Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2557/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinin icra məmuru Cavabdeh qarşı qanunsuz borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinin icra məmuru Cavabdeh qarşı qanunsuz borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iddia ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Qeyd edilən Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İddiaçı tərəfindən irəli sürülən tələbdən belə məlum olur ki, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan, uşaqların saxlanılması üçün hər ay cəmi 240 manat məbləğində alimetin tutularaq Maraqlı şəxs verilməsi müəyyən edilsə də, o, 2019-cu ilin may ayından 2022-ci ilin sonuna qədər Maraqlı şəxs ilə birlikdə yaşamış və birlikdə təsərrüfat aparmiş, lakin icra məmuru bu halları nəzərə almadan həmin dövr üçün tutulmalı olan alimenti ondan tələb edir. Yəni iddiaçı icra məmurunun bununla bağlı hərəkətini əsassız hesab edərək həmin dövr üçün borcun silinməsini xahiş edir. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd edir ki, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olubolmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. İcra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkət və ya hərəkətsizliyə dair şikayətə iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə 2 kodu verilir) baxılmasına yol verilmir. Beləliklə hakim hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin mübahisələndirilməsinə iddia icraatı qaydasında baxılmasına yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçıya mövcud məsələ ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 153.2.1-ci maddəsi rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinin icra məmuru Cavabdeh qarşı qanunsuz borcun silinməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya mövcud məsələ ilə bağlı qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən "xxxx" MMC-yə məhkəməyə verilmiş iddia ərizəsinə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz) manat (qəbz nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2557/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2557/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver