Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-281/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili A.S.Əliyevin iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi, həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı maddi ziyanın tutulması barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC ilə arasında xx.xx.2019-cu il tarixdə aylıq əmək haqqı 10883 manat olmaqla iddiaçının direktor vəzifəsinə təyin olunması barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron informasiya sisteminə inteqrasiya olunmuşdur. Əmək haqqı üzrə ödənişlər bir müddət stabil ödənilsə də, sonradan ödəmələrdə azalmalar aparılmış, daha sonra isə əmək haqqının ödənilməsi ümumiyyətlə təmin edilməmişdir. Bundan sonra işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq əmrlə (əmrin surəti işçiyə təqdim edilməmişdir və hansı əsasla xitam verilməsi iddiaçıya məlum deyildir) İddiaçı ilə müqaviləsinə xitam verilmişdir. Beləliklə, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” MMC-də direktor vəzifəsini icra etmişdir. Vəzifələrinin icrası dövründə aylar üzrə 10882 manata münasibətdə əmək haqqından məcburi tutmalar qanuna müvafiq qaydada aparılsa da, əmək funksiyalarının icrası üçün ona çatası məbləğlər təsisçilərin təzyiqi ilə ya natamam ödənilmiş, ya da heç ödənilməmişdir. Belə bir problem digər işçilər X3 və X2 ilə yanaşmış, lakin sonradan onlara ödənilməli olan əmək haqqı məbləğlərinin ödənilməsi təmin edilmiş, ona çatası əmək haqqı məbləğləri isə ödənilməmiş qalmışdır. Belə ki, 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək 7 ay ərzində iddiaçıya ödənilmiş olan əmək haqqı natamam ödənilmişdir. Həmin aylar üzrə cavabdeh tərəfindən aylıq məcburi dövlət ödənişləri çıxıldıqdan sonra ona ödənilməli olan 9.350 manat məbəlğdən 5.142 manat ödənilmiş, 4.208 manat isə borc yaranmışdır ki, 7 ay üzrə borc məbləği (4208x7) 29,456 manat təşkil etmişdir. Eyni zamanda həmin ilin mart ayından iyul ayınadək əmək haqqının məcburi dövlət ödənişləri hissəsi istisna olmaqla, hər hansı ödəniş aparılmamışdır. Cavabdehin 2020-ci ilin mart, aprel, may, iyun, iyul - ümumiyyətlə 5 ay üzrə 46.750 (9350 əmək haqqının məcburi dövlət ödənişləri çıxıldıqdan sonra net məbləği x 5 ay) manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçının istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi 9.053 manat təşkil etmişdir ki, iddiaçı ilə son haqq-hesab aparılmamış və bu məbləğ də ona ödənilməmişdir. İş materiallarına əlavə edilmiş bank çıxarışından və digər sənədlərdən göründüyü kimi, işəgötürən tərəfindən qeyd olunan normalarının tələbləri pozulmuşdur, 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək 7 ay ərzində iddiaçıya natamam əmək haqqı ödənildiyindən cavabdehin ona 29.456 (4208x7) manat borcu; 2020-ci ilin mart, aprel, may, iyun, iyul - ümumilikdə 5 ay üçün ödənilməmiş əmək haqqları üzrə 46.750 (9350 əmək haqqının məcburi dövlət ödənişləri çıxıldıqlan sonra net məbləği x 5 ay) manat borcu; istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi kimi 9.053 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müqaviləyə xitam verildiyi xx.xx.2020-ci il tarixədək 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 29,456 manat əmək haqqı məbləğinin, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilməmiş 46.750 manat əmək haqqı məbləğinin, istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi kimi 9.053 manat pul vəsaitinin, ümumilikdə 85.259 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı maddi ziyanın tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, əvvəla ilkin iddiaçı qeyd etdiyi dövrlərdə Cavabdeh MMC-nin direktoru vəzifəsində işləmiş, Cəmiyyətin bütün maliyyə-təsərrüfat fəaliyyətinə o, rəhbərlik etmiş, işçilərə əmək haqqını özü öz bildiyi kimi təyin etmiş, həmin əmək haqqının buraxılmasına özü göstəriş vermişdir. Necə olur ki, ona 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına kimi aylıq əmək haqqı natamam ödənilir və 2020-ci ilin mart-iyul aylarının əmək haqqları ödənilmir? Əmək haqqını kim ona natamam ödəmiş və ya ödəməmişdir? Bütün ödənişlər onun sərəncamında olmuşdur. İkincisi, İddiaçı Cavabdeh MMC-nin direktoru təyin edildikdən sonra əvvəldən onunla bir təşkilatda işləmiş X3 və X1 Cavabdeh MMC-yə öz yanında gətirmiş və onlara əvvəllər aldıqları əmək haqqından 2 dəfə çox - C.Tağıyevə 5.013 manat, G.Qənbərovaya isə 3375 manat aylıq əmək haqqı təyin etməklə suni şəkildə onlara üstünlüklər yaratmış və Əmək qanunvericiliyinə zidd olaraq “dostlarına” əmək müqaviləsinə vaxtında əvvəl xitam verildikdə onlara birdəfəlik ödəmə şəklində 6 və 3 aylıq net əmək haqqı məbləğində kompensasiya ödənilməsini şərtləndirmişdir. Cavabdeh MMC-nin təsisçisi İddiaçı işçilərə yüksək əmək haqqı təyin etməsinə narazılığın bildirmiş və işçilərin aylıq əmək haqqlarının azaldılmasına dair göstəriş vermişdir. MMCnin direktoru İddiaçı 2019-cu ilin avqust ayından işçilərin əmək haqqlarının azaldılması barədə, o cümlədən özünün aylıq əmək haqqının 10.8xx xxxxxxxx 5730 manata, C.Tağıyevin əmək haqqının 50xx xxxxxxxx 3375 manata və G.Qənbərovanın əmək haqqını 33xx xxxxxxxx 2025 manata aşağı salmış və bu barədə xx.xx.2019-cu il tarixdə təsisçiyə məlumat vermişdir. İddiaçı özü və adları qeyd olunan işçilər 2019-cu ilin avqust ayından xx.xx.2020-ci il tarixə kimi Cavabdeh MMC-də tutduqları vəzifədə çalışmaqla qeyd olunan sonuncu 3375 və 2025 manat məbləğində aylıq əmək haqqını almışlar. İddiaçı və C.Tağıyev bu azaldılmış məbləğlə ilk gündən razılaşmış, G.Qənbərova isə xx.xx.2019-cu il tarixdə bu azalma ilə razılaşmayaraq narazılığını yazılı şəkildə MMC-nin direktoru İddiaçı bildirmiş və əmək haqqını azaldılmasına dair qərarını təkrar nəzərdən keçirməsini xahiş etmişdir. Bundan sonra işçilərin aylıq əmək haqqı məsələsinə yenidən baxılmamış, həmin əmək haqqı ilə razılaşmış və işlərinə davam etmişlər. Hər ay da azaldılmış əmək haqqı məbləğini almışlar. Belə olan halda, İddiaçı 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayına kimi olan dövrdə natamam əmək haqqı alması barədə iddiası əsassız və qanunsuzdur. Həmin dövr üçün direktor kimi özünün təyin etdiyi əmək haqqını tam almışdır. İddiaçı iddia etdiyi 29.456 manat natamam ödənilmiş əmək haqqı fərqini 2020-ci ilin mart ayında öz hesabına köçürdərək almış, lakin təsisçi buna etirazını bildirdiyindən həmin gün də qeyd olunan məbləği Şirkətə qaytarmışdır. Faktiki isə bu məbləğ 38.812,59 manat olmuşdur. xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixə kimi olan dövrdə isə faktiki işləməmiş, işə çıxmamış və bu səbəbdən də təsisçinin xx.xx.2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin aylarda işləmədiyinə və işə çıxmadığına görə ona əmək haqqı hesablanmamış və verilməmişdir. Əgər o, işə çıxmış olsaydı, direktor kimi fəaliyyət göstərsəydi, özünü əmək haqqını təbii ki, alacaqdır. Buna kimsə mane ola bilməzdir. Lakin İddiaçı faktiki işləmədi, direktor vəzifəsini icra etmədiyi, işə çıxmadığı üçün heç bir əmək haqqı almamışdır və almalı da deyildir. Ona görə də iddia tələbi bu hissədə də əsassızdır. Qeyd olunan iddia tələbləri əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Üçüncüsü, İddiaçı 2020-ci ilin mart ayınını əmək haqqı 5.730 manat və 9.053 manat istifadə olunmamış məzuniyyət haqqı işdən gedərkən ödənilməmişdir. Cavabdeh iddia tələbini bu hissədə qəbul edir, lakin cavabdeh verilməmiş olan 14.783 manat pul məbləği qarşılığında cavabdeh MMC-yə 122.961,11 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, lakin İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər - keçmiş iş yoldaşları C.Tağıyev və G.Qənbərova üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə saxlakarlığı edib işçilərə azaldılmış əmək haqqı verildiyi halda, DSMF-na və Vergilər Nazirliyinə aylıq ödəmələrə dair sənədlərə özünün, C.Tağıyev və G.Qənbərovanın ilkin əmək haqqı məbləğləri barədə bilə-bilə yalandan artıq məlumatlar mühasibatlığa daxil etdirib, həmin məbləğlərə uyğun köçürmələr etdirməklə bu hesaba Cavabdeh MMC-nin 22.895,09 manat vəsaitini israf etmişdir. Şirkətin təsisçisi xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin əməkdaşlarına rəsmi bildiriş göndərib bildirmişdir ki, “bu bildirişlə Şirkətdə təcili şəkildə vəziyyətin yaxşılaşdırılmasını tələb edirəm və nəzərinizə çatdırıram ki, Cavabdeh ofisinin bütün əməkdaşlarına yuxarıda qeyd olunanlar barəsində son dəfə xəbərdarlıq edilir və əks təqdirdə bu məktub xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh ofisində əmək müqaviləsinə xitam veriləcəyinə dair ilkin bildiriş qismində çıxış edəcəkdir”. Bu xəbərdarlıq bildirişindən sonra İddiaçı yenidən saxlakarlıq edərək C.Tağıyev və G.Qənbərovanın əmək müqaviləsinə bilə-bilə, qəsdən 1 ay qabaqcadan xitam verməklə keçmiş iş yoldaşlarına əlavə təzminatlar yaratmağa çalışaraq, Şirkətdə heç bir iş yerinin, işçinin və ya ştatın ixtisarı aparılmadığı, bu barədə heç bir qərar olmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq onların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirmiş, onlara əlavə işdən çıxarılmaya görə təzminat almaq hüququ yaratmışdır. Bu hesaba C.Tağıyev onunla əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən Şirkətdən ona birdəfəlik ödəmə şəklində 6 aylıq net əmək haqqı məbləğində kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmişdir ki, bunun nəticəsində Şirkətdən 4500 x 6 ay = 27.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Eyni qaydada X2 onunla bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən Şirkətdən ona birdəfəlik ödəmə şəklində 3 aylıq net əmək haqqı məbləğində kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmişdir ki, bunun nəticəsində şirkətdən 3000 x 3 ay = 9.000 manat məbləğində kompensasiya ödənilməsi tələb etmişdir. Həmçinin Əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar düşməklə xitam verilərkən ƏM-nə və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətlərinə əmək edilməməsi səbəbi ilə Əmək müqaviləsinin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı 2 ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bildiyi halda, bu şərtə əməl etmədiyinə görə X3 əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni 5013 manat işdən çıxarma müavinəti, 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 2005,2 manat kompensasiya, X2 da eyni qaydada 3337 manat işdən çıxarma müavinəti və 1334,8 manat kompensasiya ödənilməsini tələb edilmişdir. Nəticədə, İddiaçı “dostları” C.Tağıyevin xeyrinə cəmi 5013+2005,2+27.000=34.018,20 manat, G.Qənbərovanın xeyrinə isə cəmi 3337+1334,8 + 9000 = 13.671,80 manat məbləğində pul vəsaitinin tutulmasına şərit yaratmağa çalışmışdır. İddiaçı işçilərin faktiki olaraq əmək haqqlarını rəsmi qaydada azaldılmış, işçilər bunu bilmiş, bununla razılaşmışlar. İddiaçı yenə də bilə-bilə, qəsdən əmək haqqının azaldılmasına dair əmək müqavilələrinə düzəliş etməmiş, düzəlişin edilməməsi ilə işçilərin əmək haqqının ilkin əmək haqqı məbləği ilə tələb etməsinə şərait yaratmışdır. İddiaçı qeyd olunanlarla kifayətlənməyib, ona etibar edilmiş Cəmiyyətin pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə bilə-bilə qəsdən özünün və dostlarının mənafeyinə israf edərək 2019-cu ilin avqust ayından azaldılmış əmək haqqlarının ilkin əmək haqqı ilə müqayisədə fərqini əsassız və qanunsuz olaraq C.Tağıyevə 7879,48 manat, G.Qənbərovaya 5683,95 manat Şirkətin daha 13.563,43 manat məbləğində əmlakını talamışdır. Nəticədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 22.895,09 + 34.018,20 + 13.671,80 + 7.879,48 + 5.683,95 + 38.812,59 = 122.961,11 manat məbləğində pul vəsaitini bilə-bilə qəsdən israf etmək və talamaqla MMC-yə külli miqdarda maddi ziyan vurmuşdur. Həmin 122.961,11 manat maddi ziyan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxış ilkin İddiaçı Cavabdeh MMC-dən onun xeyrinə 85.259 manat pul vəsaitinin tutulmasına dair iddia tələbinin əsassız və qanunsuz olduğundan rədd edilməsi, Cavabdeh MMCnin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 122.961,11 manat məbləğində maddi ziyanın tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin izahatında göstərmişdir ki, onun işə qəbul olunması cavabdeh təşkilatın təşəbbüsü ilə olmuş və əmək haqıq da məhz onun təklif etdiyi həddə müəyyən edilmişdir. Verilən səlahiyyət həddində işçiləri işə qəbul etmiş, müvafiq əmək haqqı müəyyən etmiş və həmin əmək haqqılar şirkətlə razılaşdırılmışdır. İşlədiyi müddət ərzində bütün vəsait qanuni əsaslarla təqdim edilmiş, həmin vəsait hesabına işçilərin əmək haqqısı ödənilmişdir. əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun aparılmışdır. Ona verilmiş səlahiyyətlər MMC-yə işçilərin cəlb edilməsi, işçilərlə əmək müqaviləsi bağlanması, əmək haqqının ödənilməsi və sair təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalarıdır. Yəni o, verilmiş səlahiyyət həddində heç bir qanun pozuntusuna yol vermədən direktor kimi fəaliyyət göstərmişdir. Təsisçilərin təzyiqi səbəbindən işçilərə qanunla müəyyən edilmiş ödəmələri həyata keçirmədiyi üçün dövlət əmək müfəttişliyinin müvafiq qərarı ilə barəsində İXM-nın 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Təsisçi ilə bütün məsələlər danışıqlar yolu ilə həll edilmiş və fəaliyyəti zamanı hər hansı bir qanun pozuntusuna yol verməmiş, əksinə təsisçinin xahişi ilə müəyyən müddət əmək haqlarını kəsirlə ödənilməsi təmin etsə də, sonradan təsisçi həmin fərqi həm ona, həm də işçilərinə ödəməkdən imtina etmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbində göstərilənlərlə razı deyil, cavabdeh 14783 manat pul məbləğinin ödənilməməsini etiraf edir, lakin məhkəməyə təqdim etdiyi sənədlər və məhkəmə araşdırması zamanı onun qaldırdığı iddianın tam həcmdə əsaslı olması, qarşılıqlı iddianın isə tam əsassız olması müəyyən edilmişdir. Eyni zamanda qarşılıqlı iddianın əsassızlığı hüquq mühafizə orqanlarında araşdırılan və bunun nəticəsində qəbul edilmiş qərarla da tam təsdiq olunur Məhkəmə iclasında izahatı alınmış qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X6 ilkin iddianı qismən qəbul edərək onun qismən təmin edilməsini, qarşılıqlı iddianı isə tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, təsisçi İddiaçı özünün və işçilərin əmək haqqının azaldılması barədə müraciət etmiş, bunun əsasında İddiaçı işçilərin azaldılmış əmək haqları barədə təsisçiyə məlumat vermişdir. İddiaçının güya təsisçi tərəfindən ödənilməmiş əmək haqqı fərqlərinin sonradan ödəyəcəyi barədə dedikləri həqiqəti əks etdirmir, bu səbəbdən ona qarşı vurulmuş ziyanın əvəzi kimi qarşılıqlı tələb irəli sürmüşdür. Qarşılıqlı tələbin 22895,09 manatı işçilərə verilən əmək haqqı fərqidir, 2019 il avqust -2020-ci ilin mart ayına qədər olan müddət ərzində özünə və işçiyə görə sosial müdafiə fonduna ödənilmiş artıq ödənişlərin məbləği, 34018,2 manat və 13671,80 manat iki işçinin məhkəməyə müraciət etdiyi tələblə bağlı məbləğlər, 7879,48 manat və 5683 manat işçilərə azad olunarkən birfədəbirdəfəlik ödəmələr, 38812 manat iddiaçının özünə hesabladığı əmək haqqı. Cavabdeh həqiqətən iddiaçı 14783 manat pulun verilməməsi etiraf edir. İddianın həmin hissədə təmin olunmasına etiraz etmir, eyni zamanda qarşılıqlı ididanı tam həcmdə təmin olunmasını xahiş edir. lakin qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi iddiaçı tərəfindən təsisçiyə kifayət qədər yüksək məbləğdə ziyan vurulduğu üçün bu məbləğin ödənilməsindən də imtina olunur. Nümayəndə həmçinin göstərmişdir ki, iddiaçı tərəf özü də etiraf edir ki, İddiaçı kifayət qədər səlahiyyətlərə malik olmuş, lakin həmin səlahiyyətlərdən istifadə etməyərək əmək haqqı almamışdır. Hazırda şirkətə qarşı əmək haqqı tələbi barədə tələb irəli sürür, bu isə məntiqsizdir. Cinayət işinin başlanılmasının rədd edilməsi qərarı aparılmış audit yoxlamasında konkret kimin təqsirli olması müəyyən olunmayıb. Təkrar audit keçirilir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş üzrə xxxxxxx000201 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-nin icraçı direktor vəzifəsində işləyir, əvvəlki əmək haqqı 9976 manat, hazırki əmək haqqı 10882 manat təşkil edir. İş üzrə Cavabdeh şirkətinin rəhbəri şirkətin əməkdaşlarına elektron poçt vasitəsi ilə göndərilmiş xx.xx.2020-ci il tarixli rəsmi bildirişindən görünür ki, Cavabdeh şirkətinin Azərbaycan ofisinin fəaliyyətinin xoşagəlməz nəticələrinə baxmayaraq son altı ay ərzində səhmdar tərəfindən əməkdaşlara dəfələrlə xəbərdarlıqlar edilmiş və ofisin nəticələrinin və ümumiyyətlə şirkətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə şans verilmişdir. xx.xx.2020-ci il tarixli bu bildirişlə o, şirkətdə təcili şəkildə vəziyyətin yaxşıdaşdırılmasını, o cümlədən iş vaxtında yalnız şirkətin məqsədlərinə aid məsələlərlə məşğul olmağı, daha səmərəli nəticələrin əldə olunması, satış həcminin artırılması, mövcud və gələcək müştərilərə keyfiyyətli xidmətin göstərilməsi məqsədləri ilə ofisin idarəetmə prosesinin təkmilləşdirilməsini tələb edir. Cavabdeh ofisinin bütün əməkdaşlarına qeyd olunanlar barəsində son dəfə xəbərdarlıq edilir və əks təqdirdə bu məktub xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh ofisində əmək müqaviləsinə xitam veriləcəyinə dair ilkin bildiriş qismində çıxış edəcəyini göstərilmişdir. İş üzrə “xxxx” MMC-nin direktoru Rövşən Xəlilov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, “xxxx” MMC 2013-cü il tarixdən Azərbaycanda fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdən xx.xx.2020-ci il tarixədək işçilərin ştatlarının ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamış və ixtisara dair müəssisədə heç bir hüquqi sənəd yoxdur. İş üzrə Cavabdeh MMC-nin Nizamnaməsinin 5-ci maddəsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir. Cəmiyyətin direktoru öz səlahiyyəti daxilində qərar qəbul eir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir. İşçiləri vəzifəyə təyin edir, əmək müqavilələri bağlayır və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir. İş üzrə Günel Qəmbərova tərəfindən İddiaçı elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2019cu il tarixli məktubundan görünür ki, əməkdaşlara ödəniləcək əmək haqqı məbləğlərinin azaldılmasına dair qərarın təkrar nəzərdən keçirməsini xahiş etmişdir. İş üzrə xx.xx.2020-ci il tarixədək etibarlığı göstərilən xx.xx.2019-cu il tarixdə verilən etibarnamədən görünür ki, Malta qanunvericiliyinə müvafiq olaraq xx.xx.2003-cü ildə qeydiyyatdan keçən ,kapitalı 3000 ABŞ dolları, qeydiyyat nömrəsi C31349, direktoru Peter Mamonun şəxsində təmsil edilən məhdud məsuliyyətli cəmiyyət olan Security Systems & Development Limited Şirkəti İddiaçı Azərbaycan Respublikası Bakı ərazisində yerləşən Cavabdeh MMC-yə müvafiq surətdə şirkətin adından aşağıdakı fəaliyyəti həyata keçirmək üzrə təyin edir və səlahiyyət verir: - Şirkətin notarius və banklar daxil olmaqla bütün dövlət orqanlarında hüquqi və fiziki şəxslər qarşısında törəmə müəssisənin səhmdarı kimi təmsil etmək. - törəmə müəssisənin direktorunun təyin edilməsi, şirkət adından bütün zəruri qərarların qəbul edilməsi və sair. Məhkəmə verilmiş ilk və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə İddiaçı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-yə direktor vəzifəsinə işə qəbul edilmiş və işə qəbul edilərkən onun əmək haqqı məbləği 9976 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə əmək haqqı məbləği 10882 manat müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətin direktoru kimi Cavabdeh MMC-yə rəhbərliyi həyata keçirmiş və səlahiyyətli daxilində cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlərə malik olmuşdur. Həmin səlahiyyətlərə cəmiyyətin idarə edilməsi ilə bağlı qərarlar qəbul edilməsilə yanaşı, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verilməsi də daxil olmuşdur. Yəni iddiaçı şirkətin direktoru kimi həm özünə, həm işçilərə əmək haqqının ödənilməsi ilə bağlı sərəncamı verməkdə sərbəst olmuş və bu səlahiyyətləri özü həyata keçirmişdir. Məhkəmə iclasında mübahisəsiz olaraq müəyyən edilmişdir ki, həm iddiaçının özünün əəmk haqqısı təsisçi tərəfindən təklif olunmuş həddə, işçilərin əmək haqları isə təsisçi ilə razılaşdırılmış həddə müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həqiqətən də iddiaçının əmək haqqı məbləği 10882 manat olsa da, 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək ona əmək haqqı natamam ödənilmişdir. Yəni məcburi dövlət ödənişləri çıxıldıqdan sonra ona həmin müddət ərzində hər ay üçün 9350 manat deyil, 5142 manat ödənilmişdir. Eyni zamanda 2020-ci ilin mart ayından iyul ayınadək, yəni 5 ay ərzində iddiaçıya əmək haqqı faktiki olaraq ödənilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən əmək funksiyaları icra olunsa da, əmək müqaviləsi üzrə ödənilməli olan əmək haqqı ona tam ödənilməmişdir. Ona çatası əmək haqqının tam ödənilməməsi direktoru olduğu şirkətin təsisçilərinin təzyiqi nəticəsində olmuşdur. Digər tərəfdən 2020-ci il üzrə əmək funksiyalarını icra etsə də, ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən cəmi 85259 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqıl iddia tələbi üzrə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı şirkətin direktoru olduğu üçün maliyyə-təsərrüfat fəaliyyətinə özü rəhbərlik etmiş, işçilərə əmək haqqını öz bildiyi kimi təyin etmiş və əmək haqqının ödənilməsinə özü göstəriş vermişdir. Yəni əmək haqqının ödənilməsi ilə bağlı bütün sərəncamlar İddiaçı özündə olmuş və bu məsələlərlə bağlı qərarları müstəqil qəbul etmişdir. Digər tərəfdən İddiaçıla şirkətin təsisçisi arasında əmək haqlarının azaldılması ilə bağlı danışıqlar olmuş və razılıq əldə edilmişdir. Əmək haqların azaldılması ilə bağlı İddiaçı tərəfindən təsisçiyə xx.xx.2019-cu il tarixdə məlumat verilmiş və həmin məlumat əsasında onlara əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə onun tərəfindən təsisçiyə “e-mail” vasitəsi ilə özünün və işçilərinin əmək haqqı barədə cədvəl göndərilmişdir. Həmin cədvəl təsisçinin xahişi ilə və aralarında olan razılığa əsasən göndərilmişdir. Belə ki, təsisçi satışın aşağı düşməsi ilə bağlı ona təklif etmişdir ki, işçilərin əmək haqqı məbləğini müvəqqəti azaltsın. Buna baxmayaraq satış yaxşılaşdıqdan sonra həmin fərq işçilərə və ona ödəniləcəkdir. Lakin təsisçi sonradan həmin əmək haqqı fərqini, eyni zamanda işlədiyi müddət üçün almalı olduğu əmək haqqını ona ödəməmişdir. Məhkəmə ilk iddiaçının və qarşılıqlı iddiaçının əmək haqqı məbləği ilə bağlı dəlillərini nəzərə alaraq hesab edir ki, ilk iddiaçının gətirdiyi dəlillər iş materiallarından olan sübutlara əsasən daha əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı şirkətin direktoru olmaqla təsisçilərin ona verdiyi etibarnamə əsasında hərəkət etmişdir. Digər tərəfdən direktor kimi İddiaçı aldığı əmək haqqı məbləğinin azaldılması ilə bağlı cavabdeh şirkətin ona hər hansı rəsmi göstərişi olmamışdır. Bununla bağlı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı hər hansı müqavilə də İddiaçı şirkət tərəfindən göndərilməmişdir. Tərəflər arasında İddiaçı direktor təyin olmamışdan qabaq olan razılaşmadan da göründüyü kimi İddiaçı aylıq əmək haqqısı 5500 ABŞ dolları məbləğində razılaşdırımlış və onunla bu barədə müqavilə imzalanmışdır. Sonradan isə şirkət daxili işlərlə bağlı şirkətlə İddiaçı arasında əmək haqqı məbləğinin azaldılması ilə bağlı hər hansı danışıqlar və razılaşma olsa da, bu razılaşma rəsmiləşdirilməmişdir. Yəni İddiaçı aylıq əmək haqqı məbləğinin azaldılması ilə bağlı şirkətlə İddiaçı arasında rəsmi olaraq hər hansı müqavilə bağlanılmamış, eyni zamanda şirkətin təsisçisi tərəfindən İddiaçı əmək haqqı məbləğinin azaldılması ilə bağlı hər hansı rəsmi göstərişin verilməsinə dair sübut yoxdur. Bu səbəbdən qarşılıqlı iddiaçının İddiaçı tərəfindən razılığa zidd olaraq əmək müqaviləsində dəyişiklik etməməsi ilə bağlı dəlillər əsaslı hesab edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, İddiaçı 2019-cu ilin 7 ayı ərzində 10882 manat əmək haqqı əvəzinə 5142 manat əmək haqqı ödənilməsi faktının olması da özü-özlüyündə cavabdeh şirkətin əmək haqqı ilə bağlı dəlillərinin əsası kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı şirkətin direktoru kimi və maliyyə-təsərrüfat işlərinə rəhbərlik edən şəxs kimi özünə müqavilədə nəzərdə tutulmuş əmək haqqıdan 50%-dək azaldılmış əmək haqqı ödəməzdi. Yəni İddiaçı öz mənafeyinə zidd olaraq hərəkət etməsi birmənalı olaraq inandırıcı deyil. Buna görə də iddiaçının şirkətin təsisçiləri ilə əmək haqqının yalnız formal olaraq qismən azaldılması və ödənilməyən əmək haqqının sonradan təsisçilər tərəfindən ona ödənilməsi ilə bağlı razılığın olması daha inandırıcı və ağlabatandır. Eyni zamanda əmək haqqının azaldılması nə əmək müqavilələrində edilən dəyişikliklə, nə də elektron informasiya sistemində bu dəyişikliyin qeydə alınması ilə həyata keçirilməmişdir. Təsisçi isə belə bir dəyişikliyin qanuni əsaslarla həyata keçirilməsini yoxlamalı olduğu halda bunu etməmişdir. Bundan başqa qarşılıqlı iddiada qeyd olunduğu kimi İddiaçı tərəfindən 29456 manat natamam ödənilməmiş əmək haqqının öz hesabına köçürməsi və sonradan həmin məbləğin geri qaytarılması da bir daha onu göstərir ki, İddiaçı öz mülahizəsinə görə hərəkət etməmişdir. Digər tərəfdən cavabdeh şirkət İddiaçıla ilk olaraq əmək haqqı ilə bağlı razılıq əldə edərkən ona bu barədə rəsmi məktublar göndərmişdir. Eyni prosedura cavabdeh şirkət əmək haqqı məbləğinin azaldılması ilə bağlı da edə bilərdi. Lakin göründüyü kimi cavabdeh şirkət tərəfindən bununla bağlı İddiaçı hər hansı məktub və ya göstəriş göndərilməmiş, aralarında belə razılaşmanın ümumiyyətlə olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə iddiaçı ilə şirkət arasında əmək haqqının azaldılmasına dair razılığın olmasını, iddiaçı tərəfindən əmək müqaviləsi bildirişində bununla bağlı qəsdən dəyişiklik etməməsini təsdiq edən hər hansı mötəbər və kifayət qədər əsaslı sübutların təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh şirkətin bu dəlilləri əsaslı hesab edilməməlidir. AR MPM-nin 80-cı maddəsiən əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Məhkəmə eyni zamanda qeyd edir ki, qarşılıqlı iddiaçının şikayəti əsasında İddiaçı hərəkətləri ilə bağlı Bakı şəhər Prokurorluğunda araşdırma aparılmış və həmin araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı “xxxx” MMC-də direktor işlədiyi müddətdə hər hansı qanunsuz hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Belə ki, həmin qərarda şikayətçi İddiaçı tərəfindən MMC-yə 122961,11 manat məbləğində pul vəsaitinin talanmasını göstərsə də, araşdırma zamanı mənimsəmə faktı təsdiqini tapmamışdır. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Əksinə məhkəmə iclasında inzibati xəta haqqında qərarla müəyyən edilmişdir ki, İddiaçı işçilərə son haqq-hesabın ödənilməməsinə görə AR İMX-nın 192.4-cü maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmişdir. Bu qərar faktiki olaraq onu təsdiq edir ki, iddiaçı cavabdeh şirkətin göstərişi ilə işçilərin əmək haqqı məbləğini tam olaraq ödəmədiyinə inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi İddiaçı inzibati məsuliyyətə cəlb edilməsi faktı da onu göstərir ki, o, cavabdeh şirkətin göstərişi əsasında hərəkət etmiş və şirkətin direktoru olmasına baxmayaraq təsisçilərin verdiyi göstərişləri icra etmişdir. Bu səbəbdən də İddiaçı cavabdeh şirkətlə əldə olunmuş razılığa zidd olaraq əmək müqaviləsində əmək haqqı barədə dəyişiklik etməməsi və hazırda bundan suiistifadə edərək işdən çıxdıqdan sonra ödənilməyən əmək haqqını tələb etməsi barədə cavabdeh şirkətin mülahizələri əsaslı hesab edilə bilməz və qəbul edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçıya 2019-cu ilin 7 ayı ərzində əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləğinin qismən ödənilməməsi hüquq və qanun pozuntusu olması öz təsdiqini tapdığı üçün, ilk iddia tələbi həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə 2020-ci il üzrə İddiaçı əmək haqqı ödənilməməsini də qanunsuz hesab edir. Belə ki, cavabdeh şirkət iddiaçının direktor kimi 2020-ci ildə pandemiya ilə bağlı işləməməsini və hər hansı iş görməməsini göstərmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən belə məlum olur ki, iddiaçı şirkətin direktoru kimi fəaliyyət göstərmişdir. AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci bəndinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya da ödənilmədiyindən, həmin pulun tutulması ilə bağlı tələb əsaslı hesab edilməli və təmin edilməlidir. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək ilk iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb iddiaçının özünə və iki işçisinə sosial müdafiə fonduna edilmiş artıq ödənişlərin, iki işçinin məhkəmədə qaldırdığı tələblər həddində, iki işçiyə ixtisarla işdən azad olunma əsası ilə artıq ödənilmiş pul məbləğlərinin, İddiaçı özünə hesabladığı əmək haqqının vurulmuş ziyan kimi tələb edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının həm özünün, həm də işçilərin əmək müqaviləsində nəzərdə tutulan və təsisçi ilə razılaşdırılmış əmək haqqılarından aylıq dövlət sosial müdafiə fonduna ödənişlər qanuni əsaslarla həyata keçirilmişdir. Eyni zamanda yuxarıda qiymət verildiyi kimi sosial müdafiə fonduna köçürülən pul məbləğləri əmək haqlarının bir müddət azaldılması təsisçinin xahişi ilə, sonradan yaranmış fərqin ödənilmə vədi də nəzərə alınaraq müəyyənləşdirilmiş əmək haqqından ayırmalar kimi həyata keçirilmişdir. Belə olan halda həmin məbləğin ziyan kimi İddiaçı tələb edilməsini məhkəmə əsassız hesab edir. Eyni zamanda işçilərin işdən qanunsuz ixtisar adı ilə azad olunmaları, bununla bağlı qanunsuz pul məbləğlərinin ödənilməsi, həmin məbləğlərin də ziyan kimi tutulması hissəsində məhkəmə qarşılıqlı ididanı əsassız hesab edir. Belə ki, işçilərlə əmək müqaviləsinə 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair işəgötürənin əmrlərinin qanuniliyi mübahisələndirilməmişdir. Həmin əmrlər qüvvədə olduğuna görə həmin əmrlər əsasında işçilərə qanunla nəzərdə tutulmuş və ödənilmiş pul məbləğlərinin ziyan kimi tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbinin işçilərin məhkəmədə qaldırdıqları iddia tələbi həddində, eyni zamanda iddiaçının özünə hesabladığı əmək haqqının ziyan kimi İddiaçı tələb edilməsini də əsaslı hesab etmir. Belə ki, məhkəmə iclasında həqiqətən həmin işçilərin və iddiaçının özünün də əmək müqaviləsində nəzərdə tutulan əmək haqqından aşağı həddə əmək haqqı almaları müəyyən olunduğundan, bu hissədə də qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbi təmin olunduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, ilk iddia tələbi üzrə cavabdehdən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci madəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, dövlət rüsumu 30 manat ödənilir. Şərh olunanlara və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İlk iddia tələi təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müqaviləyə xitam verildiyi xx.xx.2020-ci il tarixədək 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 29.456 manat əmək haqqı, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilməmiş 46.750 manat əmək haqqı, istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi kimi 9053 manat, cəmi 85.259 (səksən beş min iki yüz əlli doqquz) manat məbləğində pul tutulsun. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı 122.961,11 manat məbləğində pulun tutulmasına dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. İlk iddia tələbi üzrə Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-281/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-281/2021
19.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver