Məhkəmə qərarları › İş №2(009)-2576/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2576/2025

09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2576/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Rəsmi nikahları pozulmuşdur. Cavabdeh Səbail rayon Məhkəməsinə “alimentin artırılması” üçün müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(009)-872/2024 nömrəli qətnaməsinə əsasən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmuşdur.Lakin maddi durumu zəifdir. Onun ata olaraq övladlarına aliment ödəmək borcudur, lakin maddi durumunun zəif olduğu üçün heç bir yerdə iş tapa bilməməsi üçün səhhətində yaranmış ciddi xəstəliklərə görə iş qabiliyyəti zəifdir, hər ay hər bir uşaq 200 manat sabit pul məbləğində aliment dəmək imkanında deyil. Səhhətinə görə fiziki cəhətdən gücü çatmır, bu o demək deyil ki, o, alimentdən imtina edir, xeyir, lakin o məbləği hər ay hər bir uşağa ödəməyə gücü çatmır. Alimentin azaldılması üçün Bakı 21 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-872/2024 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün müəyyən olunmuş 200 manat sabit pul məbləğində tutulmuş aliment məbləğində alimentin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir. İşləməməyin səbəbi cavabdeh ondan dəfələrlə şikayətlər edib, həbs etdirib, şikayətlər sistemə düşüb, ona görə onu işə götürmürlər. 2 xəstə yaşlı valideynləri onun öhdəsindədir, cavabdeh uşaqlarla görüşməyə də icazə vermir, maddi imkanı olmadığı üçün alimentin azaldılmasını xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, şikayətlər iddiaçı tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi və aliment borcu ilə bağlı olmuşdur. Uşaqların görüşməsi ilə bağlı onun tərəfindən heç bir qadağa olmamışdır. Özü işləmir, 3 uşağın maddi tələbatı ödənilməlidir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021ci il təvəllüdlü X5 adlı uşaqları var. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1697/2022 saylı qətnaməsi ilə və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1698/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılması və hər 3 uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 169 N ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iş yeri haqqında arayışın surətindən görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. İş üzrə Bakı 21 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/21/2025-00188 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “alimentin azaldılması” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 11.30- 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1697/2022 saylı qətnaməsi ilə və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1698/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılması və hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-üi il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7,xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 200 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, onun maddi durumu zəifdir. Onun ata olaraq övladlarına aliment ödəmək borcudur, lakin maddi durumunun zəif olduğu üçün, heç bir yerdə iş tapa bilməməsi üçün səhhətində yaranmış ciddi xəstəliklərə görə iş qabiliyyəti zəifdir, hər ay hər bir uşaq 200 manat sabit pul məbləğində aliment dəmək imkanında deyil. O, alimentdən imtina etmir, lakin o məbləği hər ay hər bir uşağa ödəməyə gücü çatmır. Bu səbəbdən iddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-872/2024 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün müəyyən olunmuş 200 manat sabit pul məbləğində tutulmuş aliment məbləğində alimentin azaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qaydalarının çəkilməsinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının azaldılmasını tələb etsə də, onun maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutların məhkəməyə təqdim olunmamasını, iddiaçıdan tutulması müəyyən edilmiş alimentlə əlaqədar öhdəliyinin hazırda da mövcud olmasını, indeksləşdirilmiş aliment üzrə tutulmalı olan aliment məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan aşağı olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-872/2024 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün müəyyən olunmuş 200 manat sabit pul məbləğində tutulmuş aliment məbləğində alimentin azaldılması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar