Məhkəmə qərarları › İş №2(009)-276/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-276/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-276/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Cavabdeh «xxxx» BOKT ASC-nin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı1 – cavabdehlər “X2 Mərkəzi” MMC-yə, DƏDRX-ə və “xxxx” BOKT ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 - cavabdehlər “X2 Mərkəzi” MMC-yə, DƏDRX-ə və “xxxx” BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ev 17 ünvanında yerləşən 14 saylı mənzil açıq hərracda satılması üçün “X2 Mərkəzi” MMC-yə göndərilmişdir. Sonradan “X2 Mərkəzi” MMC ilə “xxxx” BOKT ASC arasında yekun protokol imzalanmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdeh «xxxx» BOKT ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın tamamilə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehlər “X2 Mərkəzi” MMC və DƏDRX nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi hərracın keçirilməsi barədə ona məlumat verilməməsi halına istinad etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ev 17 ünvanında yerləşən 14 saylı mənzil 80.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış və keçirilən hərracda 51.000 manata “xxxx” BOKT ASCyə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Y-238 nömrəli protokolla təsdiqlənir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən “xxxx” BOKT ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ev 17 ünvanında yerləşən 14 saylı mənzilin 80.000 manata “X2 Mərkəzi” MMC tərəfindən satışa çıxarıldığı barədə ona xx xxxx 2019-cu il tarixli məktubla məlumat verilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ev 17 ünvanında yerləşən 14 saylı mənzilin satışı ilə bağlı keçiriləcək hərracın yeri və vaxtı barəsində iddiaçıya hərrac keçirilməzdən öncəki tarixlərdə məlumat verilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Məhkəmə iddia tələbinin çıxarışın ləğvi hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2020-ci il tarixli “xxxx” BOKT ASC-nin adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ev 17 ünvanında yerləşən 14 saylı mənzilinə dair çıxarış xx.xx.2019-cu il tarixli Hərracın nəticələri haqqında Yekun Protokol əsasında verildiyindən və sözügedən protokol etibarsız hesab edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar