Məhkəmə qərarları › İş №2(009)-2798/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2798/2020

29.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2798/2020 29.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdehnə qarşı «işdən çıxarılmasına görə əlavə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış hesablaşma hesabı 1000 manat və ya biraz artıq pul vəsaiti, əmək müqaviləsinin vaxtından əvvəl heç bir rəsmi xəbərdarlıq etmədən xitam verilməsinə görə otra aylıq əmək haqqının, yəni 1500 manat kompensasiyanın və mənəvi ziyana görə 2500 manat pul vəsaitinin, ümumilikdə 5000 manat ödənilməsi öhdəliyinin Cavabdeh və ya Cavabdeh sədri Hacı Əliyevin əmək haqqının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar və cavabdehə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.1-ci maddəsinə görə, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, 150.0.5-ci maddəsinə görə isə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Ərizədən görünür ki, İddiaçı tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, iddia ərizəsində iddiaçının konkret tələbinin nədən ibarət olması aydın olmadığı kimi, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surəti də əlavə edilməmişdir. Azərbaycan Respublikası 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı «işdən çıxarılmasına görə əlavə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar