Məhkəmə qərarları › İş №2(009)-29/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-29/2020

14.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-29/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçılar X26, X11 və cavabdehin nümayəndəsi-vəkili X21 iştirakları ilə, iddiaçılar İddiaçı, X26, Tayıbov Hafiz Şövkət oğlunun, X15, X12, X7, X11, X16, X27, X3, X2 nümayəndəsi-vəkili X17 və cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyinin nümayəndəsi X21 iştirakları ilə, iddiaçılar İddiaçı və digərlərinin (ümumilikdə 11 nəfər)- cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyinə qarşı (Az. Resp. Əmək və X25 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin 3-cü şəxslər qismində qeyd edildiyi) «əmək haqqına əlavələrin ödənilməsi, vəzifə və peşələrin zərərli hesab edilməsi, maddi və mənəvi ziyan» tələblərinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X40, Tayıbov Hafiz Şövkət oğlu, X30, X28, X22, X29, X31, X41, X18, X13 - cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyinə qarşı «əmək haqqına əlavələrin ödənilməsi, vəzifə və peşələrin zərərli hesab edilməsi, maddi və mənəvi ziyan » barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəniz əmsalına görə 75 faiz, zərərli işə görə 24 faiz və susuzluq əmsalına görə əsas əmək haqqının 40 faizi məbləğində əlavə ödənişlər nəzərə alınmaqla 1 ilə görə hesablanmış pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki,iddiaçılar cavabdeh şirkətlə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifə və peşələr üzrə işə qəbul edilmişlər. Hər biri uzun müddətdir ki, həmin şirkətlə əmək münasibətlərindədirlər və hal-hazırda da əmək münasibətləri davam edir. Cavabdeh şirkət iddiaçıların tutduqları vəzifə və peşələri zərərli hesab etmir, eyni zamanda əmək haqqına əlavələr olan 75 faiz dəniz əmsalına görə, zərərli işə görə 24 faiz, 40 faiz susuzluq əmsalına görə əlavə ödənişləri o səbəbdən ödəmir ki, onlara bonus ödəyir bə qeyd olunan bu ödəmələr bu bonusun tərkibindədir. Bundan başqa cavabdeh şirkət əmək münasibətlərində olduqları dövrdə iddiaçılara Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların mənləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə uyğun olaraq iddiaçıların əmək haqqına dəniz əmsalına görə tarif vəzifə maaşının 75 faizi məbləğində əlavə ödəniş edilməmişdir.İddiaçılar cavabdeh şirkətdə WCS seqmentləri üzrə sahə mütəxəssisləri və seqmentlər üzrə avadanlıq operatoru vəzifə və peşələrində işləməklə həmin şirkətlə uzun müddətdir ki əmək münasibətindədirlər və hesab edirlər ki, tutduqları vəzifə, peşə və sahələr ağır və zərərli iş şəraitində olan vəzifə, peşə və sahələrə aiddir. Eyni zamanda hesab edirlər ki, ölkənin susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 40 km-dək uzaqda yerləşən obyektdə işlədiklərindən, qeyd olunan susuzluğa görə 1,4 faiz əlavə əmək haqqı da, əmək münasibətlərində olduqları son 1 il müddətinə hesablanmaqla cavabdehdən tutulmalıdır. Cavabdeh şirkət 3 il müddətinə iddiaçıların əmək hüquqlarını pozduğundan və normadan artıq işə görə əmək haqlarını ödəmədiyindən maddi və mənəvi ziyan kimi 10.000 manat pul vəsaiti cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı E.Əliyev iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı C.Yaqubov iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələblərinə tədim etdikləri yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Bundan başqa o bildirmişdir ki, cavabdehin sifarişi əsasında alternativ ekspertiza keçirilmişdir. Həmin ekspert rəyində cavabdehin iddiaçıya olan ödəmələrini tam yerinə yetirdiyi və cavabdehin heç bir borcunun qalmadığı qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddia tələblərinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə belə əsaslandırılmışdır ki, iddiaçılar zərərli işə görə əlavə əmək haqqının hansı müddət üçün ödənilməsini tələb etdikləri iddia ərizəsində qeyd olunmamışdır. Əmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyana görə isə kompensasiyanın 3 il müddəti üçün ödənilməsini tələb etmişdirlər. Halbuki Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Təqdim edilən iddia ərizəsində dəniz əmsalının hesablanması zamanı şirkət tərəfindən seqmentin əmək haqqına əlavələr strukturuna uyğun olaraq iş şəraitinə görə ödənilən əlavə məbləğlər nəzərə alınmayıb, işçilərin Xəzər dənizində işə cəlb edildiyi obyektlərin sahildən maksimal uzaqlıqda yerləşməsi fərziyyə olunub və bununla da maksimal əmsal tətbiq edilib.Yəni, əmək müqaviləsinin yuxarıda qeyd edilən normasına əsasən işəgötürən işçiyə dəniz əmsalı formasında ödəməli olduğu pulu işçiyə ödədiyi seqmentin əmək haqqına əlavə ilə əhatə olunur. Cavabdehin ofisi bakı şəhəri daxilində yerləşir və daimi olaraq su ilə təmin olunur. Susuzluq əmsalı Xəzər dənizində yerləşən obyektlərə münasibətdə tətbiq oluna bilməz. Bundan başqa hər hansı işi zərərli olub-olmamasını müəyyən etmək üçün həmin iş yerinin müvafiq attestasiyası olunmalıdır. Cavabdeh özünün iş yerlərini FHN Sənayedə İşlərin Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutu ilə birlikdə xx.xx.2015-ci il tarixdə attestasiyadan keçirmişdir və həmin attestasiya nəticəsində heç bir zərərli iş yeri müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 195-ci maddəsində göstərilən hallar mövcud olmadığından cavabdeh iddiaçılar qarşısında heç bir maddi məsuliyyət daşımır. Eyni zamanda iddiaçılar hansı dövr üçün hansı məbləğdə məzuniyyət pulunu almadıqları barədə heç bir sübut təqdim etmədiklərindən iddia həmin hissədə də əsassız sayılmalıdır.. Məhkəmə tərəflərinizahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin və iddiaya etiraz ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan əmək müqavilələrindən müəyyən olunur ki, iddiaçılar müxtəlif dövrlərdən başlayaraq hal-hazıradək cavabdeh şirkətdə müxtəlif vəzifələrdə və peşələrdə işləmişlər. İddiaçılar həmin vəzifələrdə daimi içməli su mənbəyindən 40 km-dək uzaqlıqda yerləşən obyektlərdə çalışmışlar. Məhkəmə qeyd edir ki, göstərilən faktları tərəflər mübahisələndirmirlər. Tərəflərin mübahisələndirdiyi hallar isə iddiaçılara ödənilən əmək haqları ilə bağlıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, lıabelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 159-cu maddəsinin 1-ci bəndinə görə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilmişdir. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyətəsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. İşin hallarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə görə iddiaçıların tarif (vəzifə) maaşlarına 1,75 artımın (əmsalın) hesablanıb və ödənilməli olduğunu, lakin cavabdeh şirkət tərəfındən həmin məbləğlərin ödənilmədiyini və bununla da, iddiaçılara maddi zərər dəydiyini nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçılar həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdırlar. Cavabdehin iddia tələbinə edilmiş etirazda göstərilən dəlillərə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin «ə» yarımbəndinə görə işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafızəsi, sosial və digər sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir. Həmin Məcəllənin 173-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində isə göstərilmişdir ki, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfındən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Əmək qanunvericilinin qeyd olunan müddəalarından görünür ki, istər əmək müqaviləsində, istərsə də işçilərin haqq-hesab sənədlərində əmək haqqı və ona əlavələr mütləq göstərilməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqavilələrində və iddiaçılara aid haqq-hesab sənədlərində iddiaçıların tarif (vəzifə) maaşlarına 1,75 artımın (əmsalın) hesablanıb və ödənilməsi göstərilmədiyindən və Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə hazırkı işdə həmin halların başqa sübutlarla təsdiq olunmasına yol verilmədiyindən, cavabdeh Şirkətin iddia tələbinə edilmiş etirazda göstərilən qeyd olunan məlumatların göstərilməməsinə baxmayaraq, həmin əlavələrin faktiki olaraq iddiaçıların əmək haqlarına əlavə edilməsi və ödənilməsi barədə dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh Şirkətin dəlilləri də əsassızdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində isə göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafıq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfındən müvafıq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə ki, iddiaçılar hazırki iddia ərizəsində məhz 1 ilə görə hesablanmış və ödənilməyən məbləğləri tələb edirlər. Belə ki, həmin maddənin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclası zamanı cavabdeh tərəfındən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və Mülki Məcəllənin 382-ci maddəsində göstərilən əsasların, yəni iddia müddətinin bərpası əsaslarının müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların tələbləri yalnız onların cavabdeh şirkətdə işlədikləri sonuncu 1 (bir) ilə münasibətdə olduğundan təmin edilməlidir. Hər bir iddiaçıya ödənilməli olan məbləğlərə dair məhkəmə qeyd edir ki, iddiaçıların cavabdeh şirkətdə işlədikləri sonuncu 1 (bir) il üçün aldıqları əmək haqlarının, yəni tarif (vəzifə) maşlarının 75 % nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Az. Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il 12590 nömrəli, xx xxxxxxx 2018-ci il 7680 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli 33645 nömrəli və xx xxxx 2020-ci il tarixli 32359 nömrəli rəyləri ilə məbləğlər müəyyən olunmuşdur. Bundan başqa cavabdeh tərəfindən təqdim olunmuş X6 ekspert rəyində cavabdehin iddiaçılara ödəməli olduğu bütün məbləğlərin ödənildiyi və cavabdehin iddiaçılara həmin ödəmələrdən sonra heç bir borcunun qalmadığı qeyd edilmişdir. İstinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin həmin rəylərinə əsasən iddiaçılar İddiaçı və digərlərinə (ümumilikdə 11 nəfər) ödənilmiş əmək haqlarının məbləğləri və həmin məbləğlərin 75% aşağıdakı kimi müəyyən olunmuşdur: X19 – 11,497,90 manat; X32 – 4,059,40 manat; X33 – 6,680,40 manat; İddiaçı - 8,834,70 manat; X8 – 9,157,30 manat; X23 – 7,412,50 manat; X24 – 11,674, 50 manat; Tayibov Hafiz Şövkət oğluna – 12,931,30 manat; X20 – 6,649,60 manat; X9 – 7,175,10 manat; X14 – 7,161, 40 manat. Sonuncu ekspert rəyində eyni zamanda qeyd edilmişdir ki, iddiaçıların hər birinə ayrıayrılıqda son 1 ildə ödənilməli olan məbləğləri müəyyənləşdirmək mümkün olmamışdır. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçılar cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitinin onlara ödənilmədiyinə görə mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdirlər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi halda, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq bərabər hissələrdə tərəflərə aid edilməlidir ki, bununla da ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 390 manat vəsaitin 50% təşkil edən 195 manat pul vəsaiti iddiaçılardan müştərək qaydada, digər hissəsini isə təşkil edən 195 manat pul vəsaiti cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyindəntutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və digərlərinin (ümumilikdə 11 nəfər)- cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyinə qarşı (Az. Resp. Əmək və X25 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin 3-cü şəxslər qismində qeyd edildiyi) «əmək haqqına əlavələrin ödənilməsi, vəzifə və peşələrin zərərli hesab edilməsi, maddi və mənəvi ziyan»tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyindən X12 xeyrinə – 11,497,90 manat; X34 xeyrinə – 4,059,40 manat; X27 xeyrinə – 6,680,40 manat; İddiaçı xeyrinə - 8,834,70 manat; X4 xeyrinə – 9,157,30 manat; X16 xeyrinə – 7,412,50 manat; X15 xeyrinə – 11,674, 50 manat; Tayibov Hafiz Şövkət oğlunun xeyrinə – 12,931,30 manat; X11 xeyrinə – 6,649,60 manat; X5 xeyrinə – 7,175,10 manat; X7 xeyrinə – 7,161, 40 manat manat məbləğində pul vəsaiti tutulsun. Ekspertiza tədqiqatlarının 390 manat dəyərindən 195 manat pul vəsaiti iddiaçılarİddiaçı, X40, Tayıbov Hafiz Şövkət oğlu, X30, X28, X22, X29, X31, X41, X18 və X1 müştərək qaydada, digər 195 manat pul vəsaiti isə cavabdeh «Schlumberger logelco İnc» Azərbaycan nümayəndəliyindən tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** DövlətXəzinadarlığıAgentliyi, Kod:210005, VÖEN: ********** müxbirhesabAZ41NABZ**********0000003944 S.W.İ.F.T. BikCTREAZ22)köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İ̇LKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar