Məhkəmə qərarları › İş №2(009)-2825/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2825/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2825/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim qeyd edir ki, iddiaçılar tərəfindən dövət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsiən əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi hesablanır. İddiaçılar tərəfindən irəli sürülmüş tələb 3135 manat məbləğində pulun tutulması ilə bağlı olduğu üçün, ödənilməli olan dövlət rüsumu 51,35 manat təşkil edir. Lakin iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, onlar tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hakim hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilmədiyi üçün, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar