Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-306/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə İddiaçı, nümayəndəsi-vəkili X2 və ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «aliment» barədə ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək cavabdehdən hər ay gəlirinin 1/2 hissəsi məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək cavabdehdən hər ay gəlirinin 1/3 hissəsi məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2000-ci il tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, tərəflər hal-hazırda ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmırlar. Cavabdeh eyni zamanda xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək ondan hər ay gəlirinin 1/3 hissəsi məbləğində aliment tutulmasına etiraz etmir. Məhkəmədə iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddianı müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddianı müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili ilkin iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmiş və məhkəmədən eyni zamanda qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli arayışdan aydın olur ki, Cavabdeh ilə X6 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanılmışdır və bu nikah 61 akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Nəbiyeva” soyadı verilmişdir. AZ-İ 502100 və AZ-İİ 544122 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materialarından aydın olur ki, tərəflərə məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə barışıq üçün 3 ay vaxt verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İş materiallarından aydın olur ki, Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün iş üzrə yekun qətnamə qəbul edilənədək Cavabdeh hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Belə ki, tərəflərin ailəsi faktiki dağıldığından və tərəflərə barışıq üçün verilmiş üç ay müddət keçməsinə baxmayaraq onlar arasında barışıq əldə edilmədiyindən, hazırda onların barışması ehtimalı istisna olduğundan, eyni zamanda iddiaçı da nikahın pozulmasına təkid etdiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə iddianın nikahın pozulması hissəsini təmin edərkən, həmçinin tərəflərin yetkinlik yaşına çatmayan uşağının valideynlərindən kimin yanında qalması və uşaqların saxlanması üçün alimentin tutulması məsələlərinin də həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqlarının ananın himayəsində qalması və ilkin iddia üzrə cavabdehdən hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyi baxımından daha məqsədəuyğun olardı. Məhkəmə tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2000-ci il tarixdə bağlanmış və 61 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 İddiaçı yanında saxlanılması müəyyən edilsin və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-306/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-306/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver