Məhkəmə qərarları › İş №2(009)-327/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-327/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-327/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən, Azərbaycan Respublikasının “Sığorta Haqqında Qanun”unun 56.1.2 maddəsini rəhbər tutaraq 5000,00 manat məbləğin qalan hissəsini, yəni 1220,00 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olaraq 45,55 manat, Gəncə şəhəri Appelyasya Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olaraq 33,00 manat, 8 gün işdən öz hesabına icazə almalı olduğuna görə əmək haqqından tutulmuş olan 338,86 manat, 4 dəfə Ağstafa rayon məhkəməsinə gedib-gəlmək üçün sərf olunan yol (nəqliyyat) xərcinin əvəzi olaraq 400,00 manat, Nəsimi rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinin verilməsinə görə 41,00 manat, ümumilikdə 2078,41 manat məbləği İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək bildirdi ki, iddiaçı və cavabdeh mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2023-cü il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli həmin barışıq sazişinin şərtlərinə görə: 1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 1220 (min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2. İddiaçı 1220 (min iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və mülki iş üzrə 2078,41 (iki min yetmiş səkkiz manat 41 qəpik) manat ödənilməsi tələbindən imtina edir. 3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 1220 (min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.

2. İddiaçı 1220 (min iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və mülki iş üzrə 2078,41 (iki min yetmiş səkkiz manat 41 qəpik) manat ödənilməsi tələbindən imtina edir.

3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar