Məhkəmə qərarları › İş №2(009)-2579/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2579/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2579/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında 27 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı qətnaməsi əsasında ona təyin edilən alimentin miqdarının dəyişdirilməsi və 16 dekabr 2009-cu il təvəllüdlü X5 və 16 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı saylı qətnaməsi ilə 16 dekabr 2009-cu il təvəllüdlü X5 və 16 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda X1 bağ fəhləsi işləyir və 475 manat əmək haqqı alır. Həmçinin ikinci dəfə rəsmi nikaha daxil olmaqla X4 ailə həyatı qurmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 16 dekabr 2009-cu il təvəllüdlü X5 və 16 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi əsasında cavabdeh İddiaçı hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli arayışda qeyd olunur ki, İddiaçı X1 bağ fəhləsi işləyir və buna görə 475 manat məbləğində aylıq sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək əsas kimi X1 bağ fəhləsi işlədiyini və aylıq əmək haqqısının 475 manat olmasını göstərmişdir. Lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı qətnaməsindən də aydın olur ki, iddiaçı məhkəmə tərəfindən ondan tutulan alimentin miqdarı artırılarkən də bağ fəhləsi vəzifəsində işləmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, ondan hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində tutulan aliment məbləğinin azaldılması barədə iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar