Məhkəmə qərarları › İş №2(009)-2646/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2646/2025

10.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2646/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (video zəng vasitəsilə), Cavabdehin nümayəndəsi Hüseyn Yesilin oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Tamamilə X1rşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Tamamilə X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh -dən əmək haqqı kimi hesablanmış, lakin ödənilməyən 16 588 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2020-ci ilin yanvar ayından Cavabdeh firmasına ərizə yazıb işə girmişəm. Əmr ilə işlədiyi illər sosial ödənişlər ödənilmişdir. Onlar bu firmanın işçiləri olaraq Bakı Metropolitenin kondisionerlərinə xidmət göstərirdilər. Şifahi müqaviləyə əsasən hər bir kondisionerlərin təmiri üçün akt tərtib edilirdi. O və kondisionerləri məxsus olduğu idarə rəhbəri Metropolitenin Səlahiyyətli şəxsi ilə imzalayırdılar. Həmin akt firmaya təhvil verilirdi. Orada əvvəlcədən razılaşdıqları qiymətlərlə qiymətləndirilirdi.(məs.kondisionerin sökülməsi-30 manat,quraşdırılması 50 manat və s) təsdiqlənib Bakı Metropoliteninə göndərilirdi. Sonradan Metropolitenin məbləği bizim firmaya köçürülürdü. Bu puldan isə bizim zəhmət haqqımız nağd şəkildə bizə ödənilirdi. Onlar maaşını firmada saxlayırdılar ki,ƏDV-si ödənilsin. Yəni bizə çatan pul ƏDV-si ödənilmiş zəhmət haqqı idi. 2023-cü ildə Bakı Metropoliteni müqaviləni təsdiqləmədikdə, onunla firma arasında hesab çıxarılmalıdır. O, işlədiyi pulun tam həcmi ödənilməlidir.Hər dəfə zəng vurub soruşanda mənə dedilərki, Metropoliten hələ tam ödəniş etməyib. Beləliklə onlar mənə 16.500 manat borclu qaldı. Cavabdeh işlədikləri dövr üçün ədənilməli olan 40695 manatdan 16588 manat borclu qalıbdır. İndi cavabdeh hesablanmış, lakin ödənilməyən 16588 manat pulu ödəməkdən boyun qaçırır.Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mediasiya sessiyasına müraciət etdik, cavabdeh gəlmədiyindən barışıq sazişi bağlanmamışdır. Etirazın dəlilləri: Hesab edirik ki, iddia tələbi tamamilə əsassızdır və ərizədə qeyd olunanlar heç bir sübut dəyəri olan dəlillərlə sübut edilməmişdir. Belə ki: 1. İddia tələbinin əsaslandırıldığı yeganə sübut 20 iyul 2022-ci ilə aid müqavilədir ki, həmin müqavilə üzrə nəzərdə tutulan iş alınmamış, heç bir xidmət göstərilməmişdir İddiaçı müqavilə üzrə görülməli olan işlərlə tanış olduqdan sonra həmin işi görə bilməyəcəyini bildirmiş və buna görə də müqavilə üzrə işlərin görülməsi baş tutmamışdır. Həmçinin müqavilədə xidmət haqqının ödəniş forması və şərtlərini tənzimləyən 3.1 ve 3.2-ci maddələrinə əsasən görülmüş işlərə görə ödəniş işlər görülüb qurtardıqdan sonra "Sifarişçi" (burada cavabdeh) tərəfindən o halda ödənilir ki, "İcraçı" (burada iddiaçı) işlər təhvil alınsın və bu tərəflər arasında təhvil-təslim aktı ilə təsdiq edilsin. İşlər təhvil alındıqdan sonra ödəniş "Sifarişçi" tərəfindən təhvil-təslim aktı və hesab-faktura sənədləri əsasında "İcraçı"ya köçürmə və ya nağd qaydada həyata keçirilir. Əgər həqiqətən işlər görülmüşdürsə, bu işlər təhvil-təslim aktı əsasında təhvil verilməli, "Sifarişçi” tərəfindən isə təhvil alınmalı idi, həmin akt tərəflərin hər ikisinin imza və möhürü ilə təsdiq edilməli idi. İddiaçı isə nəinki təhviltəslim aktını ümumiyyətlə işlərin görülməsinə dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı öz ərizəsində 40.695 və 16.588 manat kimi iri məbləğlər qeyd etsə də, həmin məbləğin necə və nəyə əsasən hesablandığını?, hansı müddət ərzində gördüyü hansı işlərə görə? tələb etdiyini əsaslandırmamışdır. 2. İddiaçının özünü "xxxx" TXİMM-nin əməkdaşı (işçisi) kimi qələmə verməsi, 2020-ci ilin yanvar ayında ərizə ilə işə qəbul edilməsi və sosial ödənişlərin edilməsi barədə iddiaları tamamilə yalan və uydurmadan ibarətdir. O, heç bir zaman "Contek LTD” TXİMM-də işçi kimi çalışmamış, onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçı bu barədə AR Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət etmiş və idarənin xx.xx.2024-cü il tarixli məktubu (iş materiallarında mövcuddur) ilə elektron informasiya sistemində keçirilmiş yoxlanış zamanı iddiaçının qeyd etdiyi müddət aralığında "xxxx" TXİMM-də çalışmadığı öz əksini tapmışdır. Bizdə olan məlumata əsasən, əslində iddiaçı xx.xx.2020–xx.xx.2022-ci illər ərzində "xxxx" MMC-də əmək müqaviləsi əsasında mühəndis vəzifəsində çalışmışdır. Əmək müqaviləsinin bildirişi etiraza əlavə edilir. 3. İddiaçının əsassız pul tələbini “əmək mübahisəsi” kimi qələmə verməsi və bu məqsədlə mediasiyadan keçərək iddia tələbində "əmək haqqı kimi hesablanmış pulu” tələb etməyi əsassız iddiasını pərdələmək məqsədi güdür. Əslində bu iş əsassız pul tələbindən başqa bir şey deyildir. 4. Qeyd etmək istəyirəm ki, iddiaçı artıq bir neçə ildir ki, oxşar məzmunlu şikayət və tələblərlə müxtəlif orqanlara şikayətlər ünvanlamışdır, həmin orqanlarda müraciətlərə baxılmış və hər birinin əsassız olduğuna dair qərarlar qəbul edilmişdir. İddiaçı iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, "xxxx" MMC barədə məhkəmədə məlumatı olmuş, işçi kimi o bütün işləri Cavabdeh üçün edib. Gördüyü işlərlə bağlı məvacibi Natalya xanımın adından Hüseyn Yesildən almış, Natalya xanım Hüseyn Yesilin həyat yoldaşıdır, ikisi də eyni ofisdə çalışıblar. Namiq cavabdehin işçisi idi, material verən şəxsdir, Akif isə iki briqadadan birində işləyirdi. Onlar dörd nəfər işləyirdilər. Həmçinin bildirmişdir ki, hazırki tələbi 30 iyun 2022-ci il tarixində işdən azad olunan vaxta qədər ödənilməyən əmək haqqı ilə bağlıdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseyn Yesil etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qisində dindirilmiş X4 bildirmişdir ki, onlar “Contek” LTD-də işləməmiş, "xxxx" MMC-də işləmişlər, Metropolitendə havalandırma ilə bağlı işlər görmüşlər. İddiaçı Məmməd və Akif birlikdə işləyirdilər, nəsə çatışmayanda o, çatdırırdı. Natalya xanım müdiri olub, maaşı da Natalya xanım ödəyib. Məmməd “Contek” LTD-nin işçisi olmayıb. "xxxx" MMC Natalya xanımın şirkətidir. O, həmin şirkətdə metropolitenlə müqavilə bitənə qədər çalışıb. X8 ilə işləməyib. O, 2022-ci ilə qədər "xxxx" MMC-də işləmiş, işləri də "xxxx" MMC-nin adından görürdülər. İddiaçı "xxxx" MMC-də işləməsini bilirdi, həmin şirkətə ərizələr yazıb işə daxil olublar. Məhkəmə iclasında şahid qisində dindirilmiş X5 bildirmişdir ki, iddiaçını tanıyır, o, “Contek” LTD-də işləməmişdir. amma əlaqələri var idi, Bakı Metropolitenində iddiaçı ilə işləmişlər. "xxxx" MMC-nin “Contek” LTD ilə müqaviləsi olub, onlar "xxxx" MMC-nin işçiləri olublar, əmək haqqını da Nim şirkətindən alırdı. O, "xxxx" MMC-dən işdən çıxanda iddiaçı orada işləyirdi. İşləri Natalya xanım tapşırırdı. Hüseyn Yesil onlara tapşırıq verməyib. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də mühəndis peşəsinə qəbul edilmiş, əmək haqqı 280 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci tarixli əmrdən görünür ki, mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2020 tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyət şöbəsinə/departamentinə həvalə edilmişdir. - Bakı Metropoliteni QSC-nin buraxılış vərəqəsindən görünür ki, təşkilatın adı Cavabdeh MMC göstərilmişdir. - X6 ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, sifarişçinin sifarişi əsasında icraçı ventilyasiya, havalandırma və kondisioner sistemlərinin servisini həyata keçirir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "CONTEK LTD” şirkəti tərəfindən 2023-cü ilin yanvar ayınadək mühəndis vəzifəsində işlədiyiniz müddətdə əmək haqqınızın tam ödənilməməsi barədе Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı elektron informasiya sistemində "xxxx" şirkəti ilə aranızda əmək müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən məsul şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin «q» bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. Mülki-Prosessual Məcəllənin 4.6-Cı maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də mühəndis peşəsinə qəbul edilmiş, əmək haqqı 280 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 iyun 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Sifarişçi “Contek” Ltd ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, sifarişçinin sifarişi əsasında icraçı ventilyasiya, havalandırma və kondisioner sistemlərinin servisini həyata keçirir. Lakin, iddiaçı tərəf izahatında da məhz 30 iyun 2022-ci il tarixinədək ona ödənilməmiş əmək haqqının ödənilməsini tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı elektron informasiya sistemində "xxxx" şirkəti ilə aranızda əmək müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının cavabdeh şirkətin əməkdaşı olmadığını bildirir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdıması zamanı, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılan araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. İşin materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, mühəndis peşəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 30 iyun 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Cavabdeh X3 Məxsus Müəssisə ilə "xxxx" MMC arasında bağlanmış 05 yanvar 2019-cu il tarixdə bağlanmış 01/19 saylı müqavilədən görünür ki, sifarişçi kondisionerlərə və kompressorla işləyən soyutma-isitmə sistemlərinə texniki xidmət və təmir üzrə servis xidmətinin göstərilməsini icraçıya yerinə yetirilməsini həvalə edir. Qiymətlərin məbləğini ehtiyat hissənin dəyəri, materialların dəyəri və işçilik təşkil edir. İş materialları və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin əməkdaşı olmuşdur. Göründüyü kimi iş üzrə tərəflər arasında hər hansı əmək münasibətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində əmək haqqı ödənilmədiyi halda o, hazırkı tələbi ilə "xxxx" MMC-yə qarşı iddia qaldıra bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia bu hissədə əsaslı sayıla bilməz və rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar