Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2466/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsi nisbətində alimenten tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 03 may 2019-cu ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 17 mart2020-ci il tarixdə X7 anadan olmuşdur. Hazırda övladının saxlanılması üçün alimentə ehtiyacı var. Cavabdeh Neft Şirkətində işləyir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh X5 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 03 may 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 03 may 2019-cu ildə nikahlarını bağlamışlar. İddiaçıya nikahdan sonra «Əliyeva» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2020-ci il tarixli, AZ-İV 421834 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 17 mart 2020-ci il tarixdə anadan olmuş X4 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA******* 2HEME6H nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə doğulmuşdur. Məhkəmə bu qənaətə gələrkən uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların preyudusial əhəmiyyət kəsb etməsini nəzərə almışdır. Alimentin hansı qaydada tutulacağı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının cavabdehdən hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi nisbətində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 17 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi nisbətində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, 17 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi nisbətində almentin tutularaq İddiaçı qızına verilməsi müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.09.2021-ci il tarixdən başlayaraq, 17.03.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı qızına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tələbi hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2466/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2466/2021
13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver