənin vaxtının uzadılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ 343995 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətində görünür ki, Cavabdeh ilə X4 xx xxxxxxx 2007-ci ildə nikahlarını bağlamışlar. Arvada nikahdan sonra «Nəbiyeva» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ 189462 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 xx xxxx 2008-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 831278 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 04 fevral 2012-ci il tarixdə doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Məhkəmə bu qənaətə gələrkən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların preyudusial əhəmiyyət kəsb etməsini nəzərə almışdır. Alimentin hansı qaydada tutulacağı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 170 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində almentin tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tələbi hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM MƏDİNƏ BAĞİROVA
Məhkəmə qərarları › İş №2(009)-2445/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2445/2020
02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver