Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-266/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 27 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X2 müalicəsinə görə cavabdehdən əlavə xərc kimi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Qızına xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası diaqnozu qoyulmuşdur. Qızının xərclərini təmin edə bilmir. İddiaçının artıq maddi imkanı uşağın müayinəsini davam etdirməsinə imkan vermir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, hər ay cavabdehdən tutulan alimentin məbləği 300-400 manat aralığında olur. Cavabdehin qeyd etdiyi kimi hər ay 500 manat miqdarında alimentin tutulması həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilir. Bu məbləğ isə 500 manat civarındadır. Cavabdeh iddiaçıdan ayrıldıqdan sonra nikaha daxil olmuşdur və həmin nikahdan da 15 iyul 2022-ci il təvəllüdlü X5 anadan olmuşdur Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan: AZ-İ № 396827 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 19 mart 2021-ci il tarixdə pozulmuşdur. AZ-İV № 739293 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. 4 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubunda və Azərbaycan Tibb Universitetinin X1 arayışında qeyd edilmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 həkim-otorinolorinqoloqda “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası, həkim-nevropatoloqda “sinir-reflektor gərginlik, əsəbilik”, həkim-cərrahda “hər iki pəncədə yüngül valqus deformasiyası” diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2019-cu il təvəllüdlü X3 “xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası” diaqnozu qoyulmuşdur. Xəstəyə uzunmüddətli müalicə və daha sonra cərrahi müdaxilə tövsiyə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 “xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası”ndan əziyyət çəkir və mütəmadi həkim nəzarətinə və müalicəyə ehtiyacı vardır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay əlavə olaraq X2 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-266/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-266/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver