Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2538/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə mərhum anası arasında bağlanan 03.06.2010-cu il tarixli 10.06-3928/005710 saylı kredit müqaviləsinin ləğv edilməsi edilməsini xahiş etmişdir. İddia ərizəsi qətnamə qəbul edilənə qədər, 24.09.2021-ci il tarixdə İddiaçı oğlu məhkəməyə ərizə ünvanlayaraq ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsi icraata qəbul edilənə qədər iddiaçının onu geri götürməsi barədə iradə ifadəsini məhkəməyə ünvanladığından hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsitələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2538/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2538/2021
24.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver